Əcnəbi ölkələrə aparılan kiçik yaşlı soydaşlarımızı nə gözləyir: xoşbəxt həyat, yoxsa faciəvi sonluq?
Əcnəbi ölkələrə aparılan kiçik yaşlı soydaşlarımızı nə gözləyir: xoşbəxt həyat, yoxsa faciəvi sonluq?
Hər il amerikalılar 50 min kimsəsiz uşağı himayəyə götürürlər ki, onlardan 20 mini xaricilərdir. Xarici uşaqlar arasında çinlilər çoxluq təşkil edirlər, ruslar isə 2-ci yeri tuturlar. Görəsən amerikalılar niyə görə rus uşaqlarını himayəyə götürürlər? ABŞ səhiyyə nazirliyinin uşaq və ailə şöbəsinin mütəxəssisi D. Morqan bu məsələyə belə münasibət bildirir:
- Bizdə olan kimsəsiz uşaqların 38%-i afroamerikalı,16%-i latınamerikalıdır, çoxlarının bacı və qardaşı var,bir çoxları yeniyetmədir. Biz ailələri dağıtmaq istəmirik. Beynəlxalq himayəyə adətən körpə uşaq istəyənlər müraciət edirlər.Çində bu prosedur daha sadədir, lakin Rusiyada avropalı xarici görkəmdə uşaq tapmaq daha asandır.
Rus uşaqlarının amerikalılar tərəfindən himayəyə götürülməsi İttifaq dağılandan sonra başlandı. O zamanlar bu məsələnin mərkəzləşdirilmiş statistikası aparılmırdı.Təqribi hesablamalara görə 1991-ci ildən başlayan bu proses nəticəsində Rusiyadan Amerikaya 50 min uşaq aparılmışdır.Onlar arasında isə ilk ölüm hadisəsi 1996-cı ildə qeydə alınmışdır. Dəqiq hesablamalara görə 2005-ci ilə qədər amerikalı valideynlər tərəfindən 14 rusiyalı azyaşlı uşaq öldürülmüşdür. Son iki ölüm hadisəsi isə iki ölkə arasında morotoriyum səviyyəsinə qədər yüksəlmişdi. Bunun nəticəsi olaraq baş prokurorluq hətta kimsəsiz uşaqların Amerikaya getməsini qadağan etmək istəyirdi. ABŞ Dövlət departamentinin beynəlxalq şöbəsində belə hesab edirlər ki, əgər maneələr olmasaydı, Rusiyadan himayəyə götürülən uşaqların sayı daha çox ola bilərdi. 2005-ci ildə Rusiyadan 5 mindən çox uşağa, Çindən isə 8 mindən çox uşağa viza verilmişdi. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin vətəndaşlıq və beynəlxalq bürosunda Rusiya hökumət üzvlərinin bu prosesdə ehtiyatlı olmasını qanuni sayır, lakin bunu vəziyyətdən çıxış yolu hesab etmirlər. Amerikalılar bacı və qardaşları birgə, xəstə uşaqları, hətta böyük uşaqları da himayəyə götürməyə hazırdırlar.
Əgər ABŞ dövlət departamentinin məlumatlarına inansaq, himayəyə götürülmüş uşaqlardan yalnız rus uşaqları ölmüşlər, digər ölkələrdən olan uşaqlarla belə problem olmamışdır. Bu nazirlik faciələri analiz etmiş və belə bir nəticəyə gəlmişdir: bütün hallarda bu ailələrin zalımlığını əvvəldən hiss etməyə əsas yox idi. Əsas məsələ budur ki, onların həyatına dövlət tərəfindən heç bir nəzarət yox idi.
ABŞ-da ən çox 2003-cü ildə ölüm hadisəsi qeydə alınmışdı: bu ildə doğma və ögey valideynlər 906 uşaq öldürmüşdülər. Rusiya hüquq müdafiəçilərinin məlumatlarına əsasən təxminən hər il 2 min uşaq ölür. «Uşaq hüququ» ictimai təşkilatının rəhbəri B. Altşuler bunu belə izah edir:
-Məsələ belədir ki, bizdə bu barədə dövlət hesabı aparılmamışdır. Ölən uşaqların ümumi siyahısı var, lakin dəqiq məlum deyil ki, onlardan məhz neçəsi ailədəki zorakılıqdan ölmüşdür. Artıq 3 ildir ki, Rusiyada olan uşaqların vəziyyəti haqqında rəsmi məlumat verilmir. Belə məsələləri gizlətmək düzgün deyil.
Nəzarət və hesabat
Vaşinqtondakı Rusiya səfirliyində hesab edirlər ki, nəzarətsiz uşaq himayəsinə qadağa qoymaq və məcburi olaraq gələcək valideynləri Rusiyada psixoloji testdən keçirmək lazımdır. Uşaqların 2-3 həftəlik turist səfərlərini yalnız Rusiya ilə iş birliyində maraqlı olan iri təşkilatlara icazə vermək olar. Amerika himayədarlıq üzrə Milli şuranın prezidenti T.Atvud bu fikirlə razıdır (o özü də vaxtilə himayəyə uşaq götürmüşdü). Onun sözlərinə görə sərbəst himayəyə yol verməmək və lisenziyasız agentliklərdən yaxa qurtarmaq lazımdır. Agentliyə tapşırmaq lazımdır ki, mütləq uşağın yeni ailədə həyatı barədə məlumat versin. Bu barədə birinci hesabat hadisədən 6 ay sonra verilir, problemlər isə daha erkən başlanır. Himayəyə hazırlaşan ailənin psixoloji müayinəsinin aparılması mütləqdir.
