Yeni inkişaf mərhələsində
Yeni inkişaf mərhələsində
Kapital yatırılması imkanları baxımından Azərbaycan kapital bazarları investorlar üçün kifayət qədər perspektivli sahə hesab edilir
*****
Ötən müddət ərzində qlobal sferada baş verən proseslər və bu proseslərin ölkə iqtisadiyyatı fonunda qiymətləndirilməsi göstərir ki, Azərbaycan iqtisadiyyatı yüksək makroiqtisadi dayanıqlıq əldə edib. Milli valyutamız olan manatın məzənnəsinin, ölkənin fiskal büdcə vəziyyətinin sabit qalması deyilənləri təsdiq edir. Həm neft, həm də qeyri-neft sektorunda iqtisadi artım yüksələn xətlə inkişaf edir. Xarici borcların valyuta ehtiyatlarına nisbəti də çox aşağı səviyyədədir. Ötən dövr ərzində tədiyyə balansının müsbət saldosu ehtiyatların artmasına xidmət etməkdədir. Bütün bu iqtisadi proseslər ölkənin sosial öhdəliklərinin də stabil rejimdə həyata keçməsinə şərait yaradır. Belə ki, əhalinin pul gəlirləri, orta əmək haqları əhəmiyyətli şəkildə artmaqdadır. Bu üstünlüklər dəyişən iqtisadi konfiqurasiyada ölkənin maliyyə sektorunun, o cümlədən qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə böyük imkanlar yaradır.
Qeyd edək ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, ölkəmizdə qısa vaxt ərzində iqtisadi inkişaf prioriteti olaraq bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, sahibkarlığın və sağlam rəqabət əsasında fəaliyyət göstərən özəl təşəbbüslərin əsas rol oynadığı, eyni zamanda dövlətin tənzimləyici və strateji inkişaf funksiyaları ilə məhdudlaşdırıldığı iqtisadi münasibətlərin və iqtisadi mühitin formalaşdırılması istiqamətində bütün sahələr üzrə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, ölkənin qiymətli kağızlar bazarının yaradılması və inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1998-ci il 9 sentyabr tarixində Qiymətli Kağızlar haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilib, 1998-ci il 30 dekabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yaradılıb. Birmənalı şəkildə bildirmək olar ki, fəaliyyət göstərdiyi dövr ərzində QKDK tərəfindən qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi sistemi yaradılıb. Müasir tələblərə cavab verən, bazar münasibətləri prinsiplərinə əsaslanan, eləcə də, geniş əhatəli infrastrukturu olan fond bazarının formalaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, 2001-ci il 15 fevral tarixində bir neçə iri bank və maliyyə strukturlarının təsisçiliyi ilə qiymətli kağızlar bazarının əsas ticarət infrastrukturu sayılan Bakı Fond Birjası yaradılıb. Yeri gəlmişkən qeyd edək ki, Bakı Fond Birjasının əsas funksiyası Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bütün növ qiymətli kağızlar üzrə alqı-satqını təşkil etməkdən ibarətdir.
Qiymətli kağızlar bazarının digər mühüm infrastrukturu - qiymətli kağızlar bazarı depozitar xidmətinin yaradılması olub ki, onun da fəaliyyət göstərməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli Fərmanı ilə «Milli Depozit Sistemi haqqında» və «Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılan səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında» Əsasnamələr təsdiq edilib və 1997-ci il 18 sentyabr tarixindən etibarən Milli Depozit Mərkəzi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» 1999-cu il 26 iyul tarixli Fərmanının icrası ilə bağlı 1999-cu il 08 sentyabr tarixində Milli Depozit Mərkəzi yenidən təsis edilmiş və səhmlərin tam həcmi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə keçib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2008-ci il 19 noyabr tarixli 52 nömrəli Sərəncamının və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə” 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanının qüvvəyə minməsini isə ölkənin qiymətli kağızlar bazarının inkişafında yeni mərhələ hesab etmək olar.
Qiymətli kağızlar üzrə milli birja bazarının tarixində ilk dəfə olaraq əhəmiyyətli artımlar qeydə alınıb
Qiymətli kağızlar bazarının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində bu gün Azərbaycanda qiymətli kağızlar üzrə milli birja bazarının tarixində əhəmiyyətli artımlara nail olunub. QKDK-nın yaydığı məlumatda qeyd edilib ki, makroiqtisadi sabitlik və əhalinin gəlirlərinin davamlı artımı 2009-cu il ərzində Azərbaycan qiymətli kağızlar bazarında da institusional inkişaf və struktur dəyişiklikləri üçün şərait yaradıb. Ötən ilin hesabat dövründə ölkənin kapital bazarının formalaşması istiqamətində aparılan struktur və siyasət tədbirləri qiymətli kağızlarla əməliyyatların həcminə və proseslərə müsbət təsir göstərib. Belə ki, mövcud bazar alətlərin buraxılışı və ticarəti stabil qaydada davam etmiş, müddət və xarakterinə görə yeni alətlər buraxılıb, bütövlükdə həm tələb, həm də təklifin canlanması prosesləri müşahidə edilib.
