MƏQALƏLƏR

Hilton spası Avropaya daxil olur

  • 07.10.2011

“eforea” Hilton spası Avropaya daxil olur

Hilton tərəfindən Qlobal Spa Konsepsiyası Bu Ay Hilton Bakıda Avropa Açılışını təqdim edir

Hilton Mehmanxanaları və Rezortları bu ay Azərbaycanda brendin ilk mehmanxanası olan Hilton Bakıda Avropa “eforea”-sını: innovativ qlobal spa konsepsiyalı Hilton spasını təqdim edir. Spa yeni mehmanxananın Xəzər dənizinə və Bakı şəhərinin ətrafına açılan mənzərəli 23-cü mərtəbəsində yerləşir.

“eforea” - Hilton məkanlarında spa - bütün dünya miqyası üçün açılır; Avropadakı ilk məkanımız bizim üçün daha bir mühüm mərhələdir,” deyə Hilton Mehmanxanaları və Rezortlarının qlobal rəhbəri Deyv Horton bildirmişdir. “Hilton Bakıda yerləşən bu “eforea” – Hilton spası - məftunedici şəhər və dəniz mənzərəsi təklif etməklə dörd qitəni əhatə edəcəkdir. Bu spa qonaqlara təravətlənmək, gəncləşmək və daha parlaq görünməsi üçün dünya səviyyəli istirahət mühiti təqdim edəcəkdir.”

eforea: Hilton spası 2010-cu ilin Oktyabr ayında Hilton Mehmanxanaları və Rezortları tərəfindən ilk qlobal spa konsepsiyası kimi Hilton dünya brendinin bayraqdarı olaraq başlamışdır. Bu gün Amerika Birləşmiş Ştatlarında, Avstraliyada, Çin, Yeni Zelandiya və Tailandda 93 eforea: Hilton spaları mövcuddur və açılmaqda davam edir.

eforea: Hilton Bakının spası həm müalicə menyusu, həm də fərdi sahədə dünyanın bir sıra ən gözəl spa brendlərini təqdim edəcəkdir. “Kerstin Florian” dəniz yosunları, palçıq, bitki ekstraktları, termal mineral sular və mühüm yağlar da daxil olmaqla, təbii mənbələrdən hazırlanmış Avropa üz, bədən və vanna məhsulları və nəticə istiqamətli müalicələri üzrə zəngin çeşidlər təklif edir. “LI'TYA” unikal spa təcrübəsi nümayiş etdirmək üçün Avstraliyanın milli ehtiyatlarının bərpaedici və yenidən canlandırıcı gücündən istifadə edir. “VitaMan” kişilər üçün Avstraliyada hazırlanmış təbii spa və təmizləyici məhsullar üzrə müfəssəl xidmətlər təmin edir. “Peter Thomas Roth” ilin sonuna qədər bütün dünyada Hilton Mehmanxanaları və Rezortları məkanlarında yeni otaq - hamam kolleksiyasına öz məhsullarını və siqnatura müalicələrini təqdim etməklə “eforea”nı tamamlayacaqdır.

Hilton Bakının 1 500 kvadrat metrlik spası hər biri özəl duş və geyim otağına malik olan səkkiz möhtəşəm müalicə otağını təqdim edir. Lüks dəyişən sahələr, istirahət üçün keçid zalları, Cakkuzi içərisində bütün bədən üçün hidro masaj masaları və ənənəvi hamamlar Hilton Bakı “eforea”sının tərkib hissəsidir.

Prezident spa otağı özəl par otağı və sauna, 2 müalicə yatağı, yataq - divanlara və Bakının ən möhtəşəm mənzərəsinə malikdir. Spanın bütün sahələri fitnes mərkəzi və yoqa otağından dalğalara görünüş və günəşin doğma panoramasını maksimallaşdırmaq üçün dizayn olunmuşdur. Bu məkanlara həm də 18 metrlik dairəvi üzgüçülük hovuzu da daxildir.

Günel Z.