MƏQALƏLƏR

Əmək­daş­lıq əla­qə­lə­ri ge­niş­lə­nir

  • 04.03.2011
 

Əmək­daş­lıq əla­qə­lə­ri ge­niş­lə­nir

Fev­ral ayı­nın 23-də Ver­gi­lər Na­zir­li­yin­də Fran­sa­nın Bey­nəl­xalq Tex­ni­ki Əmək­daş­lıq Agent­li­yi­nin (ADE­TEF) yük­sək və­zi­fə­li əla­qə­lən­di­ri­ci­si, baş ma­liy­yə mü­fət­ti­şi Ala­in Bo­do­nun rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti ilə gö­rüş ke­çi­ril­miş­dir. Gö­rüş­də ver­gi­lər na­zi­ri­nin müa­vi­ni, 3-cü də­rə­cə­li döv­lət ver­gi xid­mə­ti mü­şa­vi­ri Sa­hib Ələk­bə­rov və na­zir­li­yin mü­va­fiq struk­tur va­hid­lə­ri­nin rəh­bər­lə­ri iş­ti­rak et­miş­lər.

S.Ələk­bə­rov qo­naq­la­rı sa­lam­la­ya­raq Azər­bay­can və Fran­sa­nın ver­gi or­qan­la­rı ara­sın­da sıx əla­qə­lə­rin qu­rul­du­ğu­nu və bu mü­na­si­bət­lə­rin hər iki öl­kə üçün fay­da­lı ol­du­ğu­nu qeyd et­miş­dir. Bir ne­çə ay ön­cə Ver­gi­lər Na­zir­li­yi­nin nü­ma­yən­də he­yə­ti­nin Fran­sa­da sə­fər­də ol­du­ğu­nu xa­tır­la­dan S.Ələk­bə­rov bu sə­fə­rin on­lar­da xoş tə­əs­sü­rat ya­rat­dı­ğı­nı vur­ğu­la­mış­dır. Bil­di­ril­miş­dir ki, sə­fər çər­çi­və­sin­də Fran­sa­nın ver­gi or­qan­la­rı­nın yük­sək və­zi­fə­li şəxs­lə­ri ilə gö­rüş­lər ke­çi­ril­miş, in­san re­surs­la­rı­nın ida­rə edil­mə­si, kadr­la­rın pe­şə ha­zır­lı­ğı­nın yük­səl­dil­mə­si təc­rü­bə­si ilə ya­xın­dan ta­nış olun­muş­dur. Qo­naq­la­ra 1918-ci il­də Azər­bay­can­da Xalq Cüm­hu­riy­yə­ti ya­ran­dı­ğı za­man­dan Fran­sa ilə nor­mal mü­na­si­bət­lə­rin qu­rul­du­ğu və ha­zır­da da bu mü­na­si­bət­lə­rin yük­sək sə­viy­yə­də da­vam et­di­yi xa­tır­la­dıl­mış­dır. Na­zir müa­vi­ni öl­kə­lə­ri­miz ara­sın­da əmək­daş­lı­ğın bun­dan son­ra da in­ki­şaf et­di­ril­mə­si­nə bö­yük önəm ve­ril­di­yi­ni de­miş­dir.

S.Ələk­bə­rov bil­dir­miş­dir ki, fev­ral ayı­nın 17-də Fran­sa Res­pub­li­ka­sı­nın pay­tax­tı Pa­ris şə­hə­rin­də bu öl­kə­nin mə­də­niy­yət na­zi­ri cə­nab Fre­de­rik Mit­te­ra və Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­nın iş­ti­ra­kı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­ni ye­ni­dən bər­pa et­mə­si­nin 20-ci il­dö­nü­mü­nə və «Azər­bay­can» ki­ta­bı­nın təq­di­ma­tı­na həsr olun­muş tən­tə­nə­li mə­ra­si­min ke­çi­ril­mə­si öl­kə­lə­ri­miz ara­sın­da mü­na­si­bət­lə­rə bö­yük önəm ve­ril­di­yi­nin gös­tə­ri­ci­si­dir.

Ver­gi xid­mə­ti əmək­daş­la­rı­nın pe­şə bay­ra­mı mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bir haq­qın­da qo­naq­la­ra mə­lu­mat ve­rən na­zir müa­vi­ni hə­min təd­bir­də 200-dən çox sa­hib­kar, alim və iq­ti­sad­çı­nın iş­ti­rak et­di­yi­ni bil­dir­miş­dir.

