MƏQALƏLƏR

“Meqa Sığorta” məqsədlərini zənginləşdirərək hamı üçün əminlik vəd edir!

  • 19.08.2011

“Meqa Sığorta”  məqsədlərini  zənginləşdirərək hamı üçün əminlik vəd edir!

2011-ci ilin əvvəlində Azərbaycanın sığorta bazarına nəzərəçarpacaq qədər böyük nizamnamə kapitalı ilə bazara daxil olmuş “Meqa Sığorta” ASC məqsədlərini daha aydın və dolğun şəkildə formalaşdırdı. Bu məqsədlə təşkil olunmuş tədbirdə kollektivin iştirakı ilə şirkətin strateji məqsədi, missiyası və dəyərləri zənginləşdirilərək yeni istiqamətlər əlavə olundu. “Meqa Sığorta” ASC-nin İdarə heyətinin sədri Əfqan Murtuzayevin sözlərinə görə məqsəd inkişaf etmiş qərb sığorta şirkətlərinin xətti ilə getməyə nail olmaq, işin keyfiyyətini yüksəltmək və müştərilərin qarşısında şirkətin imicini daha da artırmaqdır.

Azərbaycanın sığorta sektorunda bu istiqamətdə ilk dəfə keçirilmiş tədbirdə rəhbərliyin irəli sürdüyü təkliflər kollektivin iştirakı ilə müzakirə edilərək, onların fikirləri öyrənilmişdir. Həmçinin müzakirələrə kənar mütəxəssislər cəlb edilərək, onların da tövsiyələri nəzərə alınmışdır. Nəticədə  şirkətin  sloqanı  “Hər kəs üçün hərtərəfli əminlik” şəkilində formalaşdırılmışdır. Kollektivin rəyinə görə “Hər kəs üçün hərtərəfli əminlik”  sloqanında şirkətin strateji hədəfi öz əksini daha geniş tapır. Strateji hədəf ­quruma görə iddia, çalışanlara görə hədəfəçatma, tərəfdaşlar baxımından isə verilmiş söz olduğuna görə,  səhmdarlar şirkətin etibarlı əllərdə olduğuna və şirkətin bazarda layiqli yer tutacağına, müştərilər isə təminatlarda hər şeyin qaydasında olacağına əmin olmalıdırlar.

Tədbirdə şirkətin missiyası və dəyərləri də yeni formatda işlənilmişdir.  Kollektivin təklifinin nəticəsi kimi şirkətin missiyası “dinamik inkişafı əsas alan, riskləri düzgün qiymətləndirən, korporativ və fərdi müştərilər üçün keyfiyyətli xidmətə nail olmaq”  şəklində müəyyənləşdirildi. Əməkdaşlar arasında keçirilmiş sorğu əsasında  5 əsas dəyər formalaşdırıldı. Düzgünlük, hesabatlılıq, keyfiyyət, rəqabətlilik və öhdəlilik  “Meqa Sığorta”nın  dəyərləri kimi qəbul olundu.

Qeyd edək ki, şirkət kənardan yeni vakansiyalara kadrlar dəvət edərək onları yetişdirmək üçün mütərəqqi sistemlərdən istifadə edir. Bu cür sistemlər yeni kadrların test üsulu ilə işə qəbulundan başlayaraq, onların motivasiyası, səriştələrinin müasir metodlarla qimətləndilməsi və yeni vəzifələrə yerləşdirilməsini əhatə edir.

 “Meqa Sığorta” ASC əsas işin dövriyyəsinə deyil, onun keyfiyyətinə önəm verir. Beş milyon manat kapitallaşma göstəricisi ilə sığorta bazarın liderlərindən olan “Meqa Sığorta”, mütəxəssis işçi heyəti ilə də bazarın ən güclülərindən biri olmağa iddiyalıdır.  Şirkət rəhbərliyi hesab edir ki, rəqiblərin  qarşısında sağlam durması üçün bacarıqlı, yaradıcı və dürüst kadrlara sahib olmalıdır.

Seymur Yunusov