MƏQALƏLƏR

QHT layihənin icrasını davam etdirir.

  • 21.09.2023

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı layihənin icrasını daavam etdirir.
Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və ümumi vəziyyətinin təhlili aparılacaq, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin qısa təsviri hazırlanacaqdır. Tədqiqatın nəticələrinin 2 təhsil müəssisəsində təqdimatı nəzərdə tutulur. Layihə rəhbəri “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB həmtəsisçisi dos.İlham Əhmədovdur.
Layihə 4 ay davam edəcəkdir.