“Göy qutu”dan başlanan böyük biznesXX əzri aviasiya və kosmonavtika əsri adlandırırlar. Lakin ötən əsrin 70-ci illərini həm də müasir İT sənayesinin inkişaf mərhələsi adlandırmaq olar. Və burada Apple şirkətinin də adı öncüllər sırasındadır.Apple şirkətinin tarixi iki dost Stiv Cobs ilə Stiv Voznyakın öz şirkətlərini yaratmaq arzusundan başlayır. Stiv Cobs (ing. Steve Jobs) – amerikalı mühəndis və sahibkar, dünyada ən məşhur amerikan korporasiyalarından olan Apple İnc.-in yaradıcılarından biri və baş direktoru, Pixar studiyasının keçmiş baş direktoru. Stiven Pol Cobs 1955-ci ildə Mauntin-Vyu (Kaliforniya ştatı) şəhərində anadan olmuşdur. O, öz doğma anası tərəfindən tərbiyə olunmaq üçün başqa ailəyə verilmişdi. Onun analığı Klara mühasibatlıq kompaniyasında işləyirdi, atası Pol isə mexanik idi. 12 yaşında Stiven Cobs HP kompaniyasının rəhbəri Uilyam Hyulettə zəng edib ondan hansısa cihazın yığılması üçün lazım olan detalları istəyir. Oğlanla söhbət etdikdən sonra Uilyam bütün lazım olan əşyaları ona göndərir və tətildə öz firmasında işləməyi təklif edir. Elə burada Stivin taleyi həll olunur – Hewlett-Packard şirkətində işləyən zaman o, gələcəkdə Apple şirkətində kolleqası olacaq Stiven Voznyakla tanış olur. Onların ilk birgə işi xuliqanlıq xarakteri daşıyırdı: iki Stiv birlikdə BlueBox (hərfi mənası “Göy qutu” deməkdir) düzəldirlər ki, onun vasitəsilə uzaq məsafələrə pulsuz zənglər etmək mümkün olsun. Deyilənlərə görə, elə bu sistem əsasında onlar ilk ortaq bizneslərini açırlar. Voznyak bu cihazları Berklidə təhsil aldığı zaman hazırlayırdı, yuxarı siniflərdə oxuyan Cobs isə onların satışı ilə məşğul olurdu. 1972-ci ildə orta məktəbi bitirən Stiv analığının arzusu ilə Oreqon ştatı, Portlenddə Rid kollecinə daxil olur. 1-ci semestrdən sonra o, öz arzusu ilə oradan xaric olunur, lakin öz dostları ilə il yarıma qədər orada yaşamağa davam edir. O zaman o, kalliqrafiya (xəttatlıq) kurslarına gedirdi və məhz həmin vaxtlar onun ağlına Mac OS sistemini müxtəlif ölçülü şriftlərlə təchiz etmək ideyası gəlmişdi. Daha sonra Stiv kompüter oyunlarının nəhəng istehsalçısı olan Atari şirkətində işləməyə başlayır və illər boyu arzusunda olduğu Hindistana səyahət etmək üçün lazımi qədər pul toplayır. Cobsdan 5 yaş böyük olan Voznyakın o zaman üçün artıq kompüterlərdən əla başı çıxırdı. Və onlar – Stiven və Atari-dən olan çertyoj çəkənlə birlikdə 1976-cı il aprelin 1-də Apple Computer Co şirkətinin əsasını qoyurlar. Özünün dizaynı ilə yığılan kompüterlərin istehsalı ilə məşğul olan kompaniya kimi Apple Computer Co şirkəti 1977-ci ilin əvvəlində qeydiyyatdan keçirilmişdir. Stiven Voznyak daha çox məhsulların hazırlanması və işlənilməsi ilə məşğul olurdusa, Cobs marketoloq kimi fəaliyyət göstərirdi. Belə hesab edilir ki, məhz Cobs Voznyakı inandırmışdı ki, onun tərəfindən düşünülmüş mikrokompüter sxeminin qurulmasını sona çatdırsın. Bununla da o, yeni personal kompüter bazarının yaradılmasına təkan verir. Yəqin ki, bir çoxlarını şirkətin niyə məhz “Apple”, yəni alma adlandırılması da maraqlandırır. Kompaniyanın adını Cobs fikirləşmişdi. Birincisi, onlar provokasiyalı bir ad fikirləşmək istəyirdilər (“Bitls” qrupu ilə maraqlananlar bilirlər ki, o zaman analoji ada sahib olan səsyazma studiyası fəaliyyət göstərirdi), ikincisi, Cobs sadəcə olaraq, alma xoşlayırdı. Stiv Cobs və Stiv Voznyakın təqdim etdikləri ilk kompüter Apple I adlanırdı və qiyməti 666,66 dollar təşkil edirdi. Bu cihazlardan cəmi 600 ədəd satılmışdı. Daha sonra Apple II yaradıldı ki, bu da daha çox sayda istifadəçi üçün nəzərdə tutulmuşdu. Apple I, əsasən də Apple II-nin uğurları personal kompüter bazarında Apple firmasını əsas iştirakçıya çevirdi. Kompüterlər şirkətə böyük miqdarda gəlir gətirərək daha çox yayılırdı. Apple genişlənməyə başladı. 