MƏQALƏLƏR

Azərbaycanın vergi xəbərləri» jurnalının 6-cı nömrəsi çapdan çıxmışdır

  • 08.07.2011
 

Azərbaycanın vergi xəbərləri» jurnalının 6-cı nömrəsi çapdan çıxmışdır

Vergilər Nazirliyinin aylıq elmi nəşri - «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki altıncı nömrəsi çapdan çıxmışdır.

İyunun 7-də Bakı Sərgi Mərkəzində  XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının açılışı olmuşdur. «Rəsmi» rubrikasında bu əlamətdar hadisə ətraflı işıqlandırılmışdır.

Krans Montana Forumu Azərbaycan Prezidentini ozunun ən ali mukafatına

layiq gormuşdur. İyunun 23-də Belcikanın paytaxtı Brusseldə Krans Montana Forumunun rəsmi acılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun “Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı” sessiyasında iştirak etmişlər.  Forumun ən ali mukafatının - “PRIX DE LA FONDATION”-in Prezident İlham Əliyevə təqdim olunması hər birimizdə fərəh hissi doğurur. Bu barədə jurnalın ilk səhifələrində oxuya bilərsiniz.

“Azərbaycan vergi xəbərləri”nin bu sayı əlamətdar günə -15 iyun - milli qurtuluş gününə təsadüf edir. Bu münasibətlə “Hec vaxt unudulmayacaq şərəfli tarixi gun” başlığı altında yerləşdirilən yazı daim xalqına arxalanan və xalqa arxa olan bir insana - Heydər Əliyevə həsr olunmuşdur.

İyunun 2-də vergilər naziri Fazil Məmmədov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) ölkəmizdə işgüzar səfərdə olan icraçı katibi Marek Velenciklə goruşmuşdur. Bu barədə jurnalın “Vergilər Nazirliyində” rubrikasında tanış ola bilərsiniz.

“Xəbərlər” rubrikasında Azərbaycanla Sloveniya arasında imzalanmış Konvensiya, Bakıda vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı, Milli Məclisin Vergi Məcəlləsinə etdiyi dəyişikliklər və digər xəbərlər öz əksini tapmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Dovlət orqanlarının elektron xidmətlər

gostərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli

429 nomrəli Fərmanının icrasına dair Tədbirlər Planı jurnalın bu sayında oxuculara təqdim olunur.

Jurnalın müxtəlif rubrikalarında iqtisad elmləri doktoru Y.Kəlbiyevin  “Vergi auditi zamanı muhasibat və vergi ucotu sənədlərinin yoxlanılması işlərinin təşkili”, iqtisad üzrə fəlsəfə doktoru, dosent  İ.Seyfullayevin.” Yuksək texnologiyalara əsaslanan iqtisadi modelin qurulmasında dovlətin rolu”,  Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, t.e.f.d. S.İsmayılovun. “Muəssisənin diversifikasiyası strategiyası”,  ADİU-nun magistrantı İ.Nəbiyevin.”Azərbaycanda vergi sisteminin tarixi”, həmçinin türk dilində G.Tuna, V.E.Tuna, E.Bagırzadenin “Uluslararası hisse senedi piyasaları arasındakı nedensellik ilişkisi: Turkiye, Yunanistan ve ABD uzerine ampirik bir uygulama”   başlıqlı elmi məqalələri oxucuların diqqətinə təqdim olunmuşdur.

«Elm korifeyləri» rubrikasında oxuculara 1977-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş isveç iqtisadçısı Bertil Olin (1899-1979) və ingilis iqtisadçısı Ceyms Mid  barədə məlumat verilir.