Döv­lət baş­çı­sı cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən Ver­gi­lər Na­zir­li­yi qar­şı­sın­da qo­yul­muş və­zi­fə­lər, o cüm­lə­dən nağd­sız ödə­niş­lə­rin sti­mul­laş­dı­rıl­ma­sı məq­sə­di­lə gö­rü­lə­cək iş­lər ba­rə­də də fran­sa­lı qo­naq­la­ra mə­lu­mat ve­ril­miş­dir. Na­zir müa­vi­ni de­miş­dir ki, Azər­bay­can­da Ver­gi Mə­cəl­lə­si­nə də­yi­şik­lik­lər edil­mə­si, ver­gi­tut­ma ba­za­sı­nın ge­niş­lən­di­ril­mə­si ilə bağ­lı iş­lər apa­rı­lır, ver­gi də­rə­cə­lə­ri­nin ar­tı­rıl­ma­sı  isə  nə­zər­də tu­tul­mur.

ADE­TEF-nin yük­sək və­zi­fə­li əla­qə­lən­di­ri­ci­si Ala­in Bo­don sə­mi­mi qə­bu­la gö­rə öz tə­şək­kü­rü­nü bil­dir­miş, Azər­bay­can və Fran­sa ara­sın­da müx­tə­lif sa­hə­lər­də əmək­daş­lı­ğın möv­cud ol­du­ğu­nu və müs­bət nə­ti­cə­lə­rin əl­də edil­di­yi­ni de­miş­dir. Nü­ma­yən­də he­yə­ti­nin rəh­bə­ri sə­fə­rin əsas məq­sə­di­nin öl­kə­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin da­ha da in­ki­şaf et­di­ril­mə­si ol­du­ğu­nu vur­ğu­la­mış­dır. O, qeyd et­miş­dir ki, gə­lə­cək­də hər iki öl­kə­nin ver­gi ad­ministra­si­ya­la­rı ara­sın­da təh­sil və «elekt­ron mü­ha­si­bat­lıq» sa­hə­lə­ri is­ti­qa­mə­tin­də iş­lə­rin apa­rıl­ma­sı üçün azər­bay­can­lı mü­tə­xəs­sis­lə­rin Fran­sa­da təd­ris kurs­la­rın­da iş­ti­ra­kı nə­zər­də tu­tu­lur. Ver­gi­lər Na­zir­li­yi­nin fəa­liy­yə­ti­ni və hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­rın yük­sək qiy­mət­lən­dir­di­yi­ni vur­ğu­la­yan qo­naq bun­dan son­ra da hər iki öl­kə­nin ver­gi or­qan­la­rı ara­sın­da­kı əmək­daş­lı­ğın yük­sə­lən xət­lə in­ki­şaf edə­cə­yi­nə əmin­li­yi­ni bil­dir­miş­dir. Son­ra Ala­in Bo­don təm­sil et­di­yi təş­ki­la­tın fəa­liy­yə­ti ba­rə­də ət­raf­lı mə­lu­mat ver­miş­dir.

 Böl­gə­lər­də


 

Ver­gi ödə­yi­ci­lə­ri­nə gös­tə­ri­lən xid­mət­lə­rin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı və key­fiy­yə­ti­nin yük­səl­di­lə­rək dün­ya stan­dart­la­rı­na uy­ğun­laş­dı­rıl­ma­sı Ver­gi­lər Na­zir­li­yi­nin da­im diq­qət mər­kə­zin­də­dir. Bu is­ti­qa­mət­də apa­rı­lan iş­lər çər­çi­və­sin­də qar­şı­dan gə­lən iki il ər­zin­də öz əra­zi­sin­də ver­gi or­qa­nı ol­ma­yan bü­tün ra­yon və iri şə­hər­lə­ri­miz­də ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­nal­la­rı­nın ya­ra­dıl­ma­sı plan­laş­dı­rı­lır. Öl­kə­də ya­ra­dı­lan bu cür xid­mət mən­tə­qə­lə­ri döv­lət-sa­hib­kar mü­na­si­bət­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si­nə, sa­hib­kar­lı­ğa döv­lət dəs­tə­yi me­xa­nizm­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si­nə və ən əsa­sı, sa­hib­kar­la­rın maa­rif­lən­di­ril­mə­si­nə, on­la­rın ver­gi haq­qın­da bi­lik­lə­ri­nin ar­tı­rıl­ma­sı­na müs­bət tə­sir gös­tə­rir.

