«Azərbaycanın vergi xəbərləri» jurnalının 5-ci nömrəsi çapdan çıxmışdır
Vergilər Nazirliyinin bu ilki aylıq elmi nəşri - «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki beşinci nömrəsi çapdan çıxmışdır.
«Rəsmi» rubrikasında “Ulu ondər Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaqdır” başlığı altında mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildonumu və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi munasibətilə təntənəli mərasim ətraflı işıqlandırılmışdır.
“Bu gun Azərbaycan surətlə inkişaf edən, dinamik, muasir olkədir”. Bu başlıq altında verilmiş yazı mayın 27-də “Buta” sarayında 28 May - Respublika Gununə həsr olunmuş rəsmi qəbuldan bəhs edir.
Bu il mayın 4-də Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litvanın Maliyyə Nazirli i yanında Dövlət Vergi Müfəttişliyi arasında texniki əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bu əlamətdar hadisə jurnalın Əlaqələr rubrikasında yerləşdirilmişdir.
Jurnalda Azərbaycanın vergilər naziri Fazil Məmmədovun “Dovlət orqanlarının elektron xidmətlər gostərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dair musahibəsi dərc edilmişdir.
Mayın 10-da Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildonumu tamam olmuşdur. .Muasir, mustəqil dovlət quruculuğu dövründə ulu ondərimiz Heydər Əliyev iqtisadi islahatların kompleks şəkildə, dəqiq və işlək mexanizm əsasında aparılmasına boyuk diqqət yetirir, yeni yaranan təsərrufatcılıq şəraitində iqtisadi proseslərin dövlət tənzimlənməsində fəal və çevik vergi sisteminin roluna xususi əhəmiyyət verirdi. “Azərbaycanın müasir vergi sistemi ulu öndərin yaratdığı möhkəm zəmin üzərində inkişaf edir” adlı məqalə bu mövzuya həsr olunmuşdur.
Mayın 6-da Azərbaycan Dovlət İqtisad Universitetində 11 ali məktəbin 250-dək tələbə və magistrantı arasında “Vergilər” movzusunda keçirilmiş 5-ci olimpiada da jurnalın səhifələrində işıqlandırılmışdır.
Jurnalın bu sayında “Azərbaycanın vergi xəbərləri” jurnalının umummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildonumu munasibətilə magistrantlar arasında “Vergilər və iqtisadi inkişaf” mövzusunda keçirdiyi referat yazılışı üzrə respublika müsabiqəsinin yekunları və jurnalın veb-saytının təqdimatı ilə tanış ola bilərsiniz.
Jurnalın müxtəlif rubrikalarında AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın muxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyevlə musahibə, professor Əlican Babayevin “Sosial yönümlü iqtisadi siyasət və onun Azərbaycanda tətbiqi”, Vergilər Nazirliyi yanında “Vergi klubu”nun üzvü Yalçın Müslümovun “Vergi Məcəlləsinin təkmilləşdirilməsi üzrə bəzi təkliflər”, dosent X.Kərimovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi siyasət və vergi işi”, iqtisad elmləri üzrə fəlsəfə doktoru Pərviz Rzayevin “İnvestisiyaların tənzimlənməsinin vergi aspektləri”, Azərbaycan Kooperasiya Universitetinin dissertantı Z.Fərəcovun “Təkmilləşən bazar münasibətləri şəraitində regional sosial-iqtisadi inkişafın davamlı təmin edilməsi problemləri”, ADİU-nun I kurs magistrantı Orxan Əhmədovun “Azərbaycanın iqtisadi inkişafında vergi siyasətinin rolu” başlıqlı elmi məqalələri oxucuların diqqətinə təqdim olunmuşdur.
«Elm korifeyləri» rubrikasında oxuculara 1975-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadcısı Milton Fridmenin həyatı və elmi fəaliyyəti barədə məlumat verilir.
|