MƏQALƏLƏR

Bakıda biznes fürsəti Kiçik və orta sahibkarlığın sürətli böyüməsinin və xarici bazarlara yol tapa bilməsinin ən asan yolu sərgilərdir.

  • 09.09.2011
 

Bakıda biznes fürsəti

Yerli sahibkarlar “Baku Expo Center”də Türkiyə istehsalçıları ilə görüşdülər

Kiçik və orta sahibkarlığın sürətli böyüməsinin və xarici bazarlara yol tapa bilməsinin ən asan yolu sərgilərdir. Azərbaycan şirkətləri tez-tez xaricdə təşkil olunan sərgilərə qatılır, öz məhsul və xidmətlərini nümayiş etdirərək tərəfdaşlar qazanırlar. Həmçinin xarici ölkələrin şirkətləri də əlaqələr qurmaq üçün ölkəmizdə keçirilən sərgilərə qatılırlar. Növbəti belə sərgilərdən biri- “Bakı Türk İxracat Məhsulları Sərgisi”  öz qapılarını ziyarətçilərinin üzünə açdı. 40-dan artıq Türkiyə şirkəti Azərbaycan bazarına daxil olmaq və ya bazarda tərəfdaşlarının sayını artırmaq üçün yerli iş adamları  ilə görüşlər keçirdilər.  

“Bakı Türk İxracat Məhsulları Sərgisi” sentyabrın 6-dan 8-dək “Baku Expo Center”də keçirildi. Sərginin təşkilatçısı olan “Meridyen” Beynəlxalq Sərgi şirkəti  idi. Artıq iki ildir Azərbaycanda sərgilər təşkil edən “Meridyen”  şirkəti əvvəlki illərdə Bakıda “İstanbul Fashion Show” moda sərgisini və “Türk İnşaat və Makina” sərgisini  təşkil etmişdi. Türkiyə iqtisadiyyatının təməl dayağı olan kiçik və orta müəssisələrin xarici bazarlara çıxmalarına  və ixraclarını artırmalarına kömək göstərməyi özünə vəzifə bilən “Meridyen” qonşu ölkələri prioritet hədəf bölgələri kimi müəyyən etmişdir.

“Bakı Türk İxracat Məhsulları Sərgisi” ölkəmizin kiçik və orta sahibkarlığı üçün də faydalı bir tədbir idi.  Sərgidə tərəfdaşlar ilə razılaşaraq ticarət işini təşkil etmək olardı. Həmçinin yerli istehsalçılar özlərinə uyğun təchizatçıları tapa bilərdilər.   

Şərgidə iştirk edən Türkiyə şirkətlərinin nümayəndələri Azərbaycanda gedən sürətli inkişafdan, turizm, hotelçilik və restoran biznesinin genişlənməsindən xəbərdar olduqlarını söylədilər. Birdəfəlik plastik qabların istehsalı ilə məşğul olan  “Fil Qrup” şirkətinin xarici ticarət departamentinin rəhbəri Aslan Alev bildirdi ki, onların istehsal etdikləri məhsullara Azərbaycanda tələbatın günbə-gün artdığını hiss ediblər: “Şirkətimizin istehsalı olan birdəfəlik plastik qablar katerinqdə, otellərdə, restoranlarda, evlərdə  və şirkətlərdə  rahatlıqla istifadə oluna bilinir. “Fil Qrup” şirkəti plastik qab sektorunda 30 ildən çoxsur ki,  fəaliyyət göstərir. Məhsul çeidini hər gün artıran şirkətimiz 900-dən artıq növdə məhsul istehsal edir.  “Fipa” markası ilə istehsal ounan pastik qablar gigiyenik şərtlər əsas tutularaq yüksək keyfiyyətlə itehsal ounur. Məhsullarımızı Avropa və Orta Şərq ölkələrinə ixrac edirik. 2005 ilidən isə kağız qab, salfet, və karton stəkan istehsalı edən Almaniyanın  “Hosti International Gmbh” firmasının Türkiyə və Orta Şərq nümayəndəliyini əldə etmişik”.

Azərbaycanın xidmət və məişət sektoruna daxil olmaq istəyən şirkətlərdən biri də “Ar Kağıt San.Tic.Ltd” şirkətidir. Sərgidə iştirak edən şirkət yerli iş adamlarına distribütorluq verməyə hazır idi.  Şirkətin nümayəndəsi Ayhan Kayhan bildirdi ki, Azərbaycandan olan iş adamlarının Türkiyənin topdansatış mərkəzlərindən məhsullarının alınaraq daşındığını eşidiblər. Marağı nəzərə alaraq “Ar Kağıt San.Tic.Ltd” şirkəti birbaşa yerli tərəfdaşının axtarılmasına qərar verilib  və buna görə də şirkət sərgiyə qatılıb. Ayhan Kayhan qeyd etdi ki, “Ar Kağıt San.Tic.Ltd” şirkəti “Papilion”  və “Elfin” markası ilə  kağız dəsmal,  kağız salfet və  tualet kağızı  istehsal edir.

