Ermənistan çirkin cinayətlərinə görə cavab verəcək
Xalqımız heç vaxt heç kimin ərazisinə göz dikməyib, hər zaman sülh, əmin-amanlıq olmasını istəyib. Amma hər dövrdə Azərbaycana dikilən məkrli düşmən gözləri sonda müharibəyə, təcavüzə gətirib çıxarıb. Bu gün də belədir... Nər igidlərimiz, qəhrəman oğullarımız ana Vətənin müdafiəsinə qalxıb. Son 15-20 gün ərzində düşmən tapdağı altında olan müqəddəs torpaqlarımız qarış-qarış işğalçılardan azad edilir, üçrəngli bayrağımız yüksəkliklərə sancılır.
Hər şeyə son qoymağın yeganə yolu döyüş meydanında qalib gəlməkdir!
Əminəm ki, gec və ya tez Ermənistan ədalət qarşısına çıxacaq və bütün əməllərinə, cinayətlərinə görə bəşəriyyət qarşısında cavab verəcək!
Mürsəlov Mirsahib