MƏQALƏLƏR

İri ti­ca­rət mər­kəz­lə­rin­də ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­nal­la­rı yaradılmış­dır

  • 18.03.2011

İri ti­ca­rət mər­kəz­lə­rin­də ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­nal­la­rı yaradılmış­dır

Sa­hib­kar­lıq fəa­liy­yə­ti­ni hə­ya­ta ke­çi­rən şəxs­lə­rin mə­lu­mat­lan­dı­rıl­ma­sı, on­la­ra ver­gi qa­nun­ve­ri­ci­li­yi­nin tət­bi­qi ilə bağ­lı iza­hat­la­rın ve­ril­mə­si və la­zı­mi kö­mək­lik­lə­rin gös­tə­ril­mə­si apa­rı­lan ver­gi si­ya­sə­ti­nin əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri ki­mi Ver­gi­lər Na­zir­li­yi­nin da­im diq­qət mər­kə­zin­də­dir.

Bu is­ti­qa­mət­də hə­ya­ta ke­çi­ri­lən təd­bir­lə­rin da­va­mı ola­raq Ba­kı şə­hə­ri­nin ən bö­yük ti­ca­rət mər­kəz­lə­rin­dən olan «Sə­də­rək» və «Ara­zA­via» fir­ma­la­rı­na məx­sus ti­ca­rət ob­yekt­lə­rin­də sa­hib­kar­lıq fəa­liy­yə­ti­ni hə­ya­ta ke­çi­rən şəxs­lə­rə mü­va­fiq iza­hat­la­rın ve­ril­mə­si və ver­gi qa­nun­ve­ri­ci­li­yi ilə bağ­lı kö­mək­lik­lə­rin gös­tə­ril­mə­si məq­sə­di­lə Ba­kı Şə­hər Ver­gi­lər De­par­ta­men­ti­nin ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­nal­la­rı ya­ra­dıl­mış­dır. Mü­ra­ci­ət edən şəxs­lə­rə mü­va­fiq xid­mət­lə­rin gös­tə­ril­mə­si məq­sə­di­lə ter­mi­nal­lar bü­tün zə­ru­ri ava­dan­lıq­lar­la təc­hiz olun­muş, Ba­kı Şə­hər Ver­gi­lər De­par­ta­men­ti­nin bir qrup əmək­da­şı bu ter­mi­nal­la­ra cəlb edil­miş­dir.

Ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­nal­la­rın­da sa­hib­kar­lıq fəa­liy­yə­ti­ni ti­ca­rət mər­kəz­lə­rin­də hə­ya­ta ke­çi­rən şəxs­lə­rə heç bir ver­gi or­qa­nı­na get­mə­dən ver­gi qa­nun­ve­ri­ci­li­yi, ver­gi öh­də­lik­lə­ri və on­la­rın ye­ri­nə ye­ti­ril­mə­si müd­dət­lə­ri, həm­çi­nin ye­ni sa­hib­kar­lıq fəa­liy­yə­ti­nə baş­la­yan şəxs­lə­rə ver­gi ödə­yi­ci­lə­ri­nin uço­tu pro­ses­lə­ri ba­rə­də mə­lu­mat­la­rın ve­ril­mə­si və elə­cə də «fi­zi­ki şəx­sin sa­hib­kar­lıq uço­tu haq­qın­da» əri­zə­lə­rin qə­bul edil­mə­si və on­la­ra VÖ­EN ve­ril­mə­si hə­ya­ta ke­çi­ri­lir. Mə­lu­mat üçün qeyd et­mək is­tər­dik ki, ver­gi or­qa­nın­da uço­ta alın­maq üçün ter­mi­nal­la­ra «fi­zi­ki şəx­sin sa­hib­kar­lıq uço­tu haq­qın­da» əri­zə təq­dim et­miş şəxs­lər bir gün ər­zin­də ver­gi ödə­yi­ci­si ki­mi uço­ta alı­na­raq on­la­ra VÖ­EN ve­ri­lir.

Son bir ay ər­zin­də ti­ca­rət mər­kəz­lə­rin­də ya­ra­dıl­mış ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət ter­mi­nal­la­rı­na sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul olan 900-ə ya­xın şəxs müx­tə­lif məz­mun­lu mə­sə­lə­lər­lə bağ­lı mü­ra­ci­ət et­miş və ver­gi xid­mə­ti or­qa­nı əmək­daş­la­rı tə­rə­fin­dən on­la­ra la­zı­mi kö­mək­lik­lər gös­tə­ril­miş­dir. Mü­ra­ci­ət edən şəxs­lər­dən

700-ə ya­xı­nı ver­gi ödə­yi­ci­si ki­mi uço­ta alı­na­raq on­la­ra VÖ­EN ve­ril­miş­dir.

 Toğ­rul ƏLİ­YEV