MƏQALƏLƏR

İnnovasiya və onu sürətləndirən elmi-texniki əsaslar

  • 01.04.2011

İnnovasiya və onu sürətləndirən elmi-texniki əsaslar

 RUSİYANIN TEXNOPARKLARI

Texnoparklar elmi təşkilatların bazasında

Rusiyada  texnoparkların formalaşması dalğası XX əsrin 90-cı illərinin əvvəli başlamışdır. Onların çoxu ali məktəblərdə təşkil olunmuşdur. Bu texnoparklar inkişaf yolu keçmiş infrastruktura, daşınmaz əmlaka, hazırlanmış menecerlər komandasına malik deyildirlər, onlar ali məktəblərin struktur bölməsi kimi yaradılmış innovasiya müəssisələrinə oxşar və dəstəklənən, real fəaliyyətdə olan təşkilat olmamışdır. Tək-tək hallarda texnoparklar Qapalı Səhmdar Cəmiyyəti (QSC) şəklində yaradılmışdır. Bu da baza müəssisəsindən nisbi asılı olmayan çevik idarəetmənin həyata keçirilməsinə imkan verir. Rusiyada olan texnoparklar tək-tək hallarda inkubator  vəzifəsini yerinə yetirmir, birinci növbədə özünəməxsus “təhlükəsizlik sahəsi” rolunu oynayır. Bu isə müəssisəni aqressiv daxili və xarici mühitdən qorumuş olur. Kiçik müəssisələrin texnoparkda olma müddəti qeyri-məhduddur və hazırda bu gün üçün o, 10 il təşkil edir (ümumdünya      standartında 2-3 il).

İlk dəfə 1990-cı ildə Rusiya Federasiyasında (RF) “Tomsk elmi texnoparkı”  yaradılmışdır. Sonra onların yaradılması sürətləndi, 1990-cı ildə 2 texnopark, 1991-ci ildə 8, 1992-ci ildə 24, 1993-cü ildə 43, hal-hazırda texnoparkların sayı 80-dən çoxdur. Bu gün texnoparklar əsasən ali məktəblərin bazasında yaradılır.

Onu da qeyd edək ki, RF-də real fəaliyyət göstərən texnoparklar əhəmiyyətli dərəcədə azdır. Belə ki, 2000-ci ildə keçirilən akkreditasiya nəticəsində  məlum olmuşdur ki,  30 texnopark dünya standartlarına cavab verir. Bunlar aşağıdakılardır:

“Moskvoreçe” beynəlxalq elmi-texniki parkı (Moskva ş.); Moskva dövlət energetika institutu “MDEİ” elmi-texniki parkı (Moskva ş.); Saratov dövlət texniki universitetinin “Volqa texnika” elmi-texnoloji parkı (Saratov ş.); Sankt-peterburq  elektrotexnika institutunun texnoparkı (Sankt-Peterburq ş.); Ufa dövlət aviasiya texniki universitetinin “Başqordıstan” elmi-texniki parkı (Ufa ş.); Nijninovqorod dövlət texniki universitetinin elmi-texniki parkı (Nijninovqorod ş.);  Moskva elektrotexnika  institutunun Zelenoqorod elmi-texniki parkı (Zelenoqorod ş.); Obnin atom enerji institutunun “İNTEQRO” elmi-texniki parkı (Obnin ş.); Ulyanov dövlət texniki universitetinin “Ulyanov” texnoparkı (Ulyanov ş.); Tomsk beynəlxalq işgüzarlıq mərkəzinin texnoparkı (Tomsk ş.).

Əvvəllər Rusiya Federasiyası texnoparkların yaradılmasına bir o qədər əhəmiyyət vermirdi. Lakin keçən əsrin 90-cı illərində və XXI əsrin birinci onilliyində bunun iqtisadi inkişafda rolunu hiss edən RF müxtəlif dövlət proqramları qəbul edərək onların həyata keçirilməsinə başlamışdır.

Məsələn, Rusiyada biznes inkubatorlarının yaradılması “Morozov layihəsi” Dövlət proqramına uyğun aparılmışdır. Bu layihə əsasında 1995-1996-cı illərdə işgüzar tədris mərkəzləri bazasında 12 regional biznes inkubatoru yaradılmışdır.

Başqa bir misal, “Rusiya Federasiyasında  yüksək texnologiya sahəsində  texnoparkların yaradılması” Dövlət proqramı 2006-cı ildə qəbul edilmişdir. Bu proqrama əsasən 2007-2010-cu illərdə RF-nin 7 regionunda 13 iri texnoparkın yaradılması nəzərdə tutulmuşdur.

