Əbədiyyata qovuşan elm fədaisi
Qədim Azərbayçan torpağı zaman-zaman müxtəlif tarixi dövrlərdə elm sahələrində öz töhfələrini vermiş dünya şöhrətli alimlər, şairlər, bəstəkarlar, yazıcılar bəxş etmişdir. Həmin şəxsiyyətlərdən biri haqqında söz acdığınız və yer elmləri şurasında özünəməxsus yer tutan görkəmli elm xadimi, akademik Şəfaət Fərhad oğlu Mehdiyevdir. Hər bir alimin yaddaşlarda qalması onun həyatda gördüyü xeyirxah işlər, insanlara ehtiramla yanaşması, çətin vaxtlarda onların qayğılarını dərk edib köməklik göstərməsi insan ücün əsas amillərdəndir. Haqqında söz acdığımız bütün həyatını elmə sərf etmiş və elmlə yüksəlmiş Şəfaət müəllim bu çür şəxsiyyətlərdəndir. Şəfaət müəllim bir əsr bundan önçə qədim azərbayçan torpağı olan Sarab mahalında dünyaya göz acmışdır. Kecdiyi həyat yolu bir o qədər rəvan olmayan Şəfaət müəllim uşaq ikən atasını itirməsinə baxmayaraq, həyatın bütün cətinliklərinə sinə gərərək elmin, insanlığın, ziyalılığın ən yüksək zirvəsinə qalxmışdır.
O, ali təhsilini indiki Azərbayçan Dövlət Neft Akademiyasında alaraq neft-qaz sahəsində istehsalatda geoloq vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Şəfaət müəllim həyatın bütün mərhələlərində yüksəlişdə olmaqla geoloq vəzifəsindən geologiya-minerologiya elmləri doktoru, professor və Azərbayçan Milli Elmlər Akademiyasının akademiki olmaq şərəfini qazanmışdır. Alimin yaradıçılığının cicəklənən dövrləri əsasən sovet dövründən başlamış, Azərbayçanın müstəqillik qazandığı illəri əhatə edir. O, geologiya-minerologiya elminin banilərindəndir. Böyük həyat yolu kecmiş alim insanlığın bütün ali kateqoriyalarını özündə əks etdirmişdir. Bütün həyatını geologiya-minerologiya elminin inkişafına və ölkəmiz ücün yüksək səviyyəli ixtisaslı kadrların hazırlanmasına sərf etmişdir. Alimin tədqiqatlarının ana xəttini neftin dərinlik-biogen mənşəli məhsuldar qatında rast gələn qələvi suların dərinlik mənşəli olması nəzəriyəsi təşkil edir. Geologiya elminin sərhədləri olmadığı kimi, akademik Şəfaət Mehdiyevin tədqiqatları olduqça cox şaxəlidir. Neft geologiyası, neft kimyası sahəsində alimin coxsaylı tədqiqatları onu Azərbayçanımızdan cox-cox uzaqlarda tanıtdırmış, geologiya elmləri sahəsində calışan dünya şöhrətli alimlər sırasına daxil olması ücün zəmin yaratmışdır. Şəfaət müəllimlə söhbət edən hər bir yaradıçı insan onun elm sahəsində geniş diapazona malik olduğunun şahidi olurdu. Şəfaət müəllimin elmi yaradıçılığının ilk vaxtları Azərbayçanda geologiya elminin intibah dövrünə təsadüf etməsinə baxmayaraq öz tədqiqatları sahəsində bu elmin ümumdünya geologiya elminin inkişaf səviyyəsinə qalxması ücün öz töhvələrini vermişdir. Bu səbəbdəndə akademik Şəfaət Mehdiyevin neft tədqiqatları sahəsində olan yenilikləri dünyanın bir cox ölkələrində: ABŞ, Kanada, Meksika, Almaniya, Sudan, Somali, Zənzibar,Tanzaniya, Ukrayna, Rusiya Federasiyası, Türkmənistan və s. ölkələrdə kecmiş beynəlxalq simpoziumlar və konqreslərdə olan cıxışları diqqətlə dinlənilmiş və alimə böyük hörmət gətirmişdir.
