Bərdə və bərdəlilər
Bu yaxınlarda «Nərgiz» nəşriyyatında iri həcmli «Bərdə və bərdəlilər» adlı kitab çap edilib. Vəsait 448 səhifə həcmində olub 500 nüsxə tirajla nəşr olunmuşdur.
Azərbaycanın ən qədim və şöhrətli şəhərlərindən olan Bərdənin tarixinə, tarixi abidələrinə və görkəmli şəxsiyyətlərinə həsr olunmuş kitabda Bərdə və bərdəlilər haqqında ədəbiyyatın biblioqrafiyası, Nizami tərifi bu gözəl diyara həsr olunmuş şeirlərdə öz əksini tapmışdır. Kitab tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kutləsi üçün nəzərdə tutulmuşdur.
Kitab «Urəyimin içindəki ürəyim» başlıьı ilə başlayır. Sonra «Bərdə rayonunun inzibati ərazi vahidi» başlıьı gəlir. Daha sonra isə «Bərdə şəhərinin tarixi ərazisi, təşəkkülü və adının etimologiyasına, «Azərbaycan xalqının umummilli lideri Heydər Əliyev və Bərdə», «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdədə», «Bərdənin qədim memarlıq abidələri» sərlövhəsi diqqəti cəlb edir. Burada 13 adda abidə öz əksini tarmışdır. Diqqəti cəlb edən başlıqlardan biri də «Bərdə mədəniyyəti bu gün» adlanır.
«Bərdənin yetirmələri» adlı bölmədə 75-dən çox bərdəlilərin tərcümeyi-halları şəkillərlə öz əksini tapmışdır. «Könüllər vəsf edir gözəl Bərdəni» adlı başlıqda Bərdəyə həsr olunmuş şeirlər çap olunmuşdur. Buraya məşhur şairlər N.Gəncəvi, Qasım bəy Zakir, Oqtay Rza, Xuraman, Səməd Səmədov, Fikrət Qoca və məşhur şairlərin şeirləri daxil edilmişdir.
«Bərdə döyüşüb və döyüşür» bölməsinə isə «Bərdə şəhidləri», « İtkin düşənlər», «Bərdə şəhidlər xiyabanında dəfn olunan şəhidlər» daxildir.
«Bərdə yazılı mənbələrdə» başlıьına Azərbaycan rus və xarici mənbələrdə 1246 mənbə göstərilir. Maraqlı başlıqlardan biri də «Köməkçi göstəricilər» adlanır. Buraya «Müəlliflərin əlifba göstəricisi», «Sərlövhələrin əlifba göstəricisi», rus dilində «Alfovitnıy ukazatelь avtorov», «Alfovitnıy ukazatelь nazvaniy» və «Xarici mənbələrdə» başlıqları daxildir.
Kitabın elmi məsləhətçisi t.e.d. Qasım Hacıyev və n.e.n. Əli Eyvazovdur. Tərtibçisi əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, elmi redaktoru əməkdar mədəniyyət işçisi, t.e.n. Kərim Tahirovdur. Rəyçi Samir Abbasov, redaktorları isə Azadə Novruzova, Yasəmən Sadıqova, Elmira Bəşirova və Mehriban Cəfərovadır.
Nəşriyyatın baş direktoru
Hidayət Musabəyli