MƏQALƏLƏR

Elektron marketinq bazarı-internet: nağdsız hesablaşmaların inkişaf istiqamətləri

  • 11.02.2011

ELEKTRON MARKETİNQ BAZARI-İNTERNET: NAĞDSIZ HESABLAŞMALARIN  İNKİŞAF İSTİQAMƏTLƏRİ

Artıq bir neçə illərdir ki, Respubilkamızda nağdsız hesablaşmaların əsas prinsip və formalarının inkişafını təmin edən Proqramlardan biri “Azərbaycan Respublikasının Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün”  AR Prezidentinin 9 dekabr 2004-cü il tarixli 152 saylı fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramıdır.

      Fəxri Müslüm

Qəbul edlmiş DP-nın zəif yerinə yetirilməsinin əsas səbəblərindən birincisi müəssisə və təşkilatlar, xüsusən də əhali arasında maarifləndirici işlərin gündəmdə olmamasıdır. İkincisi, bu sahədə aparılan işlərin ancaq öz axarına istiqamətləndirilməsidir. Üçüncüsü, nağdsız hesablaşmaların bu və ya digər formalarının həyata keçirilməsi üçün əyani vasitələrin təbliğat yolu ilə əhaliyə çatdırılmamasıdır. Dördüncüsü, teleradio verilişlərində əhalini bezdirən şou proqramlarının əvəzinə iqtisadi sferanı tənzimləyən, makroiqtisadi inkişafda eləcə də korrupsiya amillərinin aradan qaldırılmasında mühüm rol oynayan nağdsız hesablaşmaların təkmilləşdirilməsində kompüter texnologiyalarının istifadə imkanları və elektron marketinq işinin tətbiqinin genişləndirilməsi yolu ilə təşkili məsələləri müsbət və əlverişli hesab edilə bilər.

Çünki istər nağdsız hesablaşmaların təşkili və istərsə də  ticarət sferasında mal alqı-satqısı, ən əvvəl də dövlət büdcəsinin formalaşması elektron marketinq işinin formalaşması ilə mütləq mənada bağlı olan proseduralardan biridir. Bu baxımdan elektron marketinq bazarının əhəmiyyəti və inkişafı bu istiqamətdə dəyərli və mühüm sahələrdən biridir.

Təkrara yol vermədən, qeyd edim ki, elektron bazarın tarixi inkişafı 1960-cı illərdən ABŞ-in Müdafiyə Nazirliyi tərəfindən  hərbi xarakterə malik kompüter texnologiyasının tətbiq edilməsi tarixi hadisə kimi qiymətləndirilməklə yanaşı ARPANET (Advanced Researsh Prejects Agency Network) adlandırılmışdı. Belə bir tarixi şəbəkənin inkişafında səmərəli və keyfiyyətli istiqamətlərin dərk edilməsi elm adamlarında dərin maraq oyatmış, universitetlərdə və kolleclərdə informasiya daşıyıcılarının tezləşdirilməsi nöqteyi nəzərdən  kompüterə məxsus anoloji şəbəkələrin yaradılması və tətbiqi geniş vüsət almışdı. Tədricən yeni-yeni lokal şəbəkələr meydana gəlmiş və onların bir-birilə birləşdirilməsi həyata keçirilmişdir. Beləliklə, XX əsrin 80-ci illərinin axırından etibarən dünyada “şəbəkələr şəbəkəsində”  “İnternet” kimi tanındı və onun tarixi ad qazanması da müsbət və mühüm tarixi əhəmiyyət kəsb etdi.

İnternetin inkişafı və tarixi səbəbləri iqtisadiyyatın yeni-yeni sahələrinin  meydana gəlməsinə, eləcə də fundamental texnoloji məhsulların bazar istiqamətlərinin yaradılması və genişləndirilməsində müsbət rol oynadı.

Bütün bunlar mövcud və müasir iqtisadiyyatın yeni bir istiqamətdə dəyişilməsi hesab edildi.

