PORTRET

Eldar Quliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb

  • 14.01.2011

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Quliyev 7 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Respublika Dövlət Mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.