MƏQALƏLƏR

PAŞA Bankın 2023-cü ilin ilk 6 ayı üzrə bazar payı açıqlanıb

  • 20.10.2023

"30 iyun 2023-cü il tarixində "PAŞA Bank"ın bazar payları - aktivlər üzrə 18.5%, müştərilərə verilən kreditlər üzrə 12.5%, o cümlədən korporativ kreditləşmə üzrə 25.3%, depozitlər üzrə 19.5% təşkil edib." Bu barədə bu gün keçirilən mətbuat konfransı zamanı bankın idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov deyib. Onun sözlərinə görə,PAŞA Bankın müştərilərə verilən kreditlər üzrə bazar payı 2,4 faiz bəndi azalaraq 12.5%-ə, korporativ kreditləşmə üzrə bazar payı isə 2,1 faiz bəndi azalaraq 25,3%-ə düşüb.
Bildirilib ki, ölkə üzrə PAŞA Bank özəl banklar arasında aktivlərinə görə birinci, cəmi kapitalına görə isə ikinci yeri tutur.