MƏQALƏLƏR

“Şahdağ Xeyriyyə” İB xeyriyyə yönümlü təhsil layihəsinin icrasına başlamışdır

  • 28.09.2023

“Şahdağ Xeyriyyə” İB 15 sentyabr 2023-cü il tarixindən daxili imkanlar hesabına xeyriyyə yönümlü təhsil layihəsinin icrasına başlamışdır. Layihə “Məktəblilərin “soft skills” – təməl bacarıqları ilə tanış edilməsi tədbirləri” adlanır. Layihə 1 ay müddətində onlayn formatda icra ediləcək. Layihənin əsas ideyası müxtəlif məktəblərdən olan şagirdləri onlayn formatda 21-ci əsrin vərdişləri olan yumşaq vərdişlərlə (“soft skills”) – təməl bacarıqlarla tanış etməkdir. Tədbir ZOOM platforması üzərindən aparılacaqdır.
Müasir karyera inkişafına dair məqalələrdə "sərt bacarıqlar" və "yumşaq bacarıqlar" kimi terminlərə tez-tez rast gəlirik. Bu bacarıqlar müasir əmək bazarında vacibdir. Gəncləri bu bacarıqlara məktəb illərindən hazırlamaq lazımdır.
Ənənəvi məktəb təhsili bu məsələlərin həllini nəzərdə tutmur.
Bu məqsədlə belə mühüm bacarıqların sistemli öyrədilməsinə, ilkin mərhələdə şagirdlərin bu haqda maariflənməsinə ehtiyac var. Layihə çərçivəsində bu məsələlərə diqqət ediləcəkdir.