MƏQALƏLƏR

Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd olunub

  • 22.06.2023

İyunun 16-da Bakıda Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Belarusun Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan-Belarus əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, 1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət siyasətinin yeni prinsiplər əsasında qurulmasına nail oldu və təbii olaraq Belarusla münasibətlərdə də dönüş yarandı. Vurğulanıb ki, Ulu Öndərin 100 illiyinin Minsk şəhərində də qeyd edilməsi Belarus xalqının və dövlətinin ehtiramını ifadə edir.
Belarus xalqını milli bayram və Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə təbrik edən Baş nazirin müavini bildirib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan və Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir.