QHT layihənin icrasına başlamışdır.
QHT layihənin icrasına başlamışdır.
Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı layihənin icrasına başlamışıdır.
Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və vəziyyətinin təhlili aparılacaq, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin qısa təsviri hazırlanacaqdır. Tədqiqatın nəticələrinin 2 təhsil müəssisəsində təqdimatı nəzərdə tutulur.
Layihə 4 ay davam edəcəkdir.