MƏQALƏLƏR

19 ilin yarası

  • 25.02.2011
  Məqalələr  
 
Xocalı soyqırımı... Bu il də bu səkillərə yaxşı-yaxşı baxın. Bunları da insan edib deyirlər. Sizcə, bu insanlıqdırmı. Allahın yaratdığı bəndəni onun qulu bu hala sala bilərmi? Sual verirəm. Özümədi bu sual. Cavab verməyə tələsməyin. Çünki, cavabsız sualdır bu... Hansı cavab bu ruhu bədənlərindən ayrılan insanları geri qaytaracaq. Bu günahsız, dunyadan bixəbər körpələrin gunahı nəydi, İlahi? Məsum gozləri bir daha analarının gözlərinə baxmayacaq, bu körpələrin. O günü bir daha xatırlamağa dəyərmi, görəsən.... İnanıram ki, dəyər...
Yenə tarixə qanla yazılan gecələrimizdən biri – 26 fevral 1992-ci il. Növbəti satqınlığın qurbanları – Xocalı camaatı.
Yüzlərlə günahsız Xocalı sakininin vəhşicəsinə qətlə yetirilməsi hamımızı sarsıtmışdı həmin vaxt. İnanmırdıq bu vəhşiliyin təkrarına.... İnsan nə qədər quduz ola bilərmiş, görəsən...
Sümüklərimizi sızladan o gorüntülərə baxdıqca bir daha əmin olursan ki, qarşımızda nə cür vandal düşmən var.  
("Xocalının işğalına dair istintaq materiallarından") şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən xüsusi düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-mühafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin glümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Xocalı soyqırımı şahidlərinin ifadələrindən: Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.
Bu hadisələrin şahidləri dilnlədikcə adamın tukləri biz-biz durur. Onlar da bu gordukləri barədə danışanda tirəyə-titrəyə danışırlar.
Heydərov Camal Əbdülhüseyn oğlu: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidləri isə tikə-tikə doğranmışdır". Heydərov Şahin Zülfuqar oğlu: “Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyid gördüm. Meyidlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Milis mayoru Əlif Hacıyev, yaxın qohumlarım Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında idi”. Hümbətov Cəlil Hümbətəli oğlu: “Ermənilər mənim gözlərim qarşısında həyat yoldaşım Firuzəni, oğlum Muğanı, qızım Simuzəri və gəlinim Südabəni güllələdilər”. Paşayeva Kübra Adil qızı: “Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşdük. Gizləndiyim kolluqdan həyat yoldaşım Paşayev Şura Tapdıq oğlu, oğlum Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi oldum”. Əmirova Xəzəngül Təvəkkül qızı: “Xocalı işğal olunan zaman erməni silahlıları bizim ailəni bütünlüklə girov götürmüşdülər. Ermənilər anam Rayanı, 7 yaşlı bacım Yeganəni və xalam Göycəni güllələyib, atamı Əmirov Təvəkkülü isə benzin tökərək yandırdılar”. Əliyeva Zoya əli qızı: “150 nəfərə qədər adamla 3 gün meşədə qaldıq. Meşədə mənim yanımda Əhmədova Dünya və bacım Gülxar donaraq öldü”. Mustafayeva Kübra Əliş qızı: "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər". Kərimova Səidə Qurban qızı: "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər". Nəcəfov Əli Ağami oğlu: "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər".
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri "yazıçı - şair" Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında utanmadan bunları yazır:
"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır ("Xaç uğrunda"/səh. 19-76-cı):
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim."
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Həmin gecə erməni yaraqlıları 5 yaşında körpənin başını kəsib gözlərini çıxardılar. Onu heç kim tanıya bilmədi. Qızcığazın atası, anası ölübmü, qalıbmı indiyədək bilinmir. Cəsədini 1992-ci il fevralın 26-da Kətik meşəsindən mərhum telejurnalist Çingiz Mustafayev gətirmişdi. İki azyaşlı qız uşaqları idi. Biri Gülmirə Murad qızı Mehdiyeva, o biri Nişanə Xocalı. Ermənilər Gülmirənin atasını, babasını, bacısı Ayseli də öldürmüşdülər. Bakıdakı şəhidlər xiyabanında Gülmirəylə Nişanənin qəbri qoşadır. Artıq 19 ildir ki, bu məzarda qoşa uyuyan qızcığazların qəbri üstünə tər qərənfillər düzülür. Qan rəngində qərənfillər. İçərisində itib-batan adsız məzar. Niyə haray çəkib dünyaya üsyan etmirsən?
İnsanlar, bir az asta danışın! Bu məzarda bir körpə var, oyanıb ağlasa, kiridəni olmayacaq.  
Budur bunların iç üzü. Xocalı soyqırımında iştirak etmiş ermənilər və onların köməkçiləri nə insan haqlarının kobud pozulmasına, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazışə, nə də Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə məhəl qoyulmayıblar.
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vadalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları bu gün də layiqli cəzalarına çatmayıblar. Cinayət isə cəzasız qala bilməz.
Təəssüf ki, XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Tarix heç nəyi unutmur.
Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.


Oqtay ORUCLU