İçəri şəhər, Cümə məsçidinin
Ramazan bayramı ilə bağlı məlumatı
Hər bir müsəlmanın sevinj və səbirsizliklə gözlədiyi Müqəddəs Ramazan bayramı İçəri şəhər «Cümə məsçidi»ndə əvvəlki illərdən daha geniş və təmtəraqla keçirilir . Bununla əlaqədar İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu bü bayrama məsçidin icması tərəfindən xüsusi hazırlıq görülmüşdür. İçəri şəhər «Cümə məsçidi»nin axundu Hacı Surxay Məmmədlinin müxbirimizə verdiyi məlumata görə artıq bir neçə ildir ki, ildir ki, Ramazanın bütün günlərində məsjiddə icma üzvləri və imkansızlar üçün iftar süfrələri təşkil olunmuşdur. İftar süfrələrinin keçirilməsi üçün imkanlı qardaşlarımızın, o cümlədən tanınmış incəsənət xadimləri, iş adamlarının köməyi, həmçinin «Cümə məsçidi» dini icmasının üzvlərinin yaxınlan iştirakı ilə müvafiq tədarük görülmüş, həmçinin imkansız, kasıb, xəstə, əlil qardaş və bacılarımızı, onların ailələrini sevindirmək məqsədi ilə onlara ərzaq payları da paylanmışdır.
Ramazan bayramı günü məsçiddə bayram namazı qılınajaq, mömin qardaş və bajılarımız üçün bayram süfrəsi təşkil olunacaqdır. Hacı Surxay Məmmədli hər bir imkansız ailənin evində bayram günü xörəyin bişirilməsinə yardımçı olmağı bütün imkanlı müsəlmanlar üçün savab və borc olduğunu bildirmiş, bütün Azərbaycan xalqının qarşıdan gələn Ramazan bayramını təbrik edərək, onlara ən xoş arzularını çatdırmışdır.
(Hajı Surxay Məmmədli - tel: - 497-25-08 – məsjid,
050- 250-89-68-mob.)
|