2009-cu ildə korporativ qiymətli kağızlar bazarında da artım dinamikası davam edib və 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,3 faiz artaraq 457,3 milyon manata çatıb. Eyni zamanda pərakəndə səhm bazarında dinamika qorunub saxlanılıb. Belə ki, səhmlərin ilkin yerləşdirilməsi 13,2 faiz artaraq, nəticədə məcmu dövriyyədəki səhmlərin həcmi nominal ifadədə 3,64 milyard manata çatıb. Bakı Fond Birjasında səhmlərin təkrar dövriyyəsinin həcmi isə 2,3 dəfə, əqdlərin sayı 4,9 dəfə artmışdır ki, bunun da əsas səbəbi ticarətin birjadankənar platformadan tədricən birjaya doğru istiqamətlənməsi olub. Qeyd olunmalıdır ki, qiymətli kağızların ədalətli bazar dəyərinin müəyyənləşdirilməsi siyasətinin bir elementi olaraq tədavülün mütəşəkkil bazar olan birjada keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Korporativ borc alətləri bazarı ipoteka istiqrazlarının bazara daxil olması və aktiv genişlənməsi hesabına dinamik inkişaf edib. 2009-cu ildə korporativ istiqraz bazarının həcmi 114,8 milyon manat olub ki, bu da 2008-ci ilin müvafiq göstəricisindən 141 faiz çoxdur.
Dünyanın əsas fond bazarları öz kapitallaşmasının 2/3-ni itirib
Azərbaycan kapital bazarının uğurlu fəaliyyəti qlobal maliyyə böhranı şəraitində daha aydın nəzərə çarpdı. Bu qənaətə gələn Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Əli Məsimlinin fikrincə, iqtisadi resessiya şəraitində fəaliyyət göstərən dünya kapital bazarları dəyişkən və mürəkkəb dinamika nümayiş etdirdi: «Xüsusən, böhranın dərinləşdiyi ilk 7-8 ay ərzində (sentyabr 2008 – mart 2009) dünyanın əsas fond bazarları öz kapitallaşmasının 2/3-ni itirdi. İqtisadiyyatda likvidlik çatışmazlığını aradan qaldırmaq məqsədilə mərkəzi banklar qeyri-ənənəvi metodlarla fond bazarlarına aktiv şəkildə müdaxilə etmək məcburiyyətində qaldı. Düzdür, qlobal tələbatın azalması fonunda ixrac mallarının (xüsusilə xam neft və neft məhsulları) qiymətinin aşağı düşməsi ilə və qlobal likvidlik çatışmazlığının Azərbaycanın maliyyə sektorunun xaricdən borclanması imkanlarını məhdudlaşdırması, habelə, mövcud borcların qaytarılması zərurəti yaratmaqla qlobal maliyyə-iqtisadi böhranı Azərbaycan iqtisadiyyatına da müəyyən təsir göstərdi. Lakin hərtərəfli düşünülmüş iqtisadi siyasət və vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində maliyyə sistemi, o cümlədən qiymətli kağızlar bazarı və bütövlükdə ölkə iqtisadiyyatı bu təsirə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdi».
Müsahibimiz dedi ki, makroiqtisadi sabitlik və əhalinin gəlirlərinin davamlı artımı 2009-2010-cu il ərzində də Azərbaycan qiymətli kağızlar bazarında institusional inkişaf və struktur dəyişiklikləri üçün şərait yaradıb: «Ayrı-ayrı illər üzrə ölkənin kapital bazarının formalaşması istiqamətində aparılan struktur və siyasət tədbirləri qiymətli kağızlarla əməliyyatların həcminə və proseslərə müsbət təsir göstərib. Belə ki, dövr ərzində mövcud bazar alətlərinin buraxılışı və ticarəti stabil qaydada davam edib, müddət və xarakterinə görə yeni alətlər buraxılıb, bütövlükdə həm tələb, həm də təklifin canlanması prosesləri müşahidə edilib».