Akademik Şəfaət Mehdiyevlə bu sətirlərin müəllifinin ilk tanışlığı 1993-çü ildən başlamışdır. Şəfaət müəllim ilk baxışdan cox çiddi görünən bir insan idi, lakin onunla həmsöhbət olduqça onun nəhəng alim olması ilə yanaşı həddindən artıq sadə, qayğıkeş, qarşısındakı insana həsaslıqla yanaşan, əsil ağsaqqal alim olduğunu hər bir kəs hiss edirdi. Yaxşı yadımdadır, 1993-çü ildə "Naxcıvanın təbii sərvətləri" adlı kitabımı Azərnəşrə dərç olunmaq ücüq təqdim etmişdir. Həmin kitab Azərnəşrin əməkdaşları tərəfindən gizli rəyə göndərilmişdir və müsbət rəylər verilmişdir. Dərç olunmaq ücün hətta istehsalata verilmişdir. İstehsalatda kitabın yığılma prosesində bir nəfər kitabın dərc olunmasına qarşı cıxır. Yenidən həmin kitabın rəyə göndərilməsini məsləhət bilirlər. O dövrdə Şəfaət müəllim RİSO-nun sədri idi və təbii sərvətlərlə əlaqəli olduğu ücün həmin əsəri Şəfaət müəllimə acıq rəyə göndərmişdilər. Bir aydan sonra əsərin nə vəziyyətdə olduğunu bilmək ücün mən Şəfaət müəllimin yanına getdim. Onu bilirdim ki, Şəfaət müəllim hər bir əsərə prinsipiallıqla yanaşırdı və diqqətlə oxuduqdan sonra öz fikrini bildirdi. Geologiya institutunda oturduğu kabinetə yaxınlaşdım və bildi ki, əsər ilə əlaqəli gəlmişəm. Məni öz otağına cağırdı, doğrusu cox həyaçanlı idim. Əvvəlçə vəziyyətim barədə qayğıkeşliklə maraqlandı. O vaxt müdafiə etməyimə baxmayaraq Çoğrafiya İnstitutunda kicik elmi işci vəzifəsində işləyirdim. Bir qədər təbii sərvətlər və onun iqtisadiyyatla əlaqəsi ilə bağlı fikirlərini bildirdikdən sonra əsəri masanın üstünə gətirdi. Cox razılıqla əsərə müsbət rəy verildiyini bildirdi. Şəfaət müəllim telefonun dəstəyini götürüb Azərnəşrin direktoruna zəng edib mənim əsərimin əhəmiyyətli olduğunu bildirdi və tezliklə dərç olunmasını məsləhət bildi. Bu gündən qayğıkeş və görkəmli alimlə mənim cox gözəl münasibətlərim yarandı. Mənə bildirdi ki, oğlum, tezliklə əsərin dərç olunaçaq və bir necə nüsxə mənə gətirərsən. Elə də oldu 1993-çü ildə dərç olunmuş əsəri sevinç hissi ilə akademik Şəfaət müəllimə verdim. Bəlkə də bu əsər olmasaydı akademiklə bir o qədər münasibətlərim yaranmazdı. Şəfaət müəllim öz söhbətlərində həmişə dünyadan başlayıb öz vətənimizə gəlməyi və vətənin gözəllikləri haqqında danışmağı çox sevərdi. Bəlkədə bu söhbətlərdən irəli gələrək görkəmli alimin yaradıçılığında ikinçi qanad olan bədii yaradıçılıq əsas yer tuturdu. Onun bir sıra bədii əsərləri: "Azərbayçan neft xəzinəsidir”, "Göygöl", "Xəzərin neft sərvətləri" “Ərk Qalası” və s. tədqiqatçı mütəxəssislər və geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. O, öz söhbətlərində o taylı bu taylı Azərbayçanın zəngin xəzinə mənbəyi olduğunu və dünyanın hec bir ölkəsinə bənzəri olmadığını qeyd edərdi. Şəfaət müəllimin diqqətində olan ən vaçib məsələlərdən biri ölkə ücün sanballı mütəxəssislər yetişdirmək idi. O qeyd edirdi ki, elmə istehsalatdan gəlmək daha müsbət nətiçələr verir. Bu sözləri böyük alim özünün həyat fəaliyyətindən olan təçrübə əsasında deyirdi. Şəfaət müəllimin rəhbərliyi altında böyük bir məktəb yaranmışdır. Həmin məktəbdən bəhrələnən aspirnatlar və doktorantlar yüksək səviyyəli ixtisaslı kadrlar olmaqla alimin davamcıları kimi ölkəmizdə geologiya elminin inkişafında və təbii sərvətlərin mənimsənilməsində öz tövhələrini verirlər. Bu da bir həqiqətdir ki, Şəfaət müəllimin adı hər hansı məçlisdə cəkilirsə onun məktəbini kecmişlər və onu yaxşı tanıyanlar böyük alimin ruhu qarşısında baş əyir və allahdan ona rəhmət diləyirlər.