Kompüter texnologiyasının tətbiqi yolu ilə genişləndirilməsi, təkcə nağdsız hesablaşmaların   tarixi inkişafına səbəb olmadı. O, həmçinin iqtisadi fəaliyyətin ümumiləşməsində, inkişafında xüsusi atributa malik əmtəə və xidmətin istehsalında, satışında bilavasitə informasiya texnologiyalarının formalaşmasını təmin etdi ki, bu da elektron biznes işinin müasir bir istiqamət almasına yönəlmiş proses kimi dəyərləndirildi.

XXI əsrin başlanğıcında elektron biznes iqtisadi sistemdə informasiya və telekommunikasiya texnologiyalarından istifadə də biznes proseslərinin realizasiyası kimi başa düşüldü.

Qısa müddətdə, XX əsrin axırlarında elektron biznesin tarixi inkişafı biznes transformasiya formasının müasir və mövcud xarakterinin açılmasında mühüm rol oynadı. Belə ki, keçən əsrin 70-ci illərinin axırı 80-ci illərinin başlanğıcında Yaponiya sənaye nəhənglərinin qələbəsi istehlakçıları ucuz və keyfiyyətli əmtəə və xidmətlə təmin etdi ki, bu da keyfiyyət əsri kimi dəyərləndirildi.

Elektron biznesə münasibətdə müasir iqtisadi bazarla işləyən bütün kompaniya və təşkilatları üç qrupa bölmək olar:

1.  Müvafiq şəraitdən asılı olaraq elektron biznesə müraciət etmədən real fəaliyyət göstərən fiziki bazarla (brick-and-mortar) ənənəvi formada işləyən kompaniya və təşkilatlar.

2.  Öz fəaliyyətinin bir hissəsini İnternetlə həyata keçirən qarışıq (clisk-and-brick) kompaniya və təşkilatlar. Belə kompaniya və təşkilatların fəaliyyətində elektron biznesdən istifadə daha əlverişli hesab edilir.

3. Tamamilə İnternetdən istifadə edən tam elektronlaşmış (click-only) kompaniya və təşkilatlar.

Elektron marketinq bütün nağdsız əməliyyatları idarə etməklə onun inkişafına şərait yaradan elektron bazarında marketinq fəaliyyətinin subyekti hesab edilir.

Strategiya məsələləri üzrə məşhur iqtisadçı Maykl Porter qeyd edirdi ki, yeni və müasir texnologiyalar iqtisadi sferada fəaliyyət göstərən kompaniya və təşkilatların rəqabət qabiliyyətini kökündən dəyişir.

Göstərilən bütün bu prinsiplər istehsal  və məhsulun bölgüsü proseslərinə müsbət təsir göstərməklə yanaşı, məhsulun keyfiyyət formasının dəyişməsinə, əmtəə və xidmətin yeni istiqamət almasına və istehlak qiymətlərinin əmələ gəlməsində də xüsusi təsirə malikdir.

Nağdsız hesablaşmaların idarə edilməsində marketinq fəaliyyətinin subyekti kimi qarşıya qoyulmuş bu və ya digər məqsədlərin həyata keçirilməsi üçün elektron bazarın rəqəmli informasiyasından istifadə xüsusi önəm daşıyır.

Belə ki,  elektron bazarında marketinq proseslərinin idarə edilməsində kompaniya və təşkilatlara marketinq xidməti, müəyyən edilmiş fasiləsiz ardıcıllıqla həyata keçirilən əməliyyat və elementlərin məcmusu kimi xarakterizə edilir.

Marketinq bazarının effektivliyi müasir səviyyənin zaman ölçülərindən irəli gələn əmtəə istehsalı və xidməti işlərin həyata keçirilməsini xarakterizə edən  müvafiq informasiyaların ötürülməsi baxımından  etibarlı və əlverişli hesab edilə bilər. Belə ki, əgər, məhsulun keyfiyyəti barədə müştəridə informasiya olmazsa onda həmin məhsula qarşı müştəridə şübhə yarana bilər və alıcılıq qabiliyyəti aşağı düşər. Ona görə də bu informasiyaları əldə etmək üçün aşağıdakı amillərin həyata keçirilməsi zəruriliyi meydana gəlir:

1. İnformasiya bülletenlərinin yayılması yolu ilə;

2. Əmtəənin keyfiyyətinin standartlaşdırılması və sertifikatlaşdırılması yolu ilə;

3.  Əmtəə barədə müqayisəli informasiya ötürən üçüncü tərəfin fikirlərinin nəzərə alınması yolu ilə.