Qısa müddət ərzində əldə olunan müsbət dəyişikliklərə baxmayaraq, Azərbaycanın qiymətli kağızlar bazarının bu göstəriciləri ümumdünya göstəricilərindən, xüsusilə də inkişaf etmiş ölkələrin müvafiq göstəricilərindən geri qalır. Bu çatışmazlıqların aradan qaldırılması üçün isə bir sıra konkret və məqsədyönlü kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. İqtisadçı millət vəkilinin sözlərinə görə, indinin özündə ilkin və təkrar birja bazarları arasında fərq kifayət qədər müəyyənləşməyib: “Bu maneənin aradan qaldırılması üçün fond birjasında struktur dəyişikliklərinin həyata keçirilməsinə ehtiyac var. Güclü, böyük şirkət və müəssisələrin səhmləri birjanın əsas bazarında dövr, orta və kiçik müəssisələrin qiymətli kağızları isə aşağı rəqabətqabiliyyətliliyi səbəbindən II və hətta III dərəcəli bazarlarda iştirak edəcək. Respublikamızın fond bazarında belə strukturun indiyədək mövcud olmamasının əsas səbəbi qiymətli kağızlar buraxılışı dövriyyəsinin aşağı olması, eyni zamanda, Qərb ölkələrinin qiymətli kağızları ilə müqayisədə onların müxtəlif sinifləndirmə və modifikasiya imkanlarının olmamasıdır”.
Azərbaycan qiymətli kağızlar bazarı həcmini 8-10 dəfə artırıla bilər
Qiymətli kağızlar bazarında yeni maliyyə alətlərinə yer verilməsinin zərurətini nəzərə alan QKDK artıq bu istiqamətdə əməli addımlar atmaqdadır. Qiymətli kağızlar bazarı üçün yeni listinq qaydalarının tətbiqi, bu bazarda şəffaflığın artırılması və bazar iştirakçılarının səhmdarların hüquqlarının qorunmasını nəzərdə tutan Korporativ İdarəetmə Məcəlləsi və nəhayət birja indeksinin hazırlanması ideyaların reallaşmaq mərhələsində olması ciddi nailiyyətlərdən xəbər verir. Lakin iş bununla bitmir. Bazara yeni maliyyə alətlərin buraxılması tövsiyə olunur. Belə olan halda birincisi, dövlət borc qiymətli kağızlarının növləri genişlənər və nəticədə yaxın gələcəkdə müəyyən olunan infrastruktur proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə infrastruktur istiqrazlarının buraxılışı baş verər. Başqa sözlə, bir çox infrastruktur layihələrinin bütövlükdə dövlət büdcəsi hesabına həyata keçirilməsi indiki halda məqsədəuyğun sayılmır. Bu baxımdan istiqrazlar buraxmaqla infrastruktur layihəsinə investorların cəlb edilməsi daha məqsədəuyğundur.
Qiymətli kağızlar bazarının genişlənməsi üçün digər mühüm məsələ daşınmaz əmlakla təmin edilmiş təminatlı ipoteka istiqrazlarının buraxılışı idi. Təkrar ipoteka kreditlərinin ən böyük bazarı olan ABŞ-da ipoteka agentlikləri daşınmaz əmlakın təminatı əsasında qiymətli kağız buraxaraq öz borc öhdəliklərini investorlara satır və satışdan əldə edilən vəsaitlər banklar tərəfindən verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilir. Bu gün Azərbaycanda həmin funksiyanı Prezidentin fərmanı ilə yaradılаn və Cənubi Qafqazda ilk dəfə olaraq ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini həyata keçirən Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondu yerinə yetirir. Bu məqsədlə 2009-cu il mayın 29-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. İpoteka qiymətli kağızlar bazarının inkişaf etməsi isə, öz növbəsində, respublikamızda qiymətli kağızların həm ilkin, həm də təkrar bazarının inkişafına müsbət təsir göstərəcəyi şəksizdir.
Bununla yanaşı beynəlxalq ekspertlərin təklifləri sırasında təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçilməsi də xüsusi yer tutur. Bu formada Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etməkdə olan bazar kateqoriyasına daxil olması üçün səhm bazarının kapitallaşmasının ÜDM-in 30-40 faizinə çatdırılması lazımdır. Bu isə, öz növbəsində, müasir Azərbaycan qiymətli kağızlar bazarı həcminin 8-10 dəfə artırılması deməkdir.
Bununla yanaşı, bu gün Azərbaycan qiymətli kağızlar bazarında xarici investorların fəaliyyəti ölkə iqtisadiyyatının inkişaf etdirilməsində ən vacib amillərdən biridir. Azərbaycan fond bazarında cüzi problemlərin olmasına baxmayaraq, xarici investorlar və beynəlxalq qurumlar kapital yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər ki, bu da ölkədə əlverişli investisiya mühiti ilə əlaqədardır.
Əfsun Sucayev,
“Üç nöqtə” qəzetinin müxbiriYeni inkişaf mərhələsində

“Üç nöqtə” qəzetinin müxbiri