MƏQALƏLƏR

Könüllü əməletmə sahəsində beynəlxalq təcrübə öyrənilir

  • 24.06.2011

Könüllü əməletmə sahəsində  beynəlxalq təcrübə öyrənilir

Polşa Respublikasının Qdansk şəhərində IOTA və Avropa Komissiyasının Fiscalis proqramının birgə təşkilatçılığı ilə «Kiçik müəssisələr üçün konüllü əməletmə» mövzusunda keçirilmiş seminarda Vergi ödəyicilərinə xidmət idarəsinin Monitorinq şöbəsinin  əməkdaşı Maya Əliyarzadə və Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin İri vergi ödəyiciləri üzrə bəyannamələr şöbəsinin əməkdaşı Emin Qəribli iştirak ediblər. Seminarda IOTA-ya üzv ölkələrin vergi administrasiyalarının nümayəndələri  təqdimatla çıxış ediblər. Maya Əliyarzadə   «Vergilərin ödənilməsi üçün elektron imkanlar» mövzusunda təqdimat edib. Təqdimatda ölkəmizin vergi sistemində yaradılmış elektron imkanlar, o cümlədən  elektron vergi hesab-fakturaları və ƏDV depozit hesabı sistemi barədə ətraflı məlumat verilib.

Avropa Komissiyasının nümayəndəsi Cannetye Bassink Azərbaycanın Vergilər Nazirliyinin elektron xidmətlərin inkişafı sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu  bildirib, Vergilər Nazirliyinin internet səhifəsinin «Vergi və uşaqlar» bölməsi ilə maraqlanıb.