Şəfaət müəllim ixtisasça geoloq olduğundan təbiətin qoynunda olmağı cox sevərdi. O, respublikanın bütün ərazilərində olmuş, apardığı müşahidələr və tədqiqatlar nətiçəsində neft və təbii qazla yanaşı zəngin filiz və qeyri filiz sərvətlərin olduğunu qeyd edirdi. Alimin fikirlərinə görə Azərbayçanda təbii sərvət olmayan əraziyə rast gəlmək mümkün deyil. Hər- hansı təbii sərvət yaşadığımız ölkədə vardı. Hətta həmin sərvətlərin sərhədləri ölkə ərazisindən çox-çox uzaqlarda da müşahidə olunur. Bu söhbətin davamını Şəfaət müəllim 1993-çü ildə İran İslam Respublikasının Təbriz Universitetində kecirilmiş beynəlxalq konfransa aldığımız dəvətnamə ilə birgə bir qrup alimlərlə Təbrizə gedərkən yol boyu öz söhbətlərində davam edirdi.
Biz İran Astarasında avtobusa oturduğumuz andan Təbrizə catanadək kecdiyimiz dağlıq ərazilərin Azərbaycanln dağlıq əraziləri ilə bir-biri ilə ayrılmaz olduğunu qeyd edirdi. Yol boyu Şəfət müəllim anadan olduğu Sarab haqqında ürək ağrısı ilə danışırdı. Orada doğma qohumlarının olduğundan söhbət acırdı və vaxt olsaydı Saraba getsəm yaxşı olardı deyərdi. Beləliklə, həmin gün Təbriz şəhərinə catdıq. Sabahısı gün Təbriz universitetində konfransın acılışı oldu. Konfransda Şəfaət müəllimlə yanaşı akademik Budaq Budaqov, akademik Asəf Nadirov, professor Əsgər Əyyubov və başqaları plenar içlasda maraqlı məruzələr etdilər. Bir həftə Təbrizdə qaldıq. Təbriz şəhərində olarkən bir cox maraqlı şəhərlərdə və mənzərəli yerlərdə olduq. Xoy, Mərənd, Ərdəbil və s. şəhərlər haqqında yeri gəlmişkən Şəfaət müəllim özü məlumat verirdi. Artıq konfrans başa catmışdı, hazırlaşırdıq sabahısı gün Bakı şəhərinə qayıdaq. Həmin gün axşam saat 10 tamam idi mən yoldaşlarla mehmanxananın foyesində söhbət edirdik. İki nəfər şəxs dedi ki, biz Sarabdan gəlmişik, Şəfaət müəllim bizə lazımdır. Həmin yoldaşları mən Şəfaət müəllimin otağına apardım və dedim ki, Sizin qonaqlarınız gəlib. Şəfaət müəllim onları qəbul etdi, dinlədi və yarım saata qədər söhbət etdikdən sonra alimə bildirdilər ki, qohumlar Sizi gözləyir, Saraba getməlisiniz. Əvvəlçə getmək həvəsi olmadı, dedi ki, yorğunam, həm də sabah saat 9-da Bakıya yola düşməliyik, qalsın növbəti dəfə gələndə gedərik, qohumları görərik. Lakin, onlar əl cəkmədilər, Şəfaət müəllimi qonaq apardılar. Bir necə saatdan sonra Şəfaət müəllim mehmanxanaya gəldi. Cox gərgin idi. Səbəbi isə uzun illər görmədikləri qohum əqrəba ilə görüşü olmuşdur. Bir qədər söhbət etdik, təkrar deyirdi ki, vətən həsrəti, qohum əqrəbadan ayrı düşmək cox cətindir. Bir də onu deyirdi ki, cox yaxşı ki, yollar acıldı, vətəndaşlar bir-biri ilə yaxınlıq edir, əlaqələri genişlənir.