1980-ci ildə səhmdar cəmiyyətə çevrildi və ilk uğurlu səhm yerləşməsini həyata keçirdi, beləliklə, Stiv Cobs 25 yaşında milyonçu oldu. Kompaniya yüksək pillələrə qalxmağa başladı.1983-cü ildə Cobs Con Skallini Pepsi-Cola şirkətindən Apple-a keçməyə inandırdı. Sonra onlar arasında baş verən anlaşılmazlıq nəticəsində Stiv Cobs özü layihə rəhbəri vəzifəsindən uzaqlaşdırılır və Apple şirkətini tərk etməyə məcbur olur. 1986-cı ildə Stiv LucasFilm-dən The Graphics Group-u (sonra Pixar adı ilə əvəz olunur) 5 milyon dollara alır. Kompaniyanın əsl qiymətinin 10 milyon dollar olmasına baxmayaraq, Corc Lukasa boşanma proseslərinin xərclərini ödəmək üçün təcili olaraq pul lazım idi. Ona görə də o, kompaniyanı 5 milyon dollara satmağa məcbur olur. Stivin rəhbərliyi altında isə Pixar studiyası “Oyuncaqların əhvalatı” və “Monstorlar korporasiyası” adlı filmləri istehsal edir. 2006-cı ildə Cobs Pixar şirkətini Walt Disney studiyasına 7,4 milyon dollara Disney kompaniyasının səhmləri müqabilində satmışdı. Cobs Disney-in idarə heyətinin üzvü olaraq qalırdı və eyni zamanda səhmlərin 7%-nin sahibi kimi Disney-in ən böyük səhmdar-fiziki şəxsi idi. Yalnız 1997-ci ildə Stiv Cobs yenidən Apple şirkətinin müvəqqəti icraçı direktoru vəzifəsində çalışmağa başlayır və kompaniyanın AppleNewton, Cyberdog, OpenDoc kimi bir neçə uğurlu olmayan layihələrini bağlayır. 1998-ci ildə iMac yaradılır. iMac istehsalı ilə Apple kompüterlərinin satışı çoxalmağa başlayır. 2000-ci ildə Cobs tam hüquqlu icraçı direktor kimi çalışmağa başlayır və ildə 1$ (!!!) məbləğində maaşla dünyada ən az maaş alan rəhbər kimi rekordlar kitabına daxil olur. Stiv Cobs Apple şirkətindən 43,5 milyon dollar məbləğində Gulfstream reaktiv təyyarəsi şəklində mükafat alır və kompaniya təyyarə ilə bağlı bütün xərcləri öz üzərinə götürməyə razılaşır. 2001-ci ildə Stiv Cobs ilk iPod pleyerini təqdim edir. Bir neçə ildən sonra iPod satışı kompaniyanın əsas gəlir mənbəyinə çevrilir. Cobsun başçılığı altında Apple personal kompüterlər bazarında öz mövqeyini möhkəmləndirir və 2003-cü ildə iTunes Store yaradılır. 2005-ci ildə WWDC hazırlayanların konfransında Stiv Cobs İntel-ə keçidi elan edir və artıq 2006-cı ildə Apple İntel baza prosessorunda ilk notbuku təqdim edir. 2007-ci ildə Apple şəbəkə multimediya pleyeri olan Apple TV-ni təqdim edir, 29 iyunda isə iPhone mobil telefonlarının satışı başlanır. 2008-ci ildə Apple dünyada ən yüngül notbuk olan MacBook Air notbukunu təqdim edir. 2010-cu ildə istehsal edilmiş yeni iPhone 4 çox böyük marağa səbəb olur. Məhz bu mobil telefonu əldə etmək üçün sadə vətəndaşlarla yanaşı, bir çox məşhur insanlar da uzun növbələrdə dayanmalı olmuşdular. Daha sonra istehsal olunan yeni iPad planşetlərini misal göstərmək olar. Bu məhsulların siyahısı ilbəil artmaqdadır.Stiv IT-biznesin idarə edilməsi sahəsində nümunə kimi indi də makların, telefon, pleyerlərin çoxsaylı satışı ilə məşğuldur.Məlumatlar 8sg.ru saytından əldə edilmişdir.
|
|