MƏQALƏLƏR

"Heydər ƏLİYEV - Milli dövlətçiliyimizin xilaskarı"

  • 07.06.2023

2 iyun 2023-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü il - “Heydər Əliyev ili” ilə əlaqədar “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, akademik Ziyad Əliabbas oğlu Səmədzadə, Azərbaycanın muğam ifaçısı, Xalq artisti Könül Xasıyeva, rayon təhsil müəssisələrinin rəhbərləri, şagirdlər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.