MƏQALƏLƏR

Qanunsuz totalizator fəaliyyəti göstərən obyektlər aşkar olunub

  • 23.09.2011
 

Qanunsuz  totalizator fəaliyyəti göstərən obyektlər aşkar olunub

Sentyabrın 20-də Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın Nəsimi və Nizami rayonları ərazisində vergi nəzarəti tədbirləri həyata keçirilərkən vətəndaş Muradov Murad Böyük oğluna məxsus Cavadxan küçəsi, ev 17 ünvanda yerləşən “Qladiator” futbol klubu, Əliyev Ramin Musa oğluna məxsus həmin ünvanda zirzəmidə yerləşən ”Çay evi” futbol klubu, Qurbanov Ramil  Raqif oğluna məxsus “Vüsal” çay evinin zirzəmisi və Nuruşov Ceyhun İsaq oğluna məxsus Nizami rayonu, Q.Qarayev küçəsi 61 ünvanda yerləşən futbol klubu obyektlərində qanunsuz fəaliyyətlərini təsdiq edən 2 ədəd noutbuk, 3 ədəd kompüter prosessoru, 1 ədəd televizor, möhür, nağd pul vəsaiti, “qara mühasibatlıq” sənədləri, dövriyyəsini əks etdirən 2 ədəd kitabça,  yüzlərlə sayda vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar aşkar olunaraq götürülmüşdür.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən  bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcəkdir.