Oruc cəhənnəm oduna qarşı
Oruc cəhənnəm oduna qarşı
On bir ayın sultanı ölkəmizə, şəhərimizə, evlərimizə və nəhayət qəlblərimizə xoş gəldin.
Ramazan ayı rəhmət, məğfirət, bərəkət və sevgi ayıdır, duaların qəbul olduğu aydır.
Qurani Kərimdə buyurulur: “- İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Гуран Ramazan ayında nazil edilmişdir...”( əl-Bəqərə surəsi, 185).
Artıq бир неся gündür ki, on bir ayın sultanı öz müqqədəs qədəmləri ilə bütün müsalman dünyasına və ölkəmizə təşrif etmişdir.
Belə ki, Şəban ayının axırıncı günü - ayın 30-u ниййят тутулур. Qəzası olan - qəza niyyətilə, qəzası olmayan - kiminsə qəzası niyyətilə, yaxud müstəhəb oruc niyyətilə həmin günə гядяр oruc tutmalıdır. Onu da qeyd edək ki, бu il Ramazan aynın biri avqust ayının birindən başlamışdır.
Oruc və aclığın on gözəl xisləti:
l. Aclıqda göz səfası, könlün haqqı görməyi, göz kəskinliyi vardır.
Toxluq isə tənbəllik və səfehlik verir, bəsirəti kor edir. Damaqda buxarı çoxaldır, bu səbəblərdən qəlbdə ağırlıq olur.
2. Aclıqda riqqəti-qəlb olur. Qəlb səfası da insanı münacatın ləzzətini dərk etməyə hazırlayır, insan zikrinin və sair ibadətlərinin təsirini görür.
3. Qəlbdən şıltaqlıq gedir.
Lüzumsuz fərəh və tüğyanın başlanğıcı olan, eyni zamanda böyük məhrumiyyətlərin səbəbi olan iftixar duyğusu gedir. Nəfs aclıqla qırıldığı kimi daha heç bir şeylə qırılmır.
4. İnsan ac olarkən bəlaları unutmaz, zərərlərə və fəlakətlərə düçar olanları unutmaz. Tox acları unudar, ac olanlar isə aclığı və bəlaları, kasıbları və zəifləri unutmaz.
5. Aclıq lüzumsuz arzuları qırar, davamlı olaraq pisliyi əmr edən nəfsə (nəfsi-əmmarəyə) qalib gələr.
6. Aclıq yuxunu dəf edər. Çox yeyən çox içər, çox içən isə çox yatar, çox yatanın isə qəfləti artar. Kimin qəfləti artarsa fəlakətə uğrayar.
7. Aclıqda ibadətə davam asanlaşar. Toxluqda isə ibadət çətinləşər, ibadətə davam daha da çətinləşər.
8. Aclıq zamanı (tutulan oruc zamanı) insan bədəninin bütün orqanları sağlam olar, xəstəliklər dəf olar. Ümumiyyətlə, xəstəliklərin səbəbi çox yemək, çox içmək, çox yatmaq, qan artıqlığıdır. Xəstəlik ibadətə mane olur, ibadət şövqünü qırır.
9. İnsan daha asan bir həyat yaşayar, sıxıntısı olmaz. Az yeməyə öyrəşən az mala qənaət edər.
10. Aclıqda insan sədəqəni könül rahatlığı ilə verər, yeməkdən yetimlərə, kimsəsizlərə paylayar, qiyamətdə də sədəqəsinin altında kölgələnər.
Bu isti yay günlərində oruc tutarkən əsasən nələrə diqqət etməliyik?
Belə ki, iftar süfrəsindən qatıq və ayran əskik olmamalıdır. İsti avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları daha çox qorxudan da isti və uzun günlərdir. Odur ki, həkimlər oruc tutan insanlara iftardan sonra səhərə qədər 2 litrədək su içməyi tövsiyə edirlər. Ən azı 2 stəkan bitki çayı, bol ayran, qatıq və albalı kompotu içmək məsləhətdir.
Bir nüansı da unutmayaq ki, iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Ac qarına, bütün günü dincələn orqanizmi qəfil ağır, çeşid-çeşid qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyyəli xörəklərdən çəkinməliyik. Əvəzində isə meyvə-tərəvəzlərə üstünlük verməliyik. İftarı isti şorbalarla açmaq da mədəyə ziyandır. Daha yaxşısı qatıqlı buğda şorbasıdır. Bu şorbanı hər kəs öz zövqünə uyğun hazırlaya bilər. Şorbanı içdikdən yarım saat sonra siz zeytun yağı ilə hazırlanmış salat yeyə bilərsiniz.
İftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra rahat yata biləsiniz. Səhər yeməyində duzlu, zəngin kalorili, yağlı pendirdən uzaq olmaq gərəkdir. Əksinə süd, yumurta, qatıq kimi qidaların qəbulu orqanizminizi gün ərzində lazımi maddələrlə təmin edəcək. Oruc tutduğunuz müddətdə pomidor, mayonez və xiyardan uzaq durmaq da məsləhətdir.
Ramazan ayında oruc tutanların yaşadığı problemlərdən biri də qəbzlikdir. Bu problemdən qurtulmaq üçün yeməklərə xüsusi diqqət edilməlidir. Ramazan ayının ənənəvi qidası sayılan xurma, bitki yağları, təzə qatıq, tərəvəz salatları və çoxlu maye qəbulu qəbizliyin qarşısını alır. Hər axşam yeməkdən bir saat sonra yediyiniz alma da bağırsaqlarınızın qaydasında işləməsinə yardımçı olacaq. Qara çay əvəzinə su içmək daha vacibdir. Çünki çay qəbizlik yaradır.
Mübarək ayda ardıcıl oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranmış hər hansı problem aradan qalxır. Yaradanın bizə verdiyi bu fürsəti qaçırmamağımız gərəkdir.
Böyük Yaradan bütün müsəlmanların oruclarını və dualarını qəbul etsin!
Günel Zeynalzadə