Proqramın həyata keçirilməsinə yönəldilən investisiyanın həcmi – 29 milyard rubl təşkil etmişdir.

Hətta bu proqramın həyata keçirilməsinin investisiya təminatı üçün əlavə olaraq ayrıca təşkilatlar ( RIFKT- vençur fondu, Rosnano Dövlət komitəsi, Rusiya Vençur korporasiyası) təsis edilmişdir. Burada oxucu, bir sıra əlamətlərə görə bir-birindən fərqlənən Rusiya Federasiyasının  bir neçə texnoparkı ilə müəyyən qədər tanış olacaqdır.

Açıqlama

Məlumdur ki, sabiq SSRİ məkanında yaranmış dövlətlər eyni bir dövrdə bazar münasibətlərinə keçməkdədirlər. Artıq bu ölkələr başa düşmüşlər ki, iqtisadi inkişafın ən üstün istiqaməti – innovasiya yönümlü iqtisadiyyata istiqamətlənmədir.

Bu məqsədin həyata keçirilməsində isə innovasiyanın sürətləndirilməsinə təkan verən – texnoparkların və biznes inkubatorlarının yaradılmasıdır.

Bu problemlərin həlli ölkəmiz üçün də qarşıda durur.  Azərbaycan Respublikası da, innovasiyanın mənimsənilməsi mexanizmlərinin işlənməsi və tətbiqi, eyni zamanda innovasiyanın ölkədə sürətləndirilməsi ərəfəsindədir. Hələlik ölkəmizdə nə texniki parklar yaradılıb, nə də biznes inkubatorları. Lakin ölkənin gələcək inkişafı üçün innovasiyanın sürətləndirilməsi zərurudir.

 İqtisadiyyatı iqtisadiyyatımıza yaxın olan sabiq SSRİ məkanında yaranmış dövlətlərin, xüsusilə onların içərisində nisbətən daha öndə gedən RF-nin qeyd edilən sahədə iş təcrübəsinin öyrənilməsi ölkəmiz üçün daha önəmli olar.

Yeri gəlmişkən, nəzərə almaq lazımdır ki, texnoparkların yaradılması, onun məqsədi və vəzifələri, göstərdikləri xidmətlər, idarəetmə strukturları, təşkilati-hüquqi  forması, fəaliyyət dairəsi, tədris və elmi- tədqiqat, layihə-konstruksiya və digər elmi təşkilatlarla əlaqəsi, kadrların seçilməsi, yerləşdirilməsi və ixtisaslarının artırılması və digər xüsusiyyətləri bir-birindən kəskin surətdə fərqlənir. Fikrimizcə, bunları hər birinin ayrı-ayrılıqda  şərh etmək oxucunu yora bilər. Odur ki, müxtəlif təbiətli texnoparklarla burada ötəri tanışlığa əsaslanaraq texnoparklar haqqında  maariflənməni oxucunun öz  öhdəsinə buraxırıq.

Rusiyanın seçmə üsulu ilə burada verilən texnoparklarının öyrənilməsi aşağıdakı suallara cavab tapmağa köməklik göstərir:

  • ·        texnoparklar  necə yaradılır?
  • ·        onun təsisçisi və ya həmtəsisçiləri kimlər ola bilər?
  • ·        texnoparklar hansı dairədə fəaliyyət göstərir?
  • ·        investisiya təminatı necə qurulur?
  • ·        hansı təşkilati-hüquqi formaya malikdirlər?
  • ·        idarəetmə strukturu necə olur?
  • ·        əsas məqsədi nədir?
  • ·        hansı fəaliyyət növləri ilə məşğul olur?
  • ·        tərəfdaşları kimlər ola bilər?

 

Tomsk elmi-texniki parkı

Bu parkın əsası 1988-ci ildə Fransa  təcrübəsinə əsaslanaraq Tomsk şəhərində yaradılmışdır. Lakin parkın rəsmi yaranma tarixi – 1990-cı il hesab edilir. Park təşkilati –hüquqi  formasına gorə açıq tipli səhmdar cəmiyyətidir. Parkın tam adı – “Tomsk beynəlxalq işgüzarlıq mərkəzi”  (TBİM) texnoparkıdır. Hal hazırda TBİM-in “texnopark”ında aşağıdakı istiqamətlərdə elmi-texniki tədqiqatlar və kommersiya istiqamətləri inkişaf etdirilir:

  • ·        sərgi  yarmarkalarının təşkili;
  • ·        innovasiya fəaliyyəti;
  • ·        marketinq tədqiqatları;
  • ·        elektron kommersiyalaşdırılması.

TBİM – texnoparkı  qeyd edilən fəaliyyətləri yerinə yetirmək üçün lazımi maddi-texniki bazaya malikdir: 2000 kv.m. sahəsi olan sərgi pavilyonu, 3500 kv. m. sahəsi olan açıq sərgi meydançası, 250 yerlik konfrans-zal, ofis xidmətləri avadanlıqları, avtonəqliyyat texnoparkın sərəncamındadır.

Parkın əsas təsisçiləri Tomsk şəhərinin iri müəssisələri, bankları, ali təhsil müəssisələri, Tomsk vilayətinin, Tomsk və Seversk şəhərinin inzibatçılarıdır.

Texnopark Tomsk şəhərinin nəqliyyat şəbəkəsinə yaxın olan Tomi çayının sahilində mənzərəli bir guşədə yerləşmişdir.

 Moskvoreçe texnoparkı

Beynəlxalq elmi-texniki park olan Moskvoreçe texnoparkı – Rusiyanın ali məktəblərinin nəzdində olan  aparıcı parklarındandır və o, 1993-cü ildə Moskva Dövlət Mühəndis – Fizika İnstitutunun (MMFİ) nəzdində yaradılmışdır. Bu park elmtutumlu kiçik müəssisələrin qeyri-kommersiya assosiasiyasıdır. Assosiasiyaya  20 kiçik innovasiya müəssisəsi daxildir.

MMFİ  texnoparkının yaradılmasının əsas məqsədi:

  • ·        təsisçi ali məktəbin elmi-potensial bazasının saxlanılması;
  • ·        ideya, elmi-texniki layihə və innovasiya bazalarının  formalaşdırılması;
  • ·        yüksək texnologiya sahəsində çalışanlara və çalışmaq arzusunda olanlara dəstək vermək;
  • ·        beynəlxalq elmi-texniki əlaqələrin gücləndirilməsi, milli texnologiyaların müvafiq xarici və daxili bazalara ötürülməsi;
  • ·        elmtutumlu işgüzarlıq sahəsinə təşəbbüs göstərən tələbələrə hər tərəfli köməklik göstərmək və tələbələrin innovasiya fəallığının dəstəklənməsi.

MMFİ “Mockvoreçe texnoparkının” tərkibinə parkda innovasiya fəaliyyətinin əsas istiqamətlərini yerinə yetirən yeddi bölməsi: innovasiya texnoloji mərkəzi; biznes mərkəzi; tələbə yüksək texnologiyalı inkubatoru; kompleks layihələr və inkişaf şöbəsi; tələbə təşəbbüskarlığı mərkəzi; materialların keyfiyyət üzrə   sertifikasiyalaşması mərkəzi; tədris mərkəzi texnoparkın fəaliyyətdə olan mərkəzləri, bölmələri və şöbələri institut tərəfindən ayrılmış binalarda yerləşdirilmişdir.

İnkubasiya dövrü keçən müəssisələrin yerləşdirilməsi üçün MMFİ-nin ərazisində sahəsi 1750 kv. m. olan üç mərtəbəli bina ayrılmışdır.

“Moskvoreçe texnoparkı” Rusiyanın 20-dən artıq elmi-texnoloji parkı ilə əməkdaşlıq edir.

Dünyanın -  Böyük Britaniya, Hollandiya, Almaniya, Cənubi Koreya, Finlandiya kimi ölkələrinin elmi-texniki parkları və innovasiya mərkəzləri ilə sıx surətdə fəaliyyət göstərir.

 

Nijneqorod Dövlət Texniki Universitetinin 

( NDTU-nun) elmi-texnoloji parkı

NDTU –nun elmi-texnoloji parkı 26 fevral 1995-ci ildə NDTU-nun Elmi şurasının qərarı ilə yaradılmışdır. Texnoparkın yaradılması aşağıdakı ideyalara əsaslanmışdır:

  • ·        yeni texnikanın yaradılması prosesinin, onun ölkə və xarici bazalarına çıxarılmasının həvəsləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin inkişaf etdirilməsi;
  • ·        ali məktəb alimləri tərəfindən işlənilən, elmtutumlu texnologiyaların sənayedə istifadəsinin regional proqramının həyata keçirilməsi;
  • ·        yaradıcı kollektivin marağı üçün müasir elmi-texniki xidmətin yaradılması;
  • ·        ali məktəbin elmi-texniki bazasının kiçik firmaların istehsal potensialı hesabına  genişləndirilməsi;
  • ·        əlavə iş yerlərinin yaradılması.

Texnoparkda elmi-texniki məhsulların işlənilməsi və istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir. Bunlara misal olaraq  aşağıdakıları göstərmək olar:

1.      Ali məktəblərin innovasiya mərkəzlərinin Volqa – Viyatskiy filialı;

2.      Enerjinin  qorunması innovasiya mərkəzi;

3.      Universitetin tədris elmi-istehsal müəssisəsi (keçmiş sınaq zavodu);

4.      Elmi-sınaq konstruksiya mərkəzi;

5.      Elmi-texniki tərəqqinin təşkili üzrə mühəndis mərkəzi;

6.      “Avtomobillər və traktorlar” tədris-elmi mərkəzi;

7.      “Radiotexnika” tədris-elmi mərkəzi;

8.      “İnformasiya təhlükəsizliyi” tədris-elmi mərkəzi;

9.      “Nuklid” elmi-texniki xidmət mərkəzi;

10.  Yeni informasiya texnologiyaları Nijnenovqorod vilayət mərkəzi;

11.  “Vektor- NNPİ” elmi-texniki müəssisəsi;

12.  “Transport” qapalı səhmdar cəmiyyəti;

13.   “Texnopolis - NDTU” kommersiya müəssisəsi.

             Texnoparkda çox iri regional proqramlar yerinə yetirilir. 

 

Obnin elmi-texnoloji parkı – “İNTEQRO”

 “İNTEQRO” – Obnin elmi-texnoloji parkı 1992-ci ildə Obnin atom energetikası institutunun bazasında yaradılmışdır. Keçən dövr ərzində şəhərdə və regionda innovasiya siyasətinin formalaşması üzrə çox böyük işlər görülmüşdür.

Texnoparkın inkişafını bir neçə mərhələyə bölmək olar.

1992-1993-cü illər  parkın dirçəlişi mərhələsi. Bu dövrdə şəhərin elmi müəssisələri ilə, kiçik innovasiya müəssisələri ilə əməkdaşlıq yolları axtarılmışdır. Parkın dirçəliş dövründə aşağıdakılar yerinə yetirilmişdir:

  • ·        öz inkişaf müddəaları formalaşdırılmış;
  • ·        strateji və taktiki məsələlər müəyyən edilmiş;
  • ·        Təhsil Nazirliyi ilə, “Texnopark” Assosiasiyası ilə, Tver innovasiya Mərkəzi ilə  əlaqələr yaradılmış;
  • ·        texnopark həyata qədəm qoydu və şəhərdə canlanma başladı.

          1994-1995-ci illər şəhərin kiçik innovasiya müəssisələrilə, alimləri və mütəxəssisləri ilə işlərin fəal qurulması mərhələsi. Bu mərhələdə aşağıdakı işlər yerinə yetirilmişdir:

  • ·        30 innovasiya layihəsinə dəstək verilmiş, bunlardan 18-i ali məktəblərarası elmi-texniki proqram çərçivəsində maliyyələşdirilmişdir;
  • ·        özündə məhsul istehsal  etmək üçün sınaq –istehsal bazası yaradılmışdır;
  • ·        sınaq – konstruksiya mərkəzi yaradılmışdır;
  • ·        şəhərin kiçik sahibkarlığının dəstəklənməsi və inkişafının kompleks proqramı hazırlanmışdır;
  • ·        Federal strukturlarla fəal işə başlanılmışdır – kiçik sahıbkarlığın dəstəklənməsi və inkişafı üzrə Dövlət Komitəsi ilə və RF-in  innovasiya ittifaqı ilə əməkdaşlığa başlanılmışdır.

