MƏQALƏLƏR

“Qara qızıl”ımızın şanlı tarixi

  • 19.09.2011
 
 
Q?�zetin ?�ap variantlar?�n?�n arxivi
 
 
 
 
 
 
 
Faydalı linklər    

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
 
  Məqalələr  
 

 “Qara Qızıl”ımızın Dünəni və Bu günü a“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün  ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.”

Heydər Əliyev

“Qara qızıl”ımızın şanlı tarixi

Azərbaycanda zəngin neft yataqlarının mövcud olması hələ qədim zamanlardan yerli sakinlərə bəlli olmuş və onlar təbiətin bu nemətindən müxtəlif məqsədlər üçün istifadə etmişdilər. Belə ki, 10-cu yüzillikdə yaşamış ərəb səyyahı və tarixçisi İstəhri yazırdı: "Qədim zamanlardan Bakı sakinləri ağac və kömür əvəzinə neftdən istilik materialı kimi, ağ neftdən isə müalicəvi məqsədlər üçün isifadə etmişdilər". Xam neft ticarətinin həcm və kəmiyyətini aydınlaşdırmaq üçün 10-cu əsr ərəb alimi Əbu Dülafın yazılarına müraciət etmək gərəkdir. O, yazırdı: "Abşeronun cəmi 2 neft quyusundan alınan məhsul 720 min qızıl dirhəmə bərabərdir". O dövrlərdə Abşeronda neft hasilatı əl üsulu ilə aparılırdı. İlk öncə quyu qazılırdı, o təbii yolla neftlə dolduqdan sonra onu dəridən hazırlanmış vedrə və qablar vasitəsilə çıxarıb tuluqlara doldururdular. Bu üsulla neft hasilatı ilk növbədə Bakının Balaxanı və Suraxanı kəndlərində yayılmışdı.

 1848-ci ildə Bakı yaxınlığında Bibi-Heybət adlanan ərazidə dünyada ilk dəfə olaraq buruq üsulu ilə quyu qazılmış və neft fontanı vurmuşdur.

19-cu yüzilliyin 60-cı illərinin ortalarında Azərbaycanın neft təsərrüfatında əsaslı dönüş baş verir. Belə ki, 1864-cü ildə Balaxanı kəndlilərinin neft mədənlərində (qul kimi işləyən insanların əməyi) muzdlu fəhlə qüvvəsi ilə əvəz olunur. Bu da öz növbəsində neft hasilatının artımına təkan verir.

19-cu yüzilliyin 70-ci illərində neft məhsullarının daşınması sahəsində ixtisaslaşan xüsusi cəmiyyətlər yaranır. Bu cəmiyyətlər arasında "Qafqaz və Merkuri" şirkəti xüsusi yer tuturdu.

Təxminən bu illərdə yerli neft sənayesində xarici kapitalın axını başlayır. İlk növbədə bu Peterburq metal zavodçuları L.E. Nobel və P.A.Bilderlinq, həmçinin Rotşildlərin Paris bankir evi idi. 19-cu yüzilliyin 90-cı illərindən isə Bakının neft sənayesinə və onunla əlaqəli olan sahələrə ingilis kapitalının axını başlayır.

Beləliklə, 19-cu yüzilliyin sonunda Şimali Azərbaycanda neft sənayesi öz inkişafının ən yüksək pilləsinə qalxaraq, neft istehsalı üzrə dünyada birinci yerə çıxdı. Belə ki, 1901-ci  ildə dünyada istehsal olunan neftin yarısından çoxu və Rusiya neftinin 95%-i Bakı neftinin payına düşürdü.

1935-ci ilin may ayında Sovet İttifaqında ilk dəfə olaraq Pirallahı (keçmiş Artyom) adası yaxınlığında 775 m dərinlikdə, o dövr üçün görünməmiş qısa müddətdə – 52 gündə qazılmış və ilkin debiti 30 ton olan dəniz quyusu neft verdi. 1936-1937-ci illərdə burada qazılmış və istismara verilmiş 157 saylı quyu hələ bu günün özündə də neft verməkdədir.

