MƏQALƏLƏR

Dünyanın məşhur kitabxanaları

  • 13.10.2011

Dünyanın məşhur   kitabxanaları

Tozlu şüşələr‚ kitab və  jurnal altlıqları‚ illərin yadigarı kitablar, jurnallar, saralmış qəzetlərdən ibarət külliyyatlar və bütün bunların fonunda  sakitlik və sıxıntı —adətən bu sadalananlar  kitabsevərlərə, daha doğrusu, kitab oxumağı sevənlərə yaxşı tanışdır.  Bəli, söhbət  kitabxanalardan gedir.

İnsanlar oxuyub yazmağa başladığı zamanlardan müəyyən məlumatları ilk öncə  yazılar şəklində, daha sonralar kitab formasında  saxlamış, lazım gəldikcə ondan istifadə etmiş, nəsillərdən nəsillərə ötürmüşlər. Beləliklə də kitabxanalar yaranmışdır. Elmə maraq artdıqca, insanlar maariflənməyə ehtiyac duyduqca kitabxanaların da sayı artmış, onlar daha da zənginləşmişdir.  Baş verən müharibələr, iğtişaşlar zamanı məğlub olmuş  ölkənin var-dövləti ilə bərabər onun alimləri, elm – mədəniyyət xadimləri, sənət nümunələri, eləcə də kitabxanaları talan edilmiş və bunun hesabına güclü dövlətin kitabxanaları zənginləşdirilmişdir. Dünyanın coxəsirlik yaşı olan maraqlı kitablarla zəngin kitabxanaları az deyil. Lakin  dünyadakı  hər  kitab sığınacağı tamamilə fərqlidir. Bəziləri öz məşhurluğu, bəziləri çoxəsirli  tarixi‚ başqaları  ultramüasirliyi və  üçüncüləri isə qalmaqalları ilə...

G.Əzizova