"PAŞA Bank” ASC-nin Şuşada filialı açılacaq
"PAŞA Bank” ASC-nin Şuşada regional filialı açılacaq." Bu barədə “PAŞA Bank”ın Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov bankın altı ayın yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qarabağda ilk filial Şuşa şəhərində fəaliyyətə başlayacaq. Gələn il aprelin sonlarına filialın inşaat işlərinin yekunlaşacağı gözlənilir.
Baş direktor həmçinin 2024-2026-cı illəri əhatə edən dövrdə Lənkəranda da növbəti filialın açılmasının planlaşdırıldığını bildirib.