MƏQALƏLƏR

Dollar işarəsi nəyi göstərir?

  • 15.09.2011
 
 

Dollar işarəsi nəyi göstərir?

 

Dollar işarəsinin yaranması ilə bağlı vahid fikir mövcud deyil. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, ispanlar amerikan koloniyalarından olan qızılları tökmə çubuqlarda daşıyan zaman onların üzərinə “S” hərfini (Spain – ölkənin adının ilk hərfinə əsasən) həkk edirdilər.  Külçələr İspaniyaya gəldikdən sonra onların üzərinə bir şaquli xətt, göndərildikdə isə 2-ci şaquli xətt həkk olunurdu.

Digərləri isə qeyd edirlər ki, dollar işarəsinin yaranması belə olmuşdur : “peso” sözünü “P” hərfinə qədər ixtisar edirdilər, yuxarı hissəsinin sağ tərəfinə isə kiçik “s” hərfini əlavə edirdilər – o, çoxluğu bildirirdi. Getdikcə “P” hərfindən bir şaquli xətt saxlanıldı və onun üzərində “S” yazılmağa başladı.

Başqa bir fərziyyəyə görə, “$” işarəsi lentə dolanmış 2 Herkules sütunudur – bu isə ispan gerbinin işarəsidir, o, güc və hakimiyyəti, eləcə də maliyyə stabilliyini və yenilməzliyi xarakterizə edir.

Ən çox yayılmış versiyaya görə, məhz 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok bu işarəni ilk dəfə öz mühasibatlıq kitablarında istifadə etmişdir. O, ingilislərə qarşı müharibədə amerikan vətənpərvərləri ordusunun  təchizatçısı idi, ispanlardan silah alırdı, alqını peso ilə aparırdı və mənfəət miqdarını özündə “P” və “S” hərflərini birləşdirən işarə ilə mühasibatlıq kitablarında qeyd edirdi. Beləliklə, Pollok ispan kolonial ənənəsini davam etdirməyə başladı. Vaxt keçdikcə bu işarə üzərində bir və ya iki şaquli xətt çəkilən “S”  kimi yazılmağa başladı. Pollok öz hesablarını amerikan konqresmeni Robert Morrisə təqdim edirdi və o da ilk dəfə rəsmi olaraq bu işarədən istifadə etməyə başlamışdır.

Hazırladı: Könül Əzizova