MƏQALƏLƏR

Şirvan şəhərində borclu vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır

  • 30.09.2011

Şirvan şəhərində borclu vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır

Sentyabr ayının 26-da 5 saylı Ərazi vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, H.Əliyev, 5 prospektində yerləşən Səfərov Rauf Rəfail oğluna məxsus təsərrüfat malları mağazasında (VÖEN 2100002102) əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir.

Vergi əməkdaşları tərəfindən mağazada aparılmış səyyar vergi yoxlamaları nəticəsində əsas borc 1.662,48 manat, maliyyə sanksiyası 1.682,58 manat, faiz borcu 116,51 manat olmaqla ümumi borc məbləğinin 3.461,57 manat olduğu müəyyən edilmişdir.

6 sentyabr 2011-ci il tarixdə sahibkar Səfərov Rauf Rəfail oğluna vergi borcunun ödənilməsinə dair 2.454,31 manat məbləğində son bildiriş göndərilmişdir.

Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi 19 sentyabr 2011-ci il tarixdə sahibkar Səfərov Rauf Rəfail oğluna məxsus mağazada 2.454,31 manat məbləğində əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmışdır.

Sentyabr ayının 26-da vergi orqanları əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 2.455 manat dəyərində əmlakın siyahıya alınması tədbirlərini həyata keçirmişdir. Belə ki, 1 ədəd su qızdırıcı aparatı , 3 ədəd MDF markalı ev qapısı, 1 ədəd aspirator, 1 ədəd qaynaq aparatı, 1 ədəd qaz sobası, müvafiq qaydada  siyahıya alınmışdır.