QHT layihə icrasına başladı
AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR FONDU QRANT MÜSABİQƏSİ ÇƏRÇİVƏSİNDƏ “Gənclik və Maarifçilik İB” «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi tədbirlərinin təşkili» layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində müəyyən edilmiş inkişaf istiqamətləri ilə gəncləri yaxından tanış etmək, bu əsasda onların öz gələcək təhsil və karyeralarının planlaşdırmasına kömək etməkdir. Məlum olduğu kimi milli prioritetlərdə 5 istiqamət qeyd edilir: dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış. Layihə 6 ayndavam edəcəkdir.