MƏQALƏLƏR

QHT layihənin icrasını davam etdirir

  • 25.10.2023

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin  qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına  Yardım” İB   «Milli universitetlərimizin  tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi”  adlı layihənin icrasını davam etdirir.

Layihə müddətində  beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin  təşkili və  ümumi vəziyyətin  təhlili aparılacaq, bunun nəticəsində   universitetlərimizdə  tədqiqat və innovativ fəaliyyətin təşkili üçün tövsiyyələr     hazırlanacaqdır.  Tədqiqatın nəticələrinin  2 ali təhsil müəssisəsində təqdimatı nəzərdə tutulur. Layihə 4 ay davam edəcəkdir.

Layihə növbəti mərhələsi olaraq 19 oktyabrda UNEC-də professor müəllim heyətinin iştirakı ilə tədbir keçirilmişdir.  Layihə rəhbəri dosent İlham Əhmədovun “Milli universitetlərimizin  tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi”  adlı təqdimatı dinləyicilərin  böyük marağına  səbəb olmuşdur.  Tədbir  içtirakçıları  təqdimatla əlaqədar məruzəçiyə xeyli suallar vermiş, daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 Layihənin icrası davam edir.