MƏQALƏLƏR

Qanunsuz fəaliyyət göstərən kazino aşkar edilmişdir

  • 21.07.2011

Qanunsuz fəaliyyət göstərən kazino  aşkar edilmişdir

 Vergilər Naziriyi yanında Vergi Auditi Departamenti tərəfindən 13 iyul 2011-ci il tarixdə həyata keçirilən operativ nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 61 ünvanında yerləşən ictimai iaşə obyektinin bir hissəsində kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilmişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, mülkiyyət hüququ Elnur Elşad oğlu Nəcəfova məxsus olan obyekt etibarnamə əsasında fiziki şəxs Fikrət Eyvaz oğlu Vəliyevə verilmişdir. Özünü kazinonun məsul operatoru kimi təqdim edən Tatyana Viktorovna Malyuqanın isə Ukrayna Respublikasının vətəndaşı olduğu müəyyənləşdirilmişdir.Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların daşıyıcısı olduğu ehtimal edilən 14 ədəd kompüter prosessoru, müxtəlif qeydlər aparılmış «qara mühasibat» sənədləri aşkar edilərək götürülmüşdür. Kazinoda olan müştərilərdən də müvafiq izahat alınmış, həmin izahatlar əsasında həqiqətən də kazinoda qanunsuz olaraq pul uduşlu oyunların keçirildiyi sübuta yetirilmişdir.Hazırda qanunsuz oyunların təşkilatçılarının müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində işlər davam etdirilir.