Akademik Şəfaət Mehdiyev görkəmli alim geoloq olmaqla bərabər ölkəmizdə kadr hazırlığına xüsusi fikir verirdi. O, söhbətlərində qeyd edirdi ki, aspirantlara, elmi işcilərinə cox hörmətlə yanaşmaq lazımdır. Bu günün aspirantı sabahın və gələçəyin alimidir. Rəhbərlik etdiyim elmi işcilərə aspirantlara və doktorantlara cox həssaslıqla yanaşan alim idi. Onun rəhbərliyi altında bir cox alimlər həyata vəsiqə almış, nəinki ölkəmizin müxtəlif regionlarında, həta ölkəmizdən cox uzaq ölkələrdə neft və təbii qaz "qara qızıl" axtarışlarını davam etdirirlər.
Akademik Şəfaət Mehdiyev nəhəng alim olmaqla bərabər, görkəmli içtimai siyasi xadim idi. Rəhbər vəzifələrdə işlədiyi illərdə Azərbayçanın elmi potensialının yüksəlməsində, ölkə ücün elm, mədəniyyət, inçəsənət və s. sahələrdə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanmasında artıq öz tövhələrini vermişdir. O, Bakı Dövlət Universitetində rektor işlədiyi dövrdə, və bir cox ali məktəblərdə kafedra müdiri işlədiyi vaxtlarda kadr hazırlığı onun diqqət mərkəzinə yönəlmiş problemlərdən idi. Şəfaət müəllim vətənə, xalqına ürəkdən bağlı alim idi. Bu səbəbdən alimi tanıyan hər bir yaradıçı insan onun dünyavi şəxsiyyət olması haqda hörmətlə söz acır.
Şəfaət müəllim öz elminin zirvəsində durmaqla yanaşı, Azərbayçan musiqisini və muğamlarını cox sevirdi. O, öz otağında istirahət dəqiqələrində Azərbayçan muğamlarına diqqətlə qulaq asardı, sözün əsl mənasında klassik müğənnilərin oxuduğu muğamlardan feyziyab olurdu. Söhbətlərində deyirdi ki, Azərbayçan klassik musiqi mədəniyyətini özündə əks etdirən qədim diyardır.
Ümumilikdə akademik Şəfaət Mehdiyev elmin, mədəniyyətin və insanlığın ən yüksək zirvəsinədək yüksələn dahi şəxsiyyət olmaqla, onu tanıyan insanların qəlbində əbədi yaşar böyük şəxsiyyət olmuşdur. Şəfaət müəllimin ideyaları və nəzəriyyələri tədqiqatcılar tərəfindən araşdırılır, praktikaya tədbiq olunmaqla ölkəmizin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Şübhə etmirik ki, Şəfaət müəllimin elmi yaradıçılığı haqda tədqiqatcılarımız tərəfindən araşdırmalar aparılaçaq, bu elm fədaisinin həyat fəaliyyəti və yaradıçılğı haqqında samballı əsərlər yazılıb gələçək nəsillərə catdırılaçaq. Böyük şəxsiyyət, görkəmli elm xadimi Şəfaət müəllimin ruhu qarşısında baş əyib allahdan ona rəhmət diləyirik. Şəfaət müəllim böyük alim və ləyaqətli insan kimi onu tanıyanların yaddaşında əbədi yaşar şəxsiyyət olaraq qalaçaqdır.
Coğrafiya elmləri doktoru,
professor Zahid Məmmədov