"Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi" xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib
Uzun illərdir "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi" xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşü bir ənənə halına gətirmişdir və bu ildə "Güvən" Xeyriyyə İctimai Birliyi ilə birgə "Beynəlxalq Əlillər günü" ilə bağlı tədbir keçirdi.Tədbirdə rayonun 5 kəndindən olan 20 uşaq və valideynləri iştirak etdi.
Əlil olmaq çətin olsa da, onların inkişafına və cəmiyyətdən kənar qalmağa əngəl deyil. Tədbirimizdə uşaqlara hədiyyələr,ailələrə sovqat verildi. Bu il də uşaqlarımızın üzündə və qəlbində sevincə vəsilə olduq. Bizi sevgi birləşdirəcək.
Arzu edərdik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Biləsuvarda xüsusi qayğıya ehtiyacı olan uşaqların günərzi və icma reabilitasiya xidmətlərinin təşkil olunmasına dəstək göstərsin. Uşaqlarımızın reabilitasiya mərkəzlərinə ehtiyacı var.
Bu ailələr Xüsusi qayğıya ehtiyacı olmaqla bərabər həssas qrupa aiddirlər. Diqqətimizi bu uşaqlardan və ailələrdən uzaq tutmayaq.
P.s. : 2013-2019 cu illər ərzində Biləsuvarda UAFA təşkilatının icra etdiyi İcma əsaslı reabilitasiya mərkəzi fəaliyyət göstərmişdir. Hal-hazırda Biləsuvarda bu seqment üzrə heç bir qurum və təşkilat fəaliyyət göstərmir. Nizamnamə missiyamızdan kənarda olsada biz bu seqmenti tək qoymuruq.