6 ayda PAŞA Bankın kredit portfeli artıb, öhdəlikləri isə azalıb
"2023-cü ilin ilk 6 ayında “PAŞA Bank”ın öhdəlikləri ötən ilin sonuna 2 faiz azalaraq 115 milyon manat təşkil edib." Bu sözləri “PAŞA Bank”ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bankın altı ayın yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Bildirilib ki, bu müddətdə bankın əməliyyat xərcləri 33 faiz artaraq 76,473 milyon manat təşkil edib, xərclərin gəlirə nisbəti isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,93 faizdən 37,13 faizə enib.
Altı ayda kredit portfelində isə 8,8 faiz artım qeydə alınıb.