PORTRET

Pənah Əliyev – 60

  • 09.06.2022

Nümunəvi işi, ictimai aktivliyi ilə həmişə ön sıralarda

 

Qədim Odlаr Yurdu Аzərbаycаn tаriх bоyu bütün dünyаdа ən qədim nеft-qаz diyаrı kimi tаnınıb, dünyа nеft-qаz sənаyеsinin inkişаfınа dəyərli töhfələr bəхş еdib.

Ölkəmizdə qаz təsərrüfаtı 1920-ci ildən inkişaf etməyə bаşlаmışdır. «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti 1996-cı ildə yаrаdılmış, 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin “Nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа” Sərəncаmı ilə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yеnidən təşkil оlunаrаq, АRDNŞ-nin tərkibinə vеrilmiş və hal-hazırda SOCAR-ın tərkibində öz fəаliyyətini «Аzəriqаz» İstеhsаlаt Birliyi kimi dаvаm еtdirir.
İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2,1 milyondan çox istehlakçını təbii qazla təmin edir. İstehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB tərəfindən yeni layihələr üzərində intensiv iş aparılır.
İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin edən, bütün istehlakçıları fasiləsiz,keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməyə çalışan “Azəriqaz” İstehsalat Birliyinin çoxminli kollektivində alimlər, mühəndislər, qulluqçular və texniki heyətdən ibarət əməkdaşlar çalışır.Bu əməkdaşlardan biri – Pənah Əliyev haqqındadır söhbətimiz.
1962-ci il mayın 18-də Hacıqabul rayonunun Udulu kəndində anadan olmuş Pənah Malik oğlu Əliyev 1982-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra Azərbaycan sənayesində çalışmış nümunəvi gənc kimi ali məktəbdə təhsil alması üçün istehsalat tərəfindən Rusiyanın İvanovo şəhərinə göndərilir. 1990-cı ildə Rusiyada təhsilini başa vurduqdan sonra 2000-ci ilə kimi Bakı Vaqon Təmiri Zavodunda baş usta və sonra xalq üçün mallar istehsal edən dövlət konsernində sex rəisi vəzifəsində çalışır. 2000-ci ildən “Azəriqaz” İB-də mühəndis, daha sonra isə növbə rəisi vəzifəsində indiyə kimi fəaliyyət göstərir. Pənah Əliyev nümunəvi işçi kimi, ictimai aktivliyi ilə həmişə ön sıralarda olub. “Azəriqaz” İB-də 22 illik əmək fəaliyyəti dövründədəfələrlə rəhbərliyin fəxri fərmanları və şifahi təşəkkürlərinə layiq görülüb.
Pənah Əliyev həm də idmanı çox sevir. Elə bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş 2022-ci il May Bakı Marafonunun fəal iştirakçısı olub vəsertifikata layiq görülüb. Siyasi cəhətdən savadlı, mənəvi cəhətdən yetkindir.Qayğıkeş ailə başçısıdır, bir övladı var.
Ötən ay Pənah Əliyevin 60 yaşı tamam olub. 18 may 2022-ci il tarixində “Azəriqaz” İB-də faydalı işinə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə və 60 illik yubileyi münasibətilə “Azəriqaz” İB-nin Fəxri Fərmanına layiq görülüb.Bu münasibətlə onu ürəkdən təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.


”İQTİSADİYYAT”