Gözlə görülən heç vaxt yaddaşdan silinmir!
Mənə deyəndə ki “Çinə sən də gedəcəksən” əslində inanmamışdım... Burda inanmamalı nə var? Çoxları üçün heç bir şey, amma dərinliyə varanda fikirləşirsən; ÇİN - dünyada əhalisinə görə 1-ci yerdə olan, bugünki gündə bütün texniki yenilikləri bizə istehsalçıların özlərindən də qabaq təqdim edən, iqtisadiyyatının inkişaf tempi və sürəti ilə qabaqcıl ölkələrin narahatlığına səbəb olan ölkə və hər şey bir yana, adını çəkəndə sadəcə ipək kimi xəfif, çini boşqablar kimi zərif bir aləm, abu-hava gəlir gözlərinin önünə... Ona görə təyyarəyə minənə qədər hələ də ora gedəcəyimə inanmağım gəlmirdi. Yeri gəlmişkən, Çinə olan səfərim barədə qısa məlumat verim. Bir neçə ay bundan əvvəl babam akademik Ziyad Səmədzadənin neçə müddətdir ki, üzərində işlədiyi “Çin qlobal dünya iqtisadiyyatında” adlı kitabı nəşr edildi. Kitabın rus dilində nüsxəsi də çap olundu. Bu kitab çinlilərin o qədər marağına səbəb oldu ki, Çinin Xalq Diplomatiyası İnstitutunun təşəbbüsü ilə babamı ora dəvət etdilər. Deleqasiyanın tərkibinə akademik Ziyad Səmədzadə, iş adamı Natiq Şirinov və mən Əzizova Könül daxil idik. Bu dəfə olan səfərim həm də onunla fərqlənirdi ki, səfər turistik məqsəd deyil, məhz diplomatik məqsəd daşıyırdı. Çinə olan səfərdə mənim iştirak etməyimə əsas səbəb onun iqtisadiyyatı ilə daha yaxından tanış olmaq idi. Bu həm də mənim gələcəkdə peşəkar iqtisadçı kimi fəaliyyət göstərməyimə böyük təkan idi. Həm də tərcüməçi kimi orada iştirak edirdim. Yox, Çin dilini öyrənməyimə hələ çox var, sadəcə ingilis dilindən tərcümələr aparmaq üçün getmişdim. Buna görə ilk növbədə hörmətli akademikə öz minnətdarlığımı bildirirəm. Çinə gəldikdə isə təyyarə ilə ilk əvvəl Urumçi şəhərinə, daha sonra Pekinə yola düşdük. Urumçi şəhəri də xeyli dərəcədə inkişaf etmiş maraqlı şəhərlərdəndir. Pekinə çatdıqda mənə daha çox maraqlı idi. Axı bu əfsanəvi ölkənin paytaxtını belə tezliklə görmək ağlımdan belə keçmirdi! Ən maraqlısı isə - bu şəhər mənə heç də yad şəhər kimi görsənmədi. Ətrafda qıyıqgözlü insanların, fərqli dildə danışıqların, aprel ayı olsa da havanın isti və quru olmasına baxmayaraq Pekində özümü tam rahat və yerimdə hiss edirdim. Bəlkə də buna səbəb bizi qarşılayan Xalq Diplomatiyası İnstitutunun sədr müavini və digər nümayəndələrin yaratdığı abu-hava olmuşdu. Bu şəhər mənə nə qədər doğma görünsə də, bir o qədər fərqli və qeyri-adi idi. Hündür, gözəl, möhtəşəm dizaynlı binalara baxdıqca baxmaq istəyirdin. Hər dəfə yeni quruluşda olan binanı gördükdə hamımız bu binanın hansı şirkətə, təşkilata məxsus olduğu ilə maraqlanırdıq. Çinlilər isə yorulmadan, bezmədən bizə soruşduğumuz bina haqda istədiyimiz məlumatı verirdilər. Onlar o qədər sakit, təmkinli, üzügülər xüsusiyyətə malik xalqdır ki, hətta hirslənəndə belə xəbər də tutmursan. Sözsüz, çinlilərin də bütün xalqlar kimi mənfi xüsusiyyətləri var. Amma bu haqda danışmaq istəmirəm. Çünki yaddaşımda müsbət hadisələr, maraqlı anlar daha çoxdur. Hətta lap çoxdur. Onlar yadıma o qədər tez-tez düşür ki, artıq xoşagəlməz halları çətinliklə xatırlayıram.
