MƏQALƏLƏR

7. ABŞ 20 mövqe üzrə planetdə irəlidədir

  • 21.10.2011

7. ABŞ 20 mövqe üzrə planetdə irəlidədir

ABŞ dünyada 1 nömrəli ölkədirmi? Bir çox amerikalılar öz ölkələri ilə fəxr edirlər və tamamilə doğrudur ki, ABŞ-ın bunun üçün daha çox haqqı vardır. Belə ki, ABŞ iqtisadiyyatı dünyanın ən iri və güclü iqtisadiyyatıdır.  ABŞ planetdə ən güclü silahlı qüvvələrə malikdir. Dünyada ən böyük filmlərin əksəriyyəti ABŞ-da yaradılmışdır. ABŞ həmçinin bir çox mövqelər üzrə №1 sayılır. Lakin bu müsbət mövqelərlə yanaşı  ABŞ heç də yaxşı olmayan  mövqelər üzrə də dünyada liderlik edir.

1.     Amerika Birləşmiş Ştatları dünyada əhalisinin ən çox  hissəsinin həbsdə və məhbus  olan ölkəsidir.

2.     «Nation Master.com»-un məlumatına görə ABŞ ən çox artıq çəkiyə malik olan insanlar yaşayan  ölkədir.

3.     ABŞ boşanmaların sayına görə dünyada böyük fərqlə liderdlik edir.

4.     ABŞ və Böyük Britaniya həftədə televizor qarşısında hər bir adamın keçirdiyi saatların miqdarına görə  irəlidə gedir.

5.     Planetdə Amerika Birləşmiş Ştatlarında ən çox narkotiklərdən istifadə olunur.

6.     ABŞ-a dünyada hər hansı bir ölkə ilə müqayisədə daha çox avtomobil qaçırılır.

7.     ABŞ – dünyada zorlama hallarına görə birinci yerdə gedir.

8.     Dünyada hər hansı bir ölkəyə nisbətən daha çox ABŞ-da hər il qətl hadisəsi baş verir.

9.     Dünyada ən çox cinayət hadisəsi baş verən ölkə ABŞ-dır.

10. ABŞ-da həmçinin dünyada hər hansı bir ölkə ilə müqayisədə polis işçilərinin sayı daha çoxdur.

11.  Amerika Birləşmiş Ştatları dünyada səhiyyəyə ən çox  (ümumi daxili məhsulda faiz kimi) xərc sərf edən ölkədir.

12. Dünyada ən çox əczaçılıq dərman preparatları qəbul edən ölkə ABŞ-dır.

13.  Dünyada hər hansı bir ölkə ilə müqayisədə ən çox anti depressantlar (depressiyaya qarşı dərmanlar) qəbul edən qadınlar ABŞ-da yaşayır.

14.   ABŞ-da təhsilə ayrılan kreditlərə görə borclar dünyanın hər hansı bir ölkəsindən çoxdur.

15.  Dünyada ən çox pornoqrafiya materialları ABŞ-da buraxılır. Belə ki, dünyada buraxılan pornoqrafiya materiallarının 89%-i ABŞ-ın, 11%-i isə digər ölkələrin payına düşür.

16. Dünyada ən çox ticarət balansının kəsiri olan ölkə ABŞ-dır. 2000-ci ilin dekabr ayı ilə 2010-cu ilin dekabr ayı arasında  ABŞ-ın ticarət balansının kəsiri 6,1 trilyon dollar təşkil etmişdir. 1976-cı ildən başlayaraq ABŞ-ın ticarət balansının kəsiri mənfi olmuşdur.

17. Amerika Birləşmiş Ştatları planetdə hər hansı bir ölkəyə nisbətən silahlı qüvvələrə 7 dəfə çox vəsait ayırır. Faktiki olaraq ABŞ-ın hərbi xərcləri Çin, Rusiya, Yaponiya, Hindistan və NATO-nun qalan hissəsinin birgə hərbi xərclərindən çoxdur.