10 ən səs-küylü birja məğlubiyyətləri barədə
10 ən səs-küylü birja məğlubiyyətləri barədə
Treyderlərin birjada şirkət pulları ilə Rogue Trading adlandırılan nəzarətsiz oyunu həmişə potensial sensasiyadır. Bir nəfərin milyon, üç milyon, lap bir milyard itirməsi hər hansı kəskin süjetli filmdən artıq təəccübləndirir. Həmin adamın uduzduğu pullar özünün deyil, başqasınınkı olduqda isə – bu artıq heç nə ilə müqayisəyə gəlmir…
3. Julian Robertson: zərər $17 mlrd.
Julian Robertson əvvəllər dünyanın nəhəng investorları siyahısına düşən uğursuzlardan biridir.
O, 1980-ci ildə Tiger Management hec-fondu ilə fəaliyyətə başlamışdır. Cəmi 16 il ərzində - 1980-ci ildən 1996-cı ilə qədər onun 8 mln. dolları 8 mlrd. dollara çevrilmişdi. 1998-ci ildə Robertsonun işinə iki şey əngəl oldu – yapon iyenasına qarşı uğursuz oyun və ABŞ-da yüksək texnologiyalarla məşğul olan şirkətlərin partlamış “köpükləri”. Robertson bir investor kimi özünün fikrincə daha perspektiv olan alqılar daxil olan strategiya çərçivəsində səhmlərə çox böyük stavkalar edirdi. Bunun nəticəsi isə o oldu ki, Tiger hec-fondu nəhəng itkilərə məruz qaldı. Onun aktivləri 6 mlrd. dollara düşdü və 2000-ci ildə fondun bağlanmasına qərar verildi, kapital isə investorlara qaytarıldı.
2. Piter Yanq: zərər $400 mln.
Piter Yanq Morgan Grenfell Accet Management-də (sonradan bu şirkəti Deutche Bank almışdı) fond meneceri işləmişdir. 1996-cı ildə onun rəhbərlik etdiyi European Growth Trust fondunda pozuntular aşkarlandıqdan sonra tutduğu vəzifədən azad edilmişdir.
Yanq qazanc məqsədilə səhm varrantlarının satışı məqsədilə gizli olaraq bir neçə şirkət yaratmışdı. 220 mln. funt itirdikdən sonra o, qeyri-müəyyən istiqamətdə yoxa çıxmışdı.
2 ildən sonra Piter Yanqı Londonun ətraf şəhərlərindən birində qadın geyimində yaxalamışlar. Ona dələduzluq sxeminin təşkilinə görə ittihamnamə təqdim edilmişdi. Lakin Yanq məhkəmə iclaslarına da qadın paltarında gəlib deyəndə ki, “Mənə Elizabet adı ilə müraciət edin”, məhkəmə onun sağlamlığına şübhə ilə yanaşmışdı. Sonradan məlum olmuşdu ki, Yanq özü-özünə xəsarət yetirmişdir. Onu xəstəliyinə görə buraxmışlar və cinayət işi xətm olunmuşdu.
3. Hant qardaşları: İtkilərin dəqiq məbləği açıqlanmır
Nelson Banker Hant və Uilyam Herbert Hant 1—milyon unsiya gümüş külçələr almaqla, 1979-1980-ci illərdə gümüşün bir unsiyasının qiymətini 50 dollara salmışdılar. Gümüşün qiymətdən düşməsi 1980-ci ilin yanvarında baş vermiş və bu hadisə tarixə “gümüşü cümə axşamı” adı ilə daxil olmuşdur.
Səhəri gün qardaşlar 1,75 mlrd. dollara aldıqları 59 mln. unsiya gümüşü 1,20 mlrd. dollara sataraq, 550 mln. dollar itirmişlər. Bu işi davam etdirərək, onlar 1988-ci ildə artıq tamamilə müflisləşirlər.
Nelson qiymətli metalların qiymətlərinə nəzarət cəhdinə görə 10 mln. dollar məbləğində cərimələnmişdir.
Yeganə Məmmədova