Dünyada orqanik məhsullara artan tələbat orqanik gübrələrə də tələbatı artırıb. Son illər ölkəmizdə də əkinçilik və heyvandarlıq təsərrüfatlarında da organik gübrələrdən istifadə artmaqdadır. Azərbaycan fermerlərinin artan ehtiyaclarını qarşılamağı qarşısına məqsəd qoymuş Türkiyənin “Başak Organik Tarım Mühendislik” şirkəti sərgidə “Bioaktiv” məhsulnu nümayiş etdirirdi. Şirkətin baş direktoru Yakup Görenç ilə söhbət əsnasında öyrəndik ki, kiçik miqdar  “Bioaktiv” böyük təsir göstərir. “Bioaktiv” kənd təsərrüfatı və heyvandarlıq sektorunda böyük faydalar verən, məhsulların xüsusiyyətlərini artıran, tamamilə təbii məhsuldur. İnqilabi məhsul olan “Bioaktiv” - “Bioaktiv Tullantı”, “Bioaktiv Bitki”, “Bioaktiv Heyvan Yemi”, “Bioaktiv Su” və  “Bioaktiv Kompost” növlərinə ayrılır. “Bioaktiv Tullantı” məhsulu  tullantı kanallarındakı bərk  layların meydana gəlməsini əngəlləyir, tullantıların əmələ gətirdiyi toksik qazları və murdar iyləri nəzərəçarpaçaq qədər azaldır, heyvanlar daha sağlam olur və ölüm halları aşağı düşür, bitkilərdəgöbələk xəstəlikləri azalır, torpağın tərkibindəki mikroorqanizmləri hərəkətə gətirir və torpağın humus qabiliyyətini artırır. “Bioaktiv Bitki” gübrə məhsulu bitkilərin böymə prosesini canlandırır və müdafiə güclərini artırır. “Bioaktiv Heyvan Yemi” tozu isə heyvan yeminə və suyuna qatılmaqla istifadə olunur. Nəticədə heyvanlarda həzm prosesi yaxşılaşır, heyvanlar daha çox yeməyə başladıqlarından bəsləmə müddəti qısalır, onların immunitet sistemi qüvvətlənərək infeksiyalara tutlma halları azalır. “Bioaktiv Su” pis iyli gölməçələri təmiz və səffaf hala gətirir,  “Bioaktiv Kompost” məhsulu isə torpağın humus təbəqəsini qoruyur.  Şirkətin baş direktoru Yakup Görenç bunu da bildirdi ki, artıq “Azərbaycan Təmizlik Şirkəti” ilə əməkdaşlıq qurublar.

Türkiyə iqtisadiyyatında tekstil sənayesinin xüsusi payı vardır. Bu ölkədə hazır geymlərin istehsalçıları ilə bərabər, bu sahənin xammalını təmin edən istehslçılar da inkişaf etmişdir. Onlardan hörgü iplərinin itehsalı ilə məşğul olan “Kartopu Tekstil Mamülleri Pazarlama Tic ve San. A.Ş” və  geyimlər üçün asılqanlar istehsal edən “Yaprak Plastik Ve Kalıp Sanayi Ticaret Ltd Şti” sərgiyə qatılmışdı. Şirkətin nümayəndəsi bildirdi ki, “Kartopu Tekstil” 1952-ci ildə qurulmuşdur. Firma əl hörgü ipliyi sektorunun qabaqcıl firmalarından biridir.  Yaz və qış mövsümləri üçün 4 fərqli kateqoriyadan ibarət olan  “Qartopu” məhsulları-  “Qartopu Yun”,  “Qartopu Xüsusi Kolleksiya”, “Qartopu Körpə” və “Qartopu Loren”qruplarına ayrılır.  Hər qrupda 40 növ məhsul və hər məhsul üçün orta hesabla 60 rəng variantı vardır. “Kartopu Tekstil” illik satışının 30%-ni ixrac etməkdədir. Kanada, Amerika, İngiltərə, Rusiya, Albaniya, Bolqarıstan, Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Litvanya, Makedoniya, Misir, Moldovya, Rumıniya, Suriya, Səudiyyə Ərəbistanı, Ukrayna və Yunanıstana məhsullarını göndərir. Şirkətin nümayəndəsi bildirdi ki, Azərbaycanda əl toxuculuğu geniş yayılmadığından məhsullarının satışları elə də yüksək səviyyədə deyil. Hazırda Bakıda iki, Gəncə də isə bir tərəfdaşının olduğunu bildirən “Kartopu Tekstil” nümayəndəsi yeni tərəfdaşlarla da əməkdaşlığa hazır olduqlarını söylədi.

“Yaprak Plastik” şirkətinin nümayəndəsi Atacan Korkmazın sözlərinə görə 1995-ci ildən fəaliyyət göstərən şirkət hazır geyim sektoru üçün plastik asılqanlar, plastik etiketlər, qalstuk asılqanları və digər plastik hazır paltar aksesuarları istehsal edir.  Azərbaycanda bir neçə kimyəvi təmizləmə məntəqələri ilə əməkdaşlıq edən “Yaprak Plastik”, toxuculuq müəssisələri ilə də işləmək arzusundadır.

Azərbaycanda İran istehsalı olan qaz peçlərindən boğulmaların olmasından Türkiyə istehsalçıları da xəbərdardırlar. Daha təklükəsiz  təbii qaz sobaları istehsal edən “Hosseven” şirkəti də yerli tərəfdaş axtarışındadır.

Həmçinin sərgidə hazır geyimlər istehsal edən “XCR” firması, mətbəxt əşyaları istehsal edən “Emsan” şirkəti, bujuteriya məhsulları istehsalçısı  “Ofrigi Tekstil”  və s. şirkətlər iştirak edirdilər.

Bir sözlə,  “Bakı Türk İxracat Məhsulları Sərgisi” öz şəxsi biznesini qurmaq istəyənlər üçün əla fürsət idi. Soyumuz, dilimiz və dinimiz bir olan insanlarla anlaşmaq üstünlüyü və Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin əlverişli şərtlərini nəzərə alınsa, belə bir fürsət əldən verilməməli idi. Ümid edirik ki, sərgi müddətində yerli iş adamları səmərəli əlaqələr qurmuş və Türkiyə istehsalçıları Bakıdan məhsuldar şəkildə vərtənlərinə qayıtmışlar.

 Seymur Yunusov