MƏQALƏLƏR

ADPU-da innovativ və tədqiqat universitetlərinə dair layihə təqdimatı oldu.

  • 04.11.2023

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı layihənin icrasını davam etdirir.

Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili, ümumi vəziyyətin təhlili aparılmış, bunun nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin təşkili üçün tövsiyyələr hazırlanmışdır. Tədqiqatın nəticələrinin bir neçə ali təhsil müəssisəsində təqdimatı nəzərdə tutulur.
Layihənin növbəti mərhələsi kimi 26 oktyabrda ADPU-nun professor müəllim heyətinin iştirakı ilə maraqlı tədbir keçirilmişdir. Layihə rəhbəri dosent İlham Əhmədovun “Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı təqdimatı dinləyicilərin böyük marağına səbəb olmuşdur. Tədbir içtirakçıları təqdimatla əlaqədar məruzəçiyə suallar vermiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, bu layihənin öncə UNEC, Azərbaycan Universiteti v.s. ali təhsil müəssisələrindəki təqdimatları da maraqla qarşılanmışdır.
İcrası 4 aya planlanan Layihənin icrası davam edir.