Qə­ze­ti­mi­zin ötən nöm­rə­lə­rin­də əmək­daş­la­rı­mı­zın 4 say­lı Əra­zi Ver­gi­lər İda­rə­si­nin əha­tə dai­rə­si­nə da­xil olan ra­yon­lar­dan ha­zır­la­dıq­la­rı ma­te­ri­al­la­rı si­zə təq­dim et­miş­dik. Bu ya­zı­nın ün­va­nı isə 10 say­lı Əra­zi Ver­gi­lər İda­rə­si­nin əha­tə dai­rə­si­nə da­xil olan İs­ma­yıl­lı ra­yo­nun­da­kı ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­na­lı­dır. Bu­ra ver­gi ödə­yi­ci­lə­ri­nin is­ti­fa­də­si­nə üç il əv­vəl - 2008-ci il mar­tın 18-də ve­ril­miş­dir və onun fəa­liy­yə­ti­nin üs­tün cə­hət­lə­ri, elə­cə də ça­tış­maz­lıq­la­rı ba­rə­də fi­kir yü­rüt­mək üçün ki­fa­yət qə­dər təc­rü­bə möv­cud­dur. Ter­mi­na­lın fəa­liy­yə­ti və gös­tər­di­yi xid­mət­lər haq­qın­da Sa­hib­kar­lar (İşə­gö­tü­rən­lər) Təş­ki­lat­la­rı Mil­li Kon­fe­de­ra­si­ya­sı­nın ter­mi­nal­da xid­mət gös­tə­rən nü­ma­yən­də­si Sə­xa­vət Ba­ğı­rov ət­raf­lı mə­lu­mat ve­rir. Xa­tır­la­daq ki, ter­mi­nal­da ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mə­ti Kon­fe­de­ra­si­ya və Ver­gi­lər Na­zir­li­yi ara­sın­da im­za­lan­mış partn­yor­luq sa­zi­şi­nə əsa­sən, bu qu­ru­mun nü­ma­yən­də­si hə­ya­ta ke­çi­rir. S.Ba­ğı­ro­vun söz­lə­ri­nə gö­rə, ter­mi­na­lın ya­ra­dıl­ma­sı ilə bu re­gi­on­da ya­şa­yan və fəa­liy­yət gös­tə­rən sa­hib­kar­la­rın işi xey­li yün­gül­ləş­miş­dir. On­lar vaxt itir­mə­dən və uzaq yol qət et­mə­dən ver­gi haq­qın­da su­al­la­ra ter­mi­nal­da ca­vab ala bi­lir­lər: «İlk vaxt­lar bu­ra­da gös­tə­ri­lən ver­gi xid­mə­tin­dən la­zı­mın­ca is­ti­fa­də et­mək üçün ra­yon­da­kı sa­hib­kar­lar ara­sın­da mə­lu­mat­lan­dır­ma iş­lə­ri­nin apa­rıl­ma­sı­na eh­ti­yac var idi. Zə­ru­ri bil­gi­yə ma­lik ol­ma­dıq­la­rı üçün ödə­yi­ci­lər ter­mi­na­lın xid­mət­lə­rin­dən tam is­ti­fa­də edə bil­mir­di­lər. Ona gö­rə də işi­mi­zin bir his­sə­si ver­gi ödə­yi­ci­lə­ri­ni ter­mi­na­lın on­la­ra ya­rat­dı­ğı im­kan­lar ba­rə­də mə­lu­mat­lan­dır­maq idi. İn­di isə bu­ra hər kəs konk­ret məq­səd­lər­lə mü­ra­ci­ət edir. Gös­tə­ri­lən xid­mət­lər içə­ri­sin­də ver­gi bə­yan­na­mə­lə­ri­nin düz­gün tər­tib edil­mə­si və on­la­rın elekt­ron for­ma­da gön­də­ril­mə­si üs­tün­lük təş­kil edir. Bu­nu sta­tis­tik gös­tə­ri­ci­lər də əya­ni nü­ma­yiş et­di­rir. Sa­hib­kar­la­rın  ar­zu­la­rı əsa­sın­da şəx­si və­rə­qə­lə­ri­nə ba­xıb ver­gi borc­la­rı haq­qın­da mü­tə­ma­di ola­raq on­la­rı mə­lu­mat­lan­dı­rı­rıq. Bun­dan baş­qa, şi­ka­yət ilə bağ­lı sə­nəd­lə­rin və ara­yış­la­rın ha­zı­rlan­ma­sın­da on­la­ra yar­dım edi­rik». S.Ba­ğı­rov ver­gi ödə­yi­ci­lə­ri­nin kö­mə­yə eh­ti­ya­cı ol­du­ğu bir mə­sə­lə­ni də vur­ğu­la­yır. Ter­mi­nal­da bə­yan­na­mə­lə­rin düz­gün tər­tib edil­mə­mə­si ilə bağ­lı na­zir­lik tə­rə­fin­dən da­xil olan uy­ğun­suz­luq mək­tub­la­rı­nın araş­dı­rıl­ma­sı sa­hə­sin­də də fə­al iş apa­rı­lır: «Nə­za­rət-kas­sa apa­ra­tı iş­lə­mə­di­yi za­man qey­diy­yat ki­ta­bı­nın apa­rıl­ma­sı qay­da­la­rı haq­qın­da ödə­yi­ci­lə­rə ət­raf­lı mə­lu­mat ve­ri­rik. Ver­gi or­qa­nı əmək­daş­la­rı ilə bir­lik­də ödə­yi­ci­lər üçün mün­tə­zəm tre­ninq­lər təş­kil edir, qa­nun­ve­ri­ci­lik­də baş ve­rən də­yi­şik­lik­lər, Ver­gi­lər Na­zir­li­yi­nin tət­biq et­di­yi ye­ni­lik­lər ba­rə­də on­la­rı mə­lu­mat­lan­dı­rı­rıq. Mə­sə­lən, elekt­ron ver­gi xid­mət­lə­rin­dən is­ti­fa­də qay­da­la­rı ödə­yi­ci­lə­rə izah olu­nur. Təc­rü­bə gös­tə­rir ki, bə­zən və­tən­daş­lar ödə­yi­ci­si ol­du­ğu ver­gi nö­vü üz­rə qa­nun­la on­la­ra ve­ri­lən han­sı­sa ver­gi gü­zəşt­lə­rin­dən is­ti­fa­də hü­qu­qun­dan xə­bər­siz olur­lar və ter­mi­nal bu sa­hə­də on­la­ra la­zı­mi kö­mə­yi gös­tə­rir».

