MƏQALƏLƏR

İqtisadi böhran və cəmiyyətin sağlamlığı

  • 04.02.2011

İqtisadi böhran və cəmiyyətin sağlamlığı

Proceedings of the National Academy of Sciences jurnalında ABŞ-ın Miçiqan universitetindən olan bir qrup  alim tərəfindən böyük depressiya dövründən əvvəl və sonra 1920-1940-cı illərdə amerikalıların vəziyyəti haqqında məlumat verilib. Statik məlumatlara görə, iqtisadi artım ölüm səviyyəsinin artımı ilə, iqtisadi tənəzzül, maddi qeyri-stabillik isə millətin sağlamlığının yaxşılaşması ilə müşayiət  olunub. İqtisadi depressiyanın başlanğıcında mövcud xəstəliklərdən dünyasını dəyişənlərin sayı 100 min nəfərə 100 nəfər, böhranın başlanğıcında isə 150 nəfərə çatmışdır. Tədqiqatın müəllifləri bu paradoksun əsas səbəblərini açıqlayıblar. Böhran zamanı əhalinin böyük hissəsi siqaret çəkmə, çox miqdarda alkoqol qəbulu və s. kimi zərərli vərdişlərdən əl çəkməli olurlar. Yaradıcı prosesləri daim izləyən iş gərginliyi, travmatizm, stresslər azalır. Alimlərin fikrincə, böhranın sağlamlığa müsbət təsirinə həmçinin insanların bir-biri ilə aktiv qarşılıqlı münasibəti də şərait yaradır. Onlar daha da bir olub, bir-birinə dəstək olmağa başlayırlar. Belə əlaqələr stress vəziyyətlərindən yaxşı çıxmağa müsbət təsir göstərir və sağlamlığa, uzunömürlülüyə zəmin yaradır.

 

Hazırladı : Əzizova Könül