Çində olan müddət Parlamentdə, Xarici İşlər Nazirliyində, Xalq Diplomatiyası İnstitutunda, Azərbaycanın Çindəki Səfirliyində və bir çox başqa görüşlərdə olduq. Bu görüşlər də mənim üçün çox maraqlı keçirdi. Halbuki əvvəldə darıxacağımı fikirləşirdim. Amma sonra danışıqlar zamanı o qədər maraqlı, bu günümüz üçün aktual, qlobal məsələlərə toxunuldu ki, istər istəməz diqqətimi cəlb edirdi. Axı biz həm də Çində Azərbaycanı təmsil edirdik. Ona görə də müzakirələr, danışıqlar mənim üçün ikiqat maraqlı idi. Çünki Çinin Azərbaycanın inkişafı, iqtisadiyyatı, ümumilikdə ölkəmizə olan münasibəti, fikirləri məni də çox maraqlandırırdı. Yeri gəlmişkən, fikirlər müsbət, eyni zamanda çoxtərəfli idi. Əslində orada aparılan danışıqlar, müzakirələri təhlil edib sizə çatdırmağı özüm üçün hələ tez hesab edirəm. Ona görə də, sadəcə olaraq Çindəki təəssüratlarımı sizinlə bölüşmək istəyərdim.
Çində olan müddət Parlamentdə, Xarici İşlər Nazirliyində, Xalq Diplomatiyası İnstitutunda, Azərbaycanın Çindəki Səfirliyində və bir çox başqa görüşlərdə olduq. Bu görüşlər də mənim üçün çox maraqlı keçirdi. Halbuki əvvəldə darıxacağımı fikirləşirdim. Amma sonra danışıqlar zamanı o qədər maraqlı, bu günümüz üçün aktual, qlobal məsələlərə toxunuldu ki, istər istəməz diqqətimi cəlb edirdi. Axı biz həm də Çində Azərbaycanı təmsil edirdik. Ona görə də müzakirələr, danışıqlar mənim üçün ikiqat maraqlı idi. Çünki Çinin Azərbaycanın inkişafı, iqtisadiyyatı, ümumilikdə ölkəmizə olan münasibəti, fikirləri məni də çox maraqlandırırdı. Yeri gəlmişkən, fikirlər müsbət, eyni zamanda çoxtərəfli idi. Əslində orada aparılan danışıqlar, müzakirələri təhlil edib sizə çatdırmağı özüm üçün hələ tez hesab edirəm. Ona görə də, sadəcə olaraq Çindəki təəssüratlarımı sizinlə bölüşmək istəyərdim.
Çin haqda çox eşitmişdim. Hələ də çox eşidəcəyəm. Amma gözlə görülən heç vaxt yaddaşdan silinmir axı. Elə yaddaşdan söz düşmüşkən, çox maraqlıdır ki, çinlilərin yaddaşı, dünya görüşü, bilikləri çox genişdir. Adi sürücüdən xahiş edəndə ki, mənə Ququn İmperator Sarayı haqda bir az məlumat versin, o çox sadə, konkret bir dildə məni bu tikili haqda xəbərdar etdi. Özdə sürücünün danışığından hiss olunurdu ki, o bunu ancaq mənim xahişimə görə etmir. O öz tarixlərindən, ümumilikdə Çin xalqının keçdiyi tarixi inkişaf yolundan danışmaqdan qürur duyur. Niyə də duymasın ? 5 min ildən çox yaşı olan ən qədim sivilizasiyalardan biri, kağızın, barıtın, çox sevdiyim ipəyin, çayın və bu sıranı çox uzada bilərəcəklərimin vətəni. Amma gəlin sizə Pekinə gəldiyimiz ilk gün getdiyimiz Ququn İmperator sarayından danışım. Çox şey danışmaq istəmirəm, sadəcə sarayın necə gözəl, mürəkkəb işləmələrlə olmasını qeyd etmək kifayətdir. Bu sarayda olanda bizim diqqətimizi çəkən ən əsas cəhət bilirsiz nə idi? Sarayı ziyarət edənlərin 70-80%-i çinlilər idi. Bilirəm, indi deyəcəksiz ki, onlar hamısı bir-birinə bənzəyir, bəlkə çinli yox, koreyalı idi, yaponiyalı idi..
Amma yox, bələdçimiz də dedi ki, bura gələn insanlar nəhəng Çinin kəndlərindən, əyalətlərindən gələn turistlərdir. Onlar neçə kilometr qət edib öz tarixlərini, keçmişlərini gözləri ilə görmək üçün ora gəlmişdilər. Onda bir daha başa düşdüm ki, bu xalq öz tarixinə, soy kökünə çox bağlıdır. Özdə bu hala təkcə bu sarayda yox, digər muzeylərdə və tarixi yerlərdə də rast gəldim. Etiraf edək, nümunə götürüləsi cəhətdir. Onlardan nümunə götürməli o qədər cəhət var ki... Keçən dəfə də qeyd etdiyim kimi, bugunki günümüzdə çoxlarımıza lazım olan səbir, hövsələ. Mən elə orda olanda başa düşdüm ki, onların bu qədər səbirli olmasına səbəb nədir. Buna səbəb məncə onların içdiyi yaşıl çaydır. Orda olanda artıq mən də yaşıl çay içməyə adət etmişdim. Ətirli, zərif qablara süzülmüş, əsil yaşıl çay. Bu çay təkcə əsəbləri sakitləşdirmir, o həm də çox xeyirli, bədənimizdəki zərərli maddələri məhv edən çaydır. Elə bilməyin orda yalnız yaşıl çay içilir, xeyir, orda çayların yüzlərlə növləri və çeşidləri var. Hər çay növü isə özünə görə dadlı və ətirli idi. Biri gözəllik, digəri arıqlamaq istəyənlər, o biri isə gözlər üçün xeyirli idi. Yadıma lap çay mağazısında olduğumuz gün yadıma düşdü. Satıcı qadın o qədər gülərüz, ürəyiaçıq idi ki, istədiyimiz çaydan yerindəcə dəmləyib bizə süzürdü. Hətta özü də hansısa çay növünün dadına baxmağa təklif edirdi. Hər dəfə çayı süzməmişdən qabaq birinci qızıl qəpikləri tutmuş qurbağanın üzərinə tökürdü. Mən bilirdim ki Çində qəpikləri tutan qurbağa, fil, tısbağa bolluq rəmzidir. Satıcıdan soruşanda da o mənim bildiklərimi təsdiqlədi və bunu ruzi bərəkətin olması, çay satışını uğurla həyata keçirmək üçün etdiyini dedi. Satıcı xanımın qonaqpərvərliyi isə bizə digər mağazalara baş çəkməyə qoymur, qalan çayların da dadına baxmağa çağırırdı.
