MƏQALƏLƏR

ADIF, KfW və GBDS nümayəndələri birgə mətbuat konfransı keçirmişlər 27 sentyabr 2011-ci il tarixində, ADİF, KfW və GBDS nümayəndələrinin iştirakı ilə, «Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun son üç il ərzindəki inkişafı - Almaniya Hökuməti tərəfindən KfW Bankı vasitəsilə birgə maliyyələşdirilən layihə» mövzusunda mətbuat konfransı keçirilmişdir.

  • 30.09.2011
 
 
 

ADIF, KfW və GBDS nümayəndələri birgə mətbuat konfransı keçirmişlər

27 sentyabr 2011-ci il tarixində, ADİF, KfW və GBDS nümayəndələrinin iştirakı ilə, «Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun son üç il ərzindəki inkişafı - Almaniya Hökuməti tərəfindən KfW Bankı vasitəsilə birgə maliyyələşdirilən layihə» mövzusunda mətbuat konfransı keçirilmişdir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Almaniyanın КfW bankı ilə əməkdaşlığının son 3 illində müsbət göstəricilər olub. Bunu fondun 3 illiyinə həsr olunmuş mətbuat konfransında ADIF-n icraçı direktoru Azad Cavadov bildirib.

 “ADIF-n üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Alman bankı fonda maliyyə dəstəyi verəcək. 5 milyon avro fondun kapitallaşmasına, 1 milyon avro isə institusionalizasiyasına ayırılıb. İnstitusionalizasiyasına fondun çərçivəsinə GBDS-in ekspertləri cəlb olunublar. İlk növbədə, fond 3 ildə Azərbaycan bank sistemində sabitliyi və əmanətçinin maraqlarının qorunmasını əldə etməyə çalışır".

Fondun icraçı direktoru söyləyib ki, hazırda fonda Azərbaycanın 44 bankından 43-ü daxildir. Bu bankların 96 faizi sığortalanıb. Fondun əmanətin ümümi həcmi 3,4 milyard manat təşkil edir. Onlardan 2 milyardı sığortalanıb, 1 milyardının isə sığortalanması nəzərdə tutulur. Fondun gələcək planlarına, Avropa direktivlərinə uyğun olaraq sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və həmçinin differensiasiya mükafatlar üsulu da daxildir.

Prqnozlara əsasən, ən azı 12 faiz dərəcəsi ilə depozitin artımı gözlənilir. Biz 3-cü rübün yekunlarını gözləyirik. Əgər sığortalanma əmanətin sayı 12 faiz artarsa, onda bankın faiz dərəcəsi də artacaq, və əksinə”.

Xatırladaq ki, ötən il iyunun 1-dən üzv banklarda illik 12 faizdən yuxarı dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Onun sözlərinə görə, sığortalanma dərəcə faizin artması bazarın dinamikasından aslıdır.

КfW-in layihə meneceri Gerald Hübert deyib ki, son 17 il Azərbaycanla əməkdaşlıqda, 4 sahə üzrə layihələri – maliyyə sektoruna dəstək, respublikanın orta şəhərlərində su təchizatı ilə təmin olunması, elektrik yarımstansiyasının yenidən qurması və təbii sərvətlər sahələrini pul vəsaiti ilə təminini əhatə edir.

O,  bildirib ki, bank fond vasitəsilə kreditləri manatla vermək niyyətindədir və fond valyuta risklərini öz üzərinə götürməyə hazırdır. Biz həmçinin fermerlər və özəl sahibkarlar kreditlə təmin etmək niyyətindəyik                                                  

        Günel Zeynalzadə