1996-1980-ci illər – elmi-texniki parkın regional səviyyəyə çıxması mərhələsi. Bu mərhələdə aşağıdakılar yerinə yetirilmişdir:

  • ·        park şəhər və vilayət səviyyəsində kiçik sahibkarlığın dəstəklənməsi və inkişafı üzrə ən fəal innovasiya strukturlarından birinə çevrilmişdir;
  • ·        “kiçik sahibkarlığın dəstəklənməsi və inkişafı” və “1990-2000-ci” illərdə  Kaluqa  vilayətinin elmi, elmi-texniki kompleks proqramlarının işlənilməsində park iştirak etmişdir;
  • ·        Koluqa vilayətinin “kiçik sahibkarlığın dəstəklənməsi və inkişafı” Qanununun və “Kaluqa vilayətinin 1998-2000-ci illərdə  Elm və    elmi-texniki siyasəti“ kompleks  proqramlarının  işlənməsində park iştirak edib;
  • ·        texnoparkda və kiçik innovasiya müəssisələrində istehsal olunmuş məhsulların satışının təmin edilməsi məqsədilə hər il sərgilərdə və seminarlarda  park iştirak etmişdir;
  • ·        Park ali məktəblərarası- “Universitet texnoparkları və innovasiya” elmi-texniki proqramının işlənilməsində iştirak etmişdir.

1999-2002-ci illər texnoparkın keyfiyyətcə yeni inkişaf  səviyyəsinə yüksəlişi mərhələsidir.

Bu mərhələdə texnopark “İNTEQRO” kiçik innovasiya müəssisələrinə ciddi praktiki köməklik göstərmişdir. Bu dövrdə biznes – inkubatorda 20 müəssisə öz inkubasiya dövrünü başa vurmuşdur.

Bu müəssisələrin əksəriyyəti artıq, tanınmış yüksək texnologiyalı istehsal müəssisələridir.

Bu gün texnopark – innovasiyanın məşhur innovasiya strukturu, subyektidir. O, aşağıdakıları həyata keçirir:

  • ·        şəhərdə və regionda innovasiya mühitini formalaşdırır;
  • ·        kiçik innovasiya müəssisələrinə, alimlərə, ixtiraçılara real köməklik göstərir;
  • ·        elmi-texniki sahələrdə, elmi-xidmət sahələrində və intellektual mülkiyyətin qorunması sahəsində kiçik sahibkarlığı dəstəkləyir;
  • ·        80-dən çox kiçik innovasiya müəssisələrini və fiziki şəxs olan sahibkarları dəstəkləyir;
  • ·        95 innovasiya layihəsi zərfi, “qovluğu”-na  malikdir ki, bunlar da enerjiqoruyucu texnologiya, ekologiya, təbabət, kənd təsərrüfatı məhsullarının emalı, yeni elmtutumlu texnologiyalara aiddirlər.

Kaluqa vilayətinin “İqtisadiyyat və sənaye” departamenti, “Elm və təhsil” Dövlət departamenti ilə əməkdaşlıq edir. Texnopark 15 növ xidmət göstərir. O cümlədən:

  • ·        ofis xidməti;
  • ·        mühasibatçılıq xidməti;
  • ·        məlumat-informasiya xidməti;
  • ·        patent-lisenziya;
  • ·        hüquq;
  • ·        nüsxə artırma;
  • ·        ekspert;
  • ·        biznes-planın işlənilməsi;
  • ·        bələdiyyə və regional proqramların işlənilməsi;
  • ·        marketinq xidməti;
  • ·        istehsal yerlərinin axtarılması;
  • ·        innovasiya layihəsi üçün investisiya axtarışı;
  • ·        elmi-texniki işləmələrin Rusiyanın və xarici ölkələrin bazalarına çıxarılması;
  • ·        idarəetmə və maliyyə üzrə məsləhətlərin verilməsi.

Hal-hazırda öz problemlərini həll etmək və kiçik müəssisələrə köməklik göstərmək məqsədi ilə texnoparkın strukturu təkmilləşdirilir.

 

Ulyanov Dövlət Universitetinin  “UlDU – yüksək texnologiyalar” texnoparkı

“UlDU – yüksək texnologiyalar ” texnoparkının yaradılmasının əsas məqsədi yerli əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Xüsusilə Universitet alimləri tərəfindən yerinə yetirilən elmi-tədqiqat işlərinin həyata keçirilməsi və kommersiyalaşdırılmasıdır.

Texnoparkın vəzifələrinə aşağıdakılar daxildir:

  • ·        elmlə biznes arasında sıx əlaqənin qurulması;
  • ·        innovasiya yönümlü kiçik biznesin inkişafında iştirak etmək;
  • ·        yeni texnologiyaların mənimsənilməsi sahəsində müəssisələrə köməklik göstərmək;
  • ·        yüksək texnologiya sahəsində kadrların hazırlanması və yenidən hazırlanması, habelə  saxlanılması üçün şərait yaradılması.

 profess