Təşəkkürlər cənab PREZİDENT
Sadə bir Azərbaycan vətəndaşı olaraq işğal olunmuş torpaqlarımızı erməni terrorçularından ordumuzla birlikdə azad etməsinə görə prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Prezidentimizin haqlı, ləyaqətli və ədalətli mövqeyini bir vətəndaş olaraq dəstəkləyirəm. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. Vətən naminə bu müqəddəs mübarizədə ulu tanrı onlara yar olsun! Qarabağ Azərbaycandır!
11-ci sinif sagirdi
Səmədova Leyla