Bugünkü gündə ABŞ-da Rusiya səfirliyinin konsulluğunda 24913 himayəyə götürülmüş uşaq qeydiyyatdadır. Əslində bu, bütün uşaqların tam siyahısı deyil. Çünki 1991-ci ildən başlayan bu prosesdə çox özbaşınalıqlara yol verilmişdir, həm də ABŞ-ya gələn uşaqlar bu böyük əraziyə səpələnmişlər. Vaşinqtondakı Rusiya səfirliyi əməkdaşlarının yalnız sorğu göndərmək səlahiyyəti var.
Rusiya Təhsil Nazirliyi ilə olan müqaviləyə görə amerikalı himayədarlar birinci 3 il ərzində uşağın şəklini göndərməlidirlər. Yuxarıda göstərilən qeydiyyata yalnız agentlik vasitəsilə uşaq götürən ailələr daxil edilirlər. Agentlik öz nüfuzuna görə buna israrlıdır. Konsulun sözlərinə görə Təhsil nazirliyinə və ya qohumlara uşağın vəziyyətinin pis olması bildirilir. O zaman konsulluq bu məlumatları yoxlayır, agentliyə təsir edir, onlar da valideynlərə təsir edirlər. Qanunla konsulluğun birbaşa valideynlərə təsir etməyə ixtiyarı yoxdur.
Amerikaya gedən uşaqlara Rusiya posportu verilir. Lakin onlar sərhəddi keçən kimi avtomatik olaraq ABŞ-ın vətəndaşlarına çevrilirlər. Bu uşaqlar milliyyətcə rus olsalar da onlarla baş verən hər hansı bir faciə zamanı Amerika polisi rusları yaxın buraxmır: onlar üçün bu uşaqlar artıq amerikalıdırlar.
Vaşinqton yaxınlığındakı Ferfaks hospitalının nəzdində yerləşən uşaq klinikasının rəhbəri doktor P.Meysonun sözlərinə görə buraya hər il müxtəlif ölkələrdən 500 uşaq qəbul olunur. Rusiyadan gələn uşaqların çoxunda yuxu və qidalanma ilə əlaqədar problemlər müşahidə olunur. Xüsusilə də bioloji valideynləri alkoqol düşkünü olan uşaqlar daha çoxdur. Ürək və digər orqanlarında qüsuru olan uşaqlar nisbətən azdırlar. Lakin onlar valideynlərinin sevimlisinə çevrilirlərsə, o zaman proqress tez baş verir.
Bu klinikada himayəyə götürülmüş uşaqlarda stress də öyrənilir. Lakin bəzən ögey valideynlər də stress keçirmiş olurlar. Bunu nəzərə alaraq valideynlərə uşaqlarla sadə davranış qaydaları öyrədilir: körpəyə dərman vermək, paltarı dəyişdirmək və s. Əgər valideynlər bu işdə çətinlik hiss edərlərsə, o zaman həkimlər onların köməyinə çatırlar. Həkimin sözlərinə görə çətinliyə düşən ailələrə sadəcə olaraq kömək etmək lazımdır.
ABŞ-da ölən uşaqların siyahısı.
1) 2.07.2005. Nina, 2 yaş İrkutsk : qarın nahiyəsinə vurulan zərbələrdən ölmüşdür. Araşdırmalar davam edir.
2) Yanvar 2005. Denis, 8 yaş Perm vilayəti : aclıqdan ölmüşdür. Araşdırmalar davam edir.
3) 18.12.2003. Aleks, 6 yaş Yeysk : döyülmə nəticəsində ölmüşdür. «Anası» bu işdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdir.
4) 16.10.2003. Layam, 3 yaş Ekimçan : yanıqlardan və donmadan ölmüşdür. «Atası» 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.
5) 11.08.2003. Cesika, 2 yaş : «anası» tərəfindən boğulmuşdur. «Anası» 10 il müddətinə həbs olunmuşdur.
6) 23.10.2002. Mariya, 2 yaş :yırğalanmaq sindromundan ölmüşdür. «Anası» 3 il müddətinə həbs edilmişdir.
7) 20.10.2002. Yana və Anatoliy, 11 yaş : «Atası» uşaqları və arvadını bıçaqlamış və özünü güllələmişdir.
8) 15.08.2002. Zaxar, 2 yaş : ağır kəllə-beyin travmasından ölmüşdür. «Anası» 1 il müddətinə həbs olunmuşdur.
9) 14.12.2001. Yakov, 5 yaş Pskov : küt alətlə xəsarət nəticəsində kəllə-beyin travmasından ölmüşdür. «Anası» 6 il müdətinə həbs edilmişdir.
10) 30.11.2001. Lük, 1yaş 4 ay İnozemtsev : başında olan çoxlu sayda yaralardan vəfat etmişdir. «Anası» təqsirli bilinərək həbs olunmuşdur.
11) 31.10.2000. Viktor, 7 yaş Amur vilayəti : soyuq zirzəmidə donma nəticəsində ölmüşdür. «Valideyləri» təqsirli bilinmişlər.
12) 25.11.1998. Loqan, 3 yaş Smolensk : başında olan çoxlu sayda yaralardan ölmüşdür. «Anası » 1 il müddətinə həbs edilmişdir.
13) Fevral 1996. Devid, 2 yaş Tula : taxta qaşıqla döyərək öldürmüşdür . «Anası» təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum edilmişdir.