 1949-cu ilin noyabrında hal-hazırda bütün dünyada məşhur olan "Neft Daşları" yatağının kəşfi baş verdi. Dəniz neft yataqlarını mənimsəmək məqsədilə "Azneft" Birliyi nəzdində xüsusi "Dəniz qazma" tresti yaradıldı. 1950-ci ildə isə yeni neft Birliyi "Azdənizneft" yaradıldı.

 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda respublikada ən iri neft emalı üsulu kompleksi ELOU-ABT qurğusu istismara verildi, texnoloji proseslər təkmilləşdi, neft emalı üsulu yaxşılaşdırıldı, yüksək keyfiyyətli benzin istehsalı 1,5 dəfəyə qədər, yüksək keyfiyyətli sürtkü yağları istehsalı isə 7,5 dəfə artdı.

 Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi prosesi ölkə iqtisadiyyatına, ilk növbədə isə neft sənayesinin inkişafına üzvi şəkildə bağlıdır. Bu səbəbdən də keçən yüzilliyin 80-ci illərinin sonunda və 90-cı illərin əvvəlində respublikada baş verən siyasi, sosial-iqtisadi proseslər, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin blokadası, iqtisadiyyata və ilk növbədə də neft sənayesinə dağıdıcı təsir göstərdi. Lakin  ümummilli  liderimiz Heydər Əliyevin gərgin əməyi, məqsədyönlü  fəaliyyəti nəticəsində Azərbaycan xarici investorları öz ətrafında cəm etməyi bacardı.

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında ARDNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsorsium (sonralar bu konsorsiuma Yaponiya şirkəti də qoşuldu) arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə "Əsrin müqaviləsi" adı ilə məşhurlaşdı (2001-ci ildən başlayaraq Prezidentin Fərmanı ilə həmin gün ölkəmizdə "Neftçilər günü" kimi bayram edilir). Razılığa görə, investisiyanın 80 faizini konsorsium qoyur, Azərbaycanın ümumi gəliri çıxarılacaq neftin dəyərinin 80 faizi miqdarında müəyyən olunurdu. Bundan əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.

1998-ci ilin iyun ayında İtaliya, Yaponiya, Türkiyə, ABŞ, Britaniya-Kanada neft şirkətləri konsorsiumu ilə, həmin ilin iyul ayında isə Böyük Britaniya, ABŞ və Rusiya neft şirkətləri ilə ARDNŞ arasında yeni neft müqavilələri imzalandı. 1999-2000-ci illərdə daha bir neçə neft müqaviləsi bağlandı. 2001-ci ilin yanvarında Zığ və Hövsan yataqları üzrə Rusiyanın LUKOYL şirkəti ilə müqavilə imzalanmışdır.

 Ümumiyyətlə, 1994-2001-ci illərdə ARDNŞ 14 ölkənin 32 neft şirkəti ilə 21 müqavilə imzaladı. 2001-ci ildə bu şirkətlə servis xidməti göstərən 400-ə qədər xarici şirkət fəaliyyətdə idi. Bu müqavilələr çərçivəsində Azərbaycana 60 milyard dollar həcmində investisiya qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün 6 milyard dollara qədər investisiya qoymuşdur.

Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.

 Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur.

 Dünya bazarına bugünkü neft  ixracımız  

 Azəri-Çiraq-Günəşlinin (AÇG) və BTC-nin əməliyyatçısı olan BP şirkətindən  verilən məlumata görə, 2010-cu ildə bu yataqların ümumi gündəlik orta hasilatı 827,6 min barreldir.

2011-ci il avqust ayınadək BTC vasitəsilə göndərilmiş 169 milyon ton və ya 1261 milyon barrel xam neft 1624 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barrel olub.

 2011-ci ilin birinci yarısı ərzində BTC vasitəsilə ümumilikdə təqribən 18,2 milyon ton və ya 135,7 milyon barrel neft ixrac olunub.

Onu da qeyd edək ki, 2011-ci ilin avqust ayı ərzində 2 milyon 547 min 71 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 561 min 562 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 22 milyon 91 min 977 ton olmuşdur. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin sentyabr ayının 1-ə qədər Ceyhan limanından 164 milyon 26 min 178 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Günel Zeynalzadə