MƏQALƏLƏR

Ver­gi­lər Na­zir­li­yin­də iş­gü­zar gö­rüş

  • 04.03.2011

Ver­gi­lər Na­zir­li­yin­də iş­gü­zar gö­rüş

Ötən həf­tə Ver­gi­lər Na­zir­li­yin­də dün­ya­nın nü­fuz­lu hü­quq, audit, ma­liy­yə, ver­gi və kon­sal­tinq qu­rum­la­rın­dan bi­ri he­sab edi­lən «Ernst & Yo­unq Hol­dinqs (SiA­yEs) Bi.Vi» şir­kət­lər qru­pu­nun nü­ma­yən­də­lə­ri ilə na­zir­li­yin rəh­bər iş­çi­lə­ri ara­sın­da iş­gü­zar gö­rüş ke­çi­ril­miş­dir. Gö­rüş­də «Ernst & Yo­unq» kon­sal­tinq şir­kə­ti­nin öl­kə­miz­də­ki partn­yo­ru Ar­zu Ha­cı­ye­va ver­gi qa­nun­ve­ri­cil­yi­nə əla­və və də­yi­şik­lik­lər edil­mə­si ilə bağ­lı təm­sil et­di­yi şir­kə­tin tək­lif­lə­ri­ni təq­dim et­miş, ƏDV, mən­fə­ət ver­gi­si, gə­lir ver­gi­si və ödə­mə mən­bə­yin­də tu­tu­lan ver­gi­lər­lə bağ­lı mü­la­hi­zə­lə­ri­ni söy­lə­miş­dir.

Ver­gi­lər na­zi­ri­nin müa­vi­ni Sa­hib Ələk­bə­rov irə­li sü­rü­lən fi­kir­lə­rin na­zir­li­yin mü­va­fiq ida­rə­lə­ri tə­rə­fin­dən cid­di təh­lil edi­lə­cə­yi­ni bil­dir­miş­dir. Ver­gi­lər Na­zir­li­yi­nin di­gər mü­tə­xəs­sis­lər­lə də da­im mü­za­ki­rə­lə­rə açıq ol­du­ğu qeyd edil­miş, irə­li sü­rü­lən tək­lif­lə­rin «Ver­gi Klu­bu» üzv­lə­ri tə­rə­fin­dən mü­za­ki­rə­yə çı­xa­rıl­ma­sı­nın fay­da­lı ola­ca­ğı vur­ğu­lan­mış­dır.

Na­zir­li­yin Ver­gi si­ya­sə­ti və stra­te­ji araş­dır­ma­lar Baş İda­rə­si­nin rəi­si Akif Mu­sa­yev Ver­gi Mə­cəl­lə­si­nə əla­və və də­yi­şik­lik­lər edil­mə­si məq­sə­di­lə müx­tə­lif təş­ki­lat­lar və sa­hib­kar­lar tə­rə­fin­dən 300-ə ya­xın tək­lif irə­li sü­rül­dü­yü­nü bil­dir­miş­dir. O, bü­tün tək­lif­lə­rin eks­pert­lər tə­rə­fin­dən mü­za­ki­rə­yə çı­xa­rıl­dı­ğı­nı və «Ernst & Yanq»ın tək­lif­lə­ri­nin də on­lar üçün ma­raq­lı ol­du­ğu­nu vur­ğu­la­mış­dır.

Qeyd. Bir əsr­dən çox fəa­liy­yət ta­ri­xi­nə və bö­yük təc­rü­bə­yə ma­lik  «Ernst & Yanq» kon­sal­tinq şir­kə­ti dün­ya­nın 140-dan çox öl­kə­sin­də fəa­liy­yət gös­tə­rən qlo­bal qu­rum­lar­dan bi­ri­dir. Şir­kət Azər­bay­can Res­pub­li­ka­sın­da 1994-cü ilin fev­ral ayın­da fəa­liy­yə­tə baş­la­yıb və öl­kə­miz­də audit, ver­gi və hü­quq, əmə­liy­yat və məs­lə­hət sa­hə­sin­də xid­mət gös­tə­rir. Ha­zır­da şir­kə­tin Ba­kı ofi­sin­də 100-dən çox əmək­daşı ça­lı­şır və onun ida­rə olun­ma­sı­na 5 partn­yor (or­taq) rəh­bər­lik edir.

 Rü­fət MƏR­DA­NOV