S.Ba­ğı­rov qeyd edir ki, 2010-cu ilin yan­var ayın­dan tət­biq olu­nan elekt­ron he­sab-fak­tu­ra­la­rın düz­gün tər­tib edil­mə­si üçün ödə­yi­ci­lər­lə mün­tə­zəm iş apa­rı­lır.

Rə­qəm­lə­rin di­li ilə

Sta­tis­ti­ka­ya əsa­sən, İs­ma­yıl­lı­da­kı ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­na­lın­da sa­hib­kar­la­ra gös­tə­ri­lən ümu­mi xid­mət­lə­rin sa­yı 2009-cu il­də 4574, 2010-cu il­də isə 4607 ol­muş­dur. (2010-cu il­də ödə­yi­ci­lə­rə gös­tə­ri­lən xid­mət­lə­rin növ­lər üz­rə kə­miy­yə­ti təq­dim olu­nan qra­fik­də fa­iz­lər­lə gös­tə­ril­miş­dir). Ma­raq­lı cə­hət bu­dur ki, 2010-cu il­lə mü­qa­yi­sə­də 2009-cu il­də xid­mət ter­mi­na­lı­na da­ha çox və­tən­daş mü­ra­ci­ət et­miş­di (2009-cu il­də 1831; 2010-cu il­də 1819). Mü­tə­xəs­sis­lər 2010-cu il­də bu gös­tə­ri­ci­nin nis­bə­tən aşa­ğı ol­ma­sı­nı sa­hib­kar­lar ara­sın­da mə­lu­mat­lı­lıq sə­viy­yə­si­nin yük­səl­mə­si ilə izah edir­lər.

 Ar­zu İB­RA­Hİ­MO­VA