MƏQALƏLƏR

Qələbəyə aparan yollar!

  • 01.02.2024

Qarabağ Azərbaycandır!
İlk olaraq qeyd etmək istərdim ki, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” ifadəsini bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımızı bildirir, ömrümüzün, həyatımızın sonuna qədər qəlblərimizdə, yaddaşlarımızda hər an ehtiram, hörmət, minnətdarlıq hissi ilə yad edəcəyimiz, unutmayacağımız Şəhidlərimizə uca Allahdan rəhmət diləyir, bu yolda canını qurban verməyə hazır olan qazilərimizə Allahdan can sağlığı və qışın soyuğunda, yayın isti, qızmar çağında sərhədlərimizi qoruyan əsgərlərimizə səbir, iradə, uğur arzu edirik.
Həqiqətən də, II Qarabağ müharibəsində Azərbaycanımızın Qələbə qazanması dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdi. Azərbaycanın qüdrətli ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə əbədi və əzəli torpağımız olan Qarabağımızı erməni işğalından azad etdi. Düşmən anladı ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Artıq Azərbaycanın güclü, yenilməz və hər zaman var olan, qələbə yaşatmaq gücünə malik, güclü silahlarla silahlanmış əsgər və ordusu var.
Azərbaycan dövləti müstəqil, demoktarik, suveren dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev düzgün siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, 2020-ci il 27 sentyabr tarixindən Azərbaycan ordusu böyük əzmkarlıq, şücaət göstərərək, qələbə əldə etdi. Düşmən tərəf 44 günlük müharibə zamanında hər cür mənfur siyasətə əl atdı, uşaq, körpə, yaşlı, qadın bilmədən mülki əhaliyə, mənzillərə atəş açdı, bombaladı. Məhz bu rəzilliklər, bu haqsızlıqlar düşmənin əsl simasını, iç üzünü bir daha təsdiqlədi. Bu təcavüzün, bu terrorun qarşısında dövlətimiz dünyanın beynəlxalq hüquq normalarına və müharibə qaydalarına tam əməl edərək, səbirlə, əzmkarlıqla ədalətli savaş apardı. Bir elm misalında deyildiyi kimi, güc birlikdədir. Azərbaycan xalqı, Azərbaycan milləti cənab Prezidentimiz İlham Əliyevin “Bu yumruq düşmənin başını əzən yumruqdur!” şüarını, ifadəsini əldə dəstək tutaraq, bu yumruq altında həmrəylik göstərib, birləşərək Qələbə qazandı.
Onu da unutmaq olmaz ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, bu müharibəni sülh yolu ilə həll etmək istəyirdi. Həqiqətən də, cənab prezidentimiz böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə yanaşı, Ulu Öndərimiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəsiyyətini də layiqli şəkildə yerinə yetirmiş oldu.
Əldə edilən Qələbə Azərbaycan xalqının tarixinə, xalqımızın, insanlarımızın yaddaşına qızıl hərflərlə yazılaraq, tarixə həkk olunaraq dünya ölkələrinə sərgilədi. Bu qələbə, bu zəfər hələ əsrlər boyu, illər boyu qəlbimizdən, yaddaşımızdan, hafizəmizdən silinməyəcək və nəsillərdən nəsillərə ötürüləcək.
Qələbəmizin bariz nümunəsindən biri də odur ki, son illərdə ölkəmizdə həyata keçirilən işlər beynəlxalq səviyyədə gücümüzü şərtləndirdi. Azərbaycanın iqtisadi gücü qələbəni əldə etmək üçün təkan oldu. Azərbaycanda müdafiə sənayesinin yaradılması, transmilli layihələrin işlənib hazırlanması və s. kimi uğurlu layihələrin həyata keçirilməsi iqtisadiyyatımızın dinamik inkişafından xəbər verdi. Azərbaycanda həyata keçirilən məhz bu təşəbbüslər təkcə xalqımızın yox, dünya ölkələrinin də maraqlarını təmin etməyə şərait yaratdı.
Onu da unutmaq olmaz ki, dünyanın bütün aparıcı, nüfuzlu dövlətləri, ölkələri, beynəlxalq təşkilatları ədalətli qərarlar qəbul edərək, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdılar.
Ən xoş arzulardan, qəbul edilən dualardan biri də o oldu ki, artıq insanlarımız öz doğma torpaqlarına qayıdır, doğma Qarabağımızda evlər, mənzillər tikilir, məhv olunan abidələrimiz bərpa olunur, yollar çəkilir, torpaqlarımız minalardan təmizlənir, insanların yaşayışı üçün zəruri tədbirlər görülür. Şükürlər olsun ki, məscidlərimizdən Azan səsi eşidilir, bir sözlə, Qarabağımızda məqsədyönlü, iri, uğurlu layihələrin həyata keçirilməsi zəruri hala çevrilir.
Biz artıq xoşbəxt xalqıq. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Qarabağa qayıdış başlayıb. Qarabağda yaşayış var, axşamlar mənzillərdə işıqlar yanır. Artıq tam əminliklə deyə bilərik ki, cənab prezidentimizin də söylədiyi kimi, Füzuli bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Cəbrayıl bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Qarabağın tacı olan Şuşa bizimdir!
Çox sevdiyim bir nəğmədə deyildiyi kimi, biz daha deməyəcəyik:
Qarabağda bağım qaldı,
Neçə şirin çağım qaldı,
Qaralmış ocağım qaldı,
Evim oldu talan, gül...
Həqiqətən də, cənab Prezidentimiz İlham Əliyevin dillərə dastan olan, dillərdən düşməyən “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” ifadəsi tarixə səs salaraq necə də gözəl səslənir.

Kaşiyeva Flora, “Maliyyə ve audit” kafedrasının dosenti