Azərbaycan auditi inkişafda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflığın təmin olunması istiqamətində müstəqil audit də özünəməxsus rol oynayır.
Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin neqativ hallara qarşı mübarizəni müntəzəm olaraq davam etdirir.
Auditin inkişafını təmin edə biləcək konseptual amillərdən biri də bu sahədə idarəetmənin inzibati və iqtisadi mexanizmlərinin düzgün əlaqələndirilməsidir. Eyni zamanda, tənzimlənmənin etik mexanizminin daha geniş təsirinin reallaşdırılması istiqamətində də problemlər öz həllini tapmalıdır.
Müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir.
Başqa sözlə, çirkli pulların yuyulmasına qarşı mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qeyri-qanuni və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində şəffaflığın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir ki, bu işdə də auditin rolu və əhəmiyyəti çox böyükdür.
Çirkli pulların yuyulmasına qarşı mübarizədə kənar (müstəqil) auditor yoxlaması və daxili auditin düzgün həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlılığının mövcudluğu çirkli pulların yuyulmasına qarşı mübarizədə preventiv (qabaqlayıcı) xüsusiyyətli tədbir kimi dəyərləndirilir.
Son illər məcburi audit subyektləri olan obyektlərin auditdən keçmə hallarının artması, çirkli pulların yuyulmasına qarşı mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qeyri-qanuni və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində şəffaflığın təmin edilməsi Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirir və dayanıqlılığını təmin edir.
2023-cü ilin I yarımili üzrə 65 sərbəst auditor və 164 auditor təşkilatı tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 84,0 mln. manat məbləğində 4567 müqavilə bağlanmışdır.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 4403-dən 4567-yə qədər, yəni 164 ədəd və ya 3,7% artmış, məbləği isə 68,0 mln. manatdan 84,0 mln. manata qədər, yəni 16,0 mln. manat və ya 23,5% artmışdır. (Cədvəl 1; Diaqram 1, 2).
Cədvəl 1.
|
2022-ci il I yarımil |
2023-cü il I yarımil |
||
Auditorlar Palatasının üzvləri |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
Böyük dördlük |
604 |
40.232.670,00 |
628 |
50.322.640,00 |
Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları |
508 |
13.938.731,00 |
492 |
13.333.893,00 |
Yerli auditor təşkilatları |
2218 |
11.457.189,00 |
2424 |
16.706.256,00 |
Sərbəst auditorlar |
1073 |
2.787.865,00 |
1023 |
3.969.658,00 |
Cəmi |
4403 |
68.416.455,00 |
4567 |
84.332.447,00 |
Qeyd etmək lazımdır ki, 2022-ci ilin I yarimilliyi ilə müqayisədə 2023-cü ilin I yarımilliyində yerinə yetirilmiş müqavilələrin sayı 2666-dan 3070-ə qədər, yəni 404 ədəd və ya 15%, məbləği 29.624.973,00 manatdan 40.817.631,00 manata qədər, yəni 11.192.658,00 manat və ya 38%, orta məbləği isə 11.112,00 manatdan 13.295,00 manata qədər, yəni 2183,00 manat və ya 20% artmışdır.
Cədvəl 2.
|
2022-ci ilin I yarımilliyi |
2023-cü ilin I yarımilliyi |
||
Auditorlar Palatasının üzvləri |
Sayı |
Məbləği |
Sayı |
Məbləği |
Böyük dördlük |
244 |
17.751.001,00 |
310 |
22.778.074,00 |
Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları |
181 |
5.064.349,00 |
222 |
5.792.934,00 |
Yerli auditor təşkilatları |
1430 |
4.806.190,00 |
1701 |
9.165.396,00 |
Sərbəst auditorlar |
811 |
2.003.433,00 |
837 |
3.081.227,00 |
Cəmi |
2666 |
29.624.973,00 |
3070 |
40.817.631,00 |
Azərbaycan Respublikası ərazisində 2023-cü ilin I yarımillik hesabat dövrü ərzində 10 növ auditor xidməti və o cümlədən, Auditorlar Palatasının üzvləri tərəfindən 2 yeni auditor xidməti növü (iqtisadi əsaslandırmanın, biznes planın və digər layihələrin işlənib hazırlanması və hüquqi şəxslərin yaradılması məqsədi ilə təsis sənədlərinin işlənib hazırlanması)qeyd olunub.
Oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, son illərdə ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar zamanı şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizəyə ictimai nəzarətin gücləndirilməsi, hesabatlılığın təkmilləşdirilməsi istiqamətində aparılmış uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan auditi ildən-ilə inkişaf edir və ölkə iqtisadiyyatının hərtərəfli inkişafına öz mühüm töhfəsini verir.
Auditor xidməti sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi sistemin institusional elementidir. Bu institusional element təhsil sistemi, yüksəkixtisaslı kadr hazırlığı, auditorların sertifikatlaşdırılması və davamlı təhsili, mülkiyyət formalarının və bazar münasibətlərinin müxtəlifliyi şəraitində auditor xidmətinin göstərilməsinin təşkilati formaları, auditin tənzimlənməsi, audit sahəsində qanunvericilik, beynəlxalq audit təcrübəsinin və müvafiq audit standartlarının tətbiqi, peşəkar xidmət təminatçılarının etika prinsiplərinə əməl olunmasının təmin edilməsi və digər məsələləri əhatə edir.
Audit və digər təminat məhsullarının həcminin genişləndirilməsi müasir çağırışlardan biri kimi dəyərləndirilməlidir.
Dələduzluq, korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma, kölgə iqtisadiyyatı və digər qeyri-qanuni fəaliyyətlər ilə mübarizə, habelə idarəçiliyin təkmilləşdirilməsi, risklərin idarə edilməsi, şəffaflığın və hesabatvermənin yüksəldilməsi auditor peşəsinin ictimai maraqlar naminə xidmət göstərilməsi sahəsində əsas vəzifələri sırasında müəyyənləşdirilməlidir. Gələcəyə hazır olan auditor peşəsinin tənzimlənməsi, təşkili, idarə edilməsi yeni dövrün və gözlənilən dəyişikliklərin tələbləri nəzərə alınmaqla inkişaf etdirilməli, yüksək keyfiyyətli beynəlxalq standartların hazırlanmasında, qəbul edilməsində, həyata keçirilməsində və təşviqində milli auditin fəal iştirakına nail olunmalıdır.
Müasir şəraitdə auditin tənzimlənməsi ilə əlaqədar Auditorlar Palatası tərəfindən normativ-metodoloji bazanın yaradılması sahəsində bir çox işlər görülmüşdür. Hazırda həmin bazanın Palata tərəfindən müntəzəm olaraq yenilənməsi və müasirləşməsi prosesləri həyata keçirilir. Bu özünü Beynəlxalq Audit Standartlarının tətbiqində, auditin keyfiyyətinə nəzarətdə, kadr hazırlığında və digər istiqamətlərdə büruzə verir.
Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi
Vasif Cavadov
Auditin təşkili və təhlili şöbəsinin müdiri
Nigar İsmayılova