Paketlərdə olan çay sümüklərə mənfi təsir edir
İnsanların bir çoxunun ucuz çay paketlərindən istifadə etdiyini görən Amerika alimləri bu məhsulları tədqiq etməyi qərara almışlar. Alimlərin apardığı tədqiqatlar göstərmişdir ki, belə çayların tərkibində ftoridlər var ki, bunlar da flüorozun inkişafına gətirib çıxarır. Bu xəstəlik isə özünü dişlər üzərində ləkələrin yaranması və digər qüsurlarla göstərir. Xəstəliyin ağır formasında isə sümüklər də zədələnə bilər. Bu cür pozğunluqlardan sığortalanmaq üçün mütəmadi olaraq süd və mineral su içmək məsləhətdir.