MƏQALƏLƏR

Məlumatlandırma tədbirləri

  • 11.02.2011

Məlumatlandırma tədbirləri

 “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi  haqqında”  Qanunun tətbiq edilməsi  barədə ölkə Prezidentinin 24 noyabr 2010-cu il tarixli 358 nömrəli Fərmanının 7-ci bəndində İqtisadi İnkişaf Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə büdcə təşkilatlarının və səhmlərinin (paylarının) 50 faizdən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərlərinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə keçirilən tenderlərin qaliblərilə, habelə dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması  ilə əlaqədar bağlanılan və məbləği  50 min manatdan yuxarı olan müqavilələr haqda məlumatları imzalandıqdan sonra bir ay müddətində Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada qeydiyyatda olduqları vergi orqanına təqdim etmək tapşırığı verilmışdir.

Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentində (BŞVD) 26 yanvar 2011-ci il tarixdə büdcə təşkilatlarının və səhmlərinin (paylarının) 50 faizdən çoxu dövlətə məxsus olan 76 hüquqi şəxsin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə BŞVD-nin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Rəşad Babayev, idarə rəisinin müavini Firdovsi Aslanov və idarənin əməkdaşları iştirak etmişlər.

Görüşdə çıxış edən R.Babayev 2011-ci il dövlət büdcəsi haqqında qanun və bu qanundan irəli gələn məsələlər barədə  iştirakçılara ətraflı məlumatlar vermişdir.

Sonra görüş iştirakçılarına Vergilər Nazirliyinin 13 yanvar 2011-ci il  tarixli əmri ilə təsdiq edilmiş  məlumat forması təqdim olunmuş, onun doldurulması qaydası izah edilmişdir. Departamentin əməkdaşları məlumat formasının tərtib edilməsi və vergi orqanına elektron formada təqdim olunması qaydası barədə ətraflı məlumat vermiş və qeyd olunanlar əyani şəkildə nümayiş etdirilmişdir.