…Bir halda ki, söhbət qonaqpərvərlikdən gedir, Urumçiyə gəldiyimiz zaman uyьurların bizi qarşılamaları yadıma düşür. (Axı biz Pekinə tranzit yolla Urumçidən getmişdik). Onda elə bildim ki, Çin haqda kitabı mən yazmışam. Yəni, hər birimizə, bütün deleqasiya üzvlərinə hörmət, diqqət eyni idi. Eyni zamanda Pekində və Sianda. Qonaqpərvərlik deyəndə əslində ilk öncə xalqımıza məxsus olan bu xüsusiyyət yadıma düşür. Çində olarkən də, həmyerlilərimiz – Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev başda olmaqla, səfirliyin bütün işçiləri öz köməkliklərini bizdən əsirgəmədilər. Bu heç də asan iş deyil – ölkəmizi xarici dövlətdə təmsil etmək, özü də bunun öhdəsindən gəlmək. Ermənilərin, digər bədxahların da olduьu ölkədə səfirliyin nəzdində «Şuşa» mədəniyyət mərkəzi açıb tariximizdən insanları xəbərdar etmək. Daha nələr, nələr. Səfirliyin ölkəmiz üçün olan işlərini qiymətləndirir və hamının adından onlara öz təşəkkürümüzü bildiririk ki, orada olduьumuz müddətdə bizi Bakımız üçün darıxmaьa qoymadılar, hər bir işdə yardım göstərdilər. Pekindən o qədər xoşum gəlib ki, sizə Çinin ilk paytaxtı olan və neçə min il yaşı olan Sian şəhərindən danışmaьı unutmuşam. Əgər Pekin insana nə qədər tarixi olsa da, daha çox işgüzar şəhər kimi görünürsə, Sianda əksinə sanki sakitlik var idi. Özdə bu şəhər yaşıllıqlar şəhəri idi sanki. O qədər gözəl parklar, aьaclar, kolluqlar var idi ki.. Elə axtarırdım ki bu aьaclar harda qurtaracaq tapa bilmirdim. Amma deyim ki, bu çox, həm də çox müsbət haldır. Əlbəttə, yaşıllıq nə qədər çox olsa, gözəllik, təmiz hava da bir o qədər çox olar. Və Çin kimi demək olar hər növ sənayesi inkişaf etmiş ölkənin bu yaşıllıqlara çox ehtiyacı var. Sözsüz Siandakı qədər olmasa da, Pekində də yaşıllıqlar çox idi. Bu da şəhərə bir başqa gözəllik verirdi. Sianda olduьumuz 3 gün ərzində bir çox tarixi yerlərdə olduq. Onlardan ən maraqlısı Terra Kotta Ordusu muzeyi idi. Təsəvvür edin, arxeoloji qazıntılar nəticəsində tapılmış döyüşçülər, onların atları, arabalar - hamısı heykəllər şəklində. Bu arxeoloji qazıntılar isə dayandırılmamış, hələ də davam edirdi. Bilirəm təkrarlanıram, amma yenə də Sianda diqqətimi cəlb edən məqam çinlilərin öz tarixləri ilə maraqlanmaları idi. Muzeydə olarkən baxdıьımız kiçikmetrajlı film sonda mənə darıxdırıcı gəlsə də, zalda olan digər çinlilərin (xaricilər yalnız biz idik) sona qədər, diqqətlə filmi izləmələrini gördüm. Bilirsiz, öz tarixi ilə maraqlanmaq, öyrənmək, kitablar oxumaq, muzeylərə baş çəkmək olar. Hətta lazımdır. Amma bunları etmək üçün tarixi qoruyub, onu gələcək nəsillərə çatdırmaq da lazımdır. Hətta vacibdir. Çinlilər kimi nəhəng xalq isə bu işin öhdəsindən məharətlə gəlir.
Könül Əzizova