Yuxarıdakı şərtlər daxilində yeni məhsulların İnternet şəbəkəsində yaradılması strategiyası seçimi istiqamətləndirir, xidmət sferasında alıcılıq qabiliyyətini artırır və nağdsız hesablaşmaların inkişaf səviyyəsinə müsbət təsir göstərir.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə İnternet kompaniyaları yeni məhsulların sürətli və təcili ötürülməsi (Netscape, Yahoo!)  sferasında qurulmuşdur. Belə ki, yeni elektron məhsulların strategiyası aşağıdakı istiqamətlərin əhatə dairəsini təmin etməlidir:

1. Yeni texnologiyaların prinsipial tərəfləri.

Bu, axtarış serverinin fonunda modem və İnternetdə ticarət agentidir. Bu model daha çox risk strategiyasına malik olmasına baxmayaraq, yüksək gəlir əldə edilməsinə şərait yaradır.

2. Yeni texnologiyaların əmtəə xətti.

İnternet Explorerin həyata keçirilməsi ilə yeni İnternet - əmtəə xəttinin yaradılmasıdır.  Belə ki, nə qədər ki, Netscape bazara daxil olub, bu xəttin absolyut formada yeniliyi mövcuddur.

3.  Ticarət xəttinin genişləndirilmiş formada fəaliyyət göstərməsi. Bunun əsas inkişaf istiqamətləri bank xidmətlərini və qəzet versiyalarını həyata keçirən İnternet versiyalarıdır.

4. Yeni texnologiyaları tətbiq etmək yolu ilə əməliyyatların təkmilləşdirilməsi və yenidən qurulması prosesləridir. Burada, əsasən rəqabət prosesləri özünü qabarıq formada göstərir.

5. Daha ucuz malların təqdim edilməsi. İnternet- provayderlərin istifadəsində qiymət funksiyasıdır ki, bu da Amerikan Online formasında rəqabətin həyata keçirilməsidir.

Qeyd etmək lazımdır ki, elektron bazarında maliyyə xidməti dünya İnternet şəbəkəsi meydana gəlməmişdən əvvəl mövcud olmuşdu. Belə ki, bir çox banklar öz müştəriləri ilə bu və ya digər əməliyyatları xüsusi proqramlar əsasında, yəni lazer disklər vasitəsi ilə həyata keçirirdilər. Bu proqramların kompüterdə tətbiqindən sonra müştərilərlə banklar arasındakı bank hesabları və əmanətlərlə bağlı əməliyyatların aparılması müştəri faylları və baza məlumatları vasitəsilə həyata keçirilməyə başlamış və geniş vüsət almışdı.

İnternet şəbəkəsində maliyyə sektorunun əsasını İnternet-Bank təşkil edir ki, bütün bu proseslər İnternetdən bank hesabları vasitəsilə, bir çox hallarda isə WAP texnologiyası əsasında mobil telefonları vasitəsilə idarə edilir. Qeyd olunan maliyyə xidmətlərinə bank hesablarının açılıb-bağlanılması, bazar əməliyyatlarının həyata keçirilməsi, valyuta alqı-satqısı, əmtəə və xidmətin nağdsız hesablaşma yolu ilə həyata keçirilməsinin təminatı başa düşülür. Nəzərdə tutulan bu əməliyyatlar müştərilərin nəzarəti altında həyata keçirilməlidir. Belə bir xidmətin müştəri üçün əhəmiyyəti ondan ibarətdir ki, müştəri müntəzəm olaraq bankla əlaqə saxlayır, məsafədən və harada olmasindan asılı olmayaraq  öz hesabının idarə edilməsini həyata keçirir və istənilən bu və ya digər stituasiyalarda maliyyə bazarına diqqətli olur,  eyni zamanda hesab kartlarına görə əməliyyatları tənzimləyir və bank çıxarışlarını əldə edir.

Qeyd edim ki, Azərbaycandan fərqli olaraq (çünki Azərbaycanda bu barədə informasiya qıtlığı hökm sürür) Rusiya Federasiyasında hal-hazırda İnternet-texnologiyanın tətbiqindən 10 Rusiya bankı istifadə edir. Belə ki, Rusiyanın Avtobank şöbəsində (http:) www. avtobank.ru) İnternet vasitəsilə hesabları təmzimləməklə idarə edən  “Elektron müştəri” sistemi fəaliyyət göstərir.

Bununla yanaşı, Rusiya Federasiyasında Mobil İnternet-Bank şəbəkəsi öz fəaliyyətində mobil telefonlar vasitəsilə bank əməliyyatlarını genişləndirməkdədir və bu əməliyyatlar “Mobil Telesistem” kompaniyasının iştirakı ilə “Quta-Bank” (http: / banking.guta.ru) şöbəsi tərəfindən həyata keçirilir.

Xüsusilə, qeyd etmək lazımdır ki, Elektron Biznes işinin əsas perspektivini müəssisələr, firmalar, maliyyə strukturları, əhali və bank arasında mövcud maliyyə hesablaşmaları və Elektron ödəniş sisteminin təhlükəsizlik səviyyəsinin təminatı məsələləri müəyyən edir. Ödəniş sisteminin səviyyəsindən asılı olaraq bir sıra tələblər meydana çıxır ki, bu da aşağıdakılardan asılıdır:

1. Ödəniş proseslərində məxfilik qaydalarına riayət edilməsinin təmin edilməsi.

2.  İnformasiyanın ötürülməsi qaydalarının etibarlığının təmin edilməsi.

3  Ödəniş aparan iştirakçı tərəflərinə münasibətdə etibarlılığın təminedilməsi.

4.  Alıcı məbləğlərinin avtorizasiya yolu ilə yoxlanılmasının təmin edilməsi.

5.   Ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi. İqtisadi ədəbiyyatlarda qeyd olunduğu kimi, ödəniş sistemi iki əsas

sinifdən ibarətdir. Birinci sinifə İnternet şəbəkəsi vasitəsilə idarə olunan əməliyyatların kredit ödəniş sistemi və kredit kartından istifadə sistemini aid etmək olar. İkinci sinifə isə elektron pul ödənişlərinin əsasında təqdim edilən debet ödəniş sistemini aid etmək olar.

Elektron Ödəniş Sistemi aşağıdakı hesablaşma formalarını özündə birləşdirir.

1.Bank (plastik) kartları.

2. Elektron çekləri.

3. Rəqəmli pul hesablaşmalarını.

Bank (plastik) kartları dedikdə, mal və xidmətlərə görə nağdsız ödəniş formasının aparılmasında, bank şöbələrindən və bank avtomatlarından (bankomatlardan) nağd pulların alınmasında kart sahiblərinə şərait yaradan ödəniş formasıdır.

Elektron çek sənədi pul köçürmələri barədə ödəyicinin öz bankına verdiyi göstəriş hesab edilir ki, bu da adi kağız hesablaşma çekləridir. Elektron çek adi qaydalara uyğun olaraq alıcıların bankına elektron poçt vasitəsilə göndərilir və ödəniş üçün xidmət edir.

Rəqəmli pul hesablaşmaları (digital cash) kağız pulun anoloji formasını xarakterizə etməklə, kuponların yığımını və bank emitetin rəqəmli imzasının təsdiqini həyata keçirir. Rəqəmlərin yığılmış forması alıcının kompüterinə daxil edilir, alıcı isə öz növbəsində  kuponların yoxlanılmasını və ödənilməsi  üçün öz bankına təqdim edilməsini həyata keçirir. Hər bir kuponun bank tərəfindən ancaq bir dəfə ödənilməklə xüsusi məlumat bazasında bütün ödənilmiş kuponların seriyasına əsasən nömrələrinin uçot qeydiyyatı aparılır. Rəqəmli pul kuponları adi nağd pul kimi ödəniş müddətinə qədər anonim formada dəfələrlə istifadə edilə bilər. Elektron çeklər və rəqəmli pul kuponlarının ödənişi real vaxt rejimində İnternet vasitəsi ilə həyata keçirilir.

Məsələn, Rusiyanın ödəniş bazarında İnternet vasitəsilə müxtəlif hesablaşmaların tətbiq edilməsi həlli öz effektiv əhəmiyyətini verməkdədir. Bunların içərisində CyberPlat (http: //www. paycash.ru/) universal multbank inteqrasiya ödəniş sistemi hesab edilən xırda ödəniş sistemindən tutmuş banklararası hesablaşmalara kimi maliyyə xidmətlərindən ibarət əməliyyatların İnternet vasitəsi ilə həyata keçirilməsi xüsusi önəm daşıyır. CyberLat sistemi əsasən aşağıdakı şərtlər daxilində həyata keçirilir:

1. İnternet şəbəkəsindən biznesin aparılması üçün müxtəlif elementlərin birləşdirilmiş formada həyata keçirilməsinin inteqrasiya sistemi. Bura aiddir:

- CyberPlatda müştəri üçün qeyd edilmiş sistemaltı B2B elektron sənəd dövriyyəsi elementlərinin xidmət sferası üzrə sazişləri ifadə edən CyberCheck sistemi;

- beynəlxalq və Rusiya ödəniş sistemi üzrə plastik kartlar barədə CyberPlatda qeydiyyat tələb etməyən B2C xidmətinə istiqamətlənmiş sistemaltı CyberPOS xidmət sistemi;

- İnternet vasitəsi ilə bank iştirakçılarında hesabların

idarə edilməsi üzrə İnternet-Banking sistemi.

2. Multbank sistemində CyberPlat vasitəsilə sair ödəniş sistemlərinin qarşılıqlı əməliyyatlarının işlənib-hazırlanmasının həyata keçirilməsi.

3.Universal sistem üzrə VİSA, Europay, DinersClub, JCB,  American Expres, UnionCard və s. beynəlxalq və rusiya ödəniş sistemində plastik kart əməliyyatları həyata keçirilir. Bu əməliyyatlarda CyberPlat sistemi kənar şəxslər üçün ödəniş rekvizitlərinin məxfiliyinin qorunub saxlanılmasını tam həyata keçirir.

Bu baxımdan WEB-Money (http:// www. Webmoney. ru/ ) bağlı ödəniş sistemi olmaqla, ancaq onların iştirakçıları arasında aparılan hesablaşmaları həyata keçirir. Sistem istifadəçiləri öz elektron kisələrini hazırlayır və bank bazarları vasitəsilə ötürülməsini yerinə yetirirlər. Sonradan müştəri pul məbləğini öz hesabından başqasının bank hesabına barat yolu ilə köçürülməsini həyata keçirir. Xüsusi proqramın köməyi ilə (brauzerdən istifadə etmədən) pul kisələrinin idarə edilməsi həyata keçirilir.

Assist (http://www.assist. ru/) real vaxt rejimində VİSA, Eurocard-MasterCard, DinersClub, JCB, American Express, STBCard və yaxud müştərinin İnternet-provayderdəki şəxsi hesablarının köməyilə avtorizasiyasını və ödənişin işlənilməsini həyata keçirir.

ELİT-Kart (http://www. elit. ru/card) VİSA, Master, Union plastik kartlarının köməyilə beynəlxalq və rusiya plastik kartları üzrə ödənişlərin İnternet vasitəsilə həyata keçirilməsidir.

İnternet şəbəkəsi vasitəsilə turizm xidmətinin təqdim edilməsi internet şəbəkəsində daha çox  inkişaf etmiş xidmət sferalarından biri hesab edilə bilər. Bu növ fəaliyyətin inkişafı bazar iştirakçıları arasında müvafiq informasiyanın ötürülməsinin effektli həyata keçiriməsini şərtləndirən amillərdən biri hesab edilə bilər. Bunlar aşağıdakılardan ibarətdir:

1. Aviabiletlərin sifariş verilməsi xidməti;

2. Mehmanxanada yerlərin bron yolu ilə saxlanılması xidməti;

3. Turlar barədə informasiya;

4. Web- turist kompaniyasının nümayəndəsi və s.

Yuxarıda göstərildiyi kimi, turizm agentliyi və turoperatorlar İnternet şəbəkəsindən istifadə etməklə öz reklamlarını və informasiyalarını, sifarişlərin qəbul edilməsini və elektron imza rejimində yerlərin bron yolu ilə saxlanılmasını həyata keçirə bilərlər.

“Elektron nağd” konsepsiyasının atası Devid Çaum pul sisteminin qeyri-nümunəviliyindən, yəni maddiliyindən azad edib, rahatlığımızı və təhlükəsizliyimizi işləyib hazırlayaraq, bizi azad bank sisteminə yönəltdi. O, istəyirdi ki, insanları hay-küylü bazardan azad edib, kompüter şəbəkəsinin inkişafına cəlb etsin.

Çauma görə elektronlu pul ən yaxşı pul hesab edilir. Belə ki,  elektronlu nağdiyyət subyektin sərfiyyatının anonimliyini mühafizə edir, gələcək yatırımlarda transaksion xərclərindəki saxtakarlığın qarşısını alır və bu pulun gücü ondadır ki, mikroödənişlər üçün əlverişlidir.

Piter Preston elmin tərəqqisindən danışaraq qeyd edirdi ki, Monparnosda Philip Detourl restoranında ofisant müştəridən üzr istəyərək ona dedi: “biz pul qəbul etmirik, sizdə kredit kartı yoxdur?” Müasir meqapolisdə bir neçə həftə kredit kartı və cibdə 10 dollarla yaşamaq olar- bu bizim ətrafımızdakı dünyada və bizim şüurumuzun dəyişməsində maraqlı müşahidədir.

Pul-kredit sferasında maliyyə və bank təşkilatlarının apardığı iqtisadi siyasət ölkə iqtisadiyyatının makroiqtisadi inkişafında müsbət rol oynasa  da ödəniş sisteminin formalaşmasında qəbul edilmiş Dövlət Proqramının yerinə yetirilməsində müvafiq işlərin görülməsi baxımından qənaətbəxş hesab edilə bilməz. Bunun əsas səbəblərindən ən başlıcası fiziki və hüquqi şəxslərin arasında aparılan maarifləndirilmə proseslərinin lazımınca işıqlandırılmamasıdır. 2010-cu il vəziyyətinə əhaliyə 4231 min ədəd ödəniş kartları verilmiş və debet kartları üzrə 44218 min əməliyyata qarşı 5430 mln. manat  həcmində, o cümlədən ATM-lər vasitəsilə 42770 min əməliyyata qarşı 5133 mln. manat, POS  terminallar vasitəsilə 805 min əməliyyata qarşı 196 mln. manat həcmində əməliyyat aparılmışdır. Həmin dövr ərzində kredit kartları ilə 2286 min əməliyyata qarşı 626 mln. manat, o cümlədən ATM-lər vasitəsilə 935 min əməliyyata qarşı 220 mln. manat, POS terminallar vasitəsilə 206 min əməliyyata qarşı 139 mln. manat həcmində əməliyyat aparılmışdır ki, bu da “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün”  AR-nın Prezidenti cənab İlham Əliyevin  09 dekabr 2004-cü il tarixli, 152 saylı fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının tələblərinə cavab vermir.

Belə ki, yuxarıdakı rəqəmlərdən göründüyü kimi aparılan əməliyyatlardan ən yüksək göstərici kimi debet kartları vasitəsilə aparılan əməliyyatlardır ki, bu da əsasən əmək haqlarına, pensiya və təqaüdlərin verilməsinə istiqamətlənmiş əməliyyatlardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumət rəhbərlərinin Respublika  müşavirəsində çox ciddi şəkildə qeyd etdiyi kimi, Dövlət Proqramının qarşısında duran əsas vəzifələrdən ən başlıcası  dövlət gəlirlərinin, dövlət büdcəsinin formalaşmasında,  vergidən yayınmaların, korrupsiyanın aradan qaldırılmasında   elektron hesablaşmaların, elektron ticarətin, elektron marketinqin, elektron biznesin və s. proseslərin inkişafı nağdsız hesablaşmaların  tamamilə formalaşmasında